Kişiləri qadınlar qarşısında əridən sözlər

Kişiləri qadınlar qarşısında əridən sözlər


The secret of education begins with respect in the child

Kişiləri qadınlar qarşısında əridən sözlər

Kişiləri qadınlar qarşısında əridən sözlər
Kişiləri qadınlar qarşısında əridən sözlərin hansılar olduğunu bilmək istəyirsizsə xəbəri qaçırmayın.

Qarşı cinsdən eşidilən gözəl sözlər insanların xoşbəxtlik qaynağı olur. Eyni ilə qadınların olduğu kimi kişilərin də qadınların quracağı bəzi cümlələrə qarşı zəif cəhətləri var. Kişilərin 75 faizi bu sözlərə dözə bilmirlər. Xüsusən də xoşlandıqları qadınlar söyləyirsə, həyatda o kişilərdən xoşbəxtləri olmur…

İnana bilmirəm, sən nə imişsən? – Bu cümlə kişilərin özlərini daha özəl və güclü hiss etməsini təmin etdiyi üçün xoşlarına gəlir. Ürəklərində gizlədikləri gizli cövhərin kiminsə tərəfindən kəşf edilmiş olduğuna işarədir. Bir kişiyə gözəl cümlələr dedikdən sonra sizin üçün bacarmadıqları iş yoxdur.

Mənə özümü özəl hiss etdirirsən – Bu cümləni dediyinizdə kişi həmin dəqiqə Romoeya çevriləcək. Cümlənin səmimi deyilməsi daxili aləmini sevindirir. Sevgi həkimi kimi sizə yaxınlaşacaq və qeydinizə qalacaq. Bu cümlədən sonra aranızdakı əlaqə heç olmadığı qədər qüvvətli olacaq.

Ən çox (gözlərinə, gülüşünə, gücünə) heyranam – Bir kişiyə yaraşıqlı olduğunu demək onu sevindirə bilər. Amma sevdiyiniz yerini xüsusi tərif edərək bəyəndiyinizi demək ona başqa cür təsir edəcək. Özünü başqa kişilərdən daha üstün olduğunu hiss etdirib eqosunu qaldıracaq.

Səninlə birlikdə olmaqdan zövq alıram – Onunla birlikdə olmaqdan zövq almağınız onu sevindirəcək. Bir kişiyə sıxıcı olduğunu hiss etdirsəniz, sizinlə bir daha görüşmək istəməyəcək. Ona görə də itirmək istəmədiyiniz kişiyə heç vaxt "of çox sıxıldım" kimi cümlələr sərf etməyin.

Bu rəng sənə çox yaraşır
– Bu cümləni eşidəndə qızlar da əriyir… Onların əhvalını qaldırmaq üçün gözəl göründüyünü deyin. Bu sözlər onu həm sevindirəcək, həm də zövqlü olduğunu bildirəcək.

Sayəndə gözəl gün keçirdim
– Bu cümlə kişiyə qəhrəman və şahzədə olduğunu hiss etdirəcək. Cümləni istifadə etsəniz, sevgiliniz gələn görüşə daha yaxşı hazırlanıb gələcək.
İşində də çox bacarıqlısan – Bu cümlə kişinin təkcə yaraşıqlı olduğunu deyil, ağıllı olduğunun da göstəricisidir. Gördükləri işləri tərifləmək hər bir kişini cəzb edir.

Mükəmməl ailən var, dostların da superdir – Ailəsi və sosial çevrəsinin bir qız tərəfindən bəyənilməsi xoşuna gəlir. Çünki kişinin yanındakı qadının ailəsi və dostları ilə sağlam münasibət qurması çox vacibdir.

Sən olmasan, mən nə edərdim – Bu söz özünü super qəhrəman kimi hiss etməsini təmin edəcək. Bunu demək üçün qeyri-adi bir şey etməsini gözləməyin. Adi köməyi də bunun üçün yetərlidir.

Share with Friends

163 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024