Sevgililər gününü planlayarkən bunlara diqqət edin!

Sevgililər gününü planlayarkən bunlara diqqət edin!


The secret of education begins with respect in the child

Sevgililər gününü planlayarkən bunlara diqqət edin!

Sevgililər gününü planlayarkən bunlara diqqət edin!
14 Fevral Sevgililər Günü yaxınlaşır ... Cütlüklərin çoxu partnyorları üçün nəsə hazır etsələr də bəziləri hələ də nə edəcəyini planlamayıb.
Kiminin evdə, kiminin də çöldə bir məkanda əylənməyi planlaşdırdığı Sevgililər Gününə xüsusi məsləhətləri təqdim edirik:

-Astrologiya ilə maraqlanan biri ola bilərsiniz, amma amma bu marağınızı hər yerdə istifadə etməyin. "Bürclər bahalı alver etməməyin tərəfdarıdırlar. Bu səbəblə sənə yalnız çiçək aldım, həyatım "kimi sözlər söyləyərək vəziyyəti daha da gülünc və əsəbi bir hala döndərməyin.

-Hər nə qədər sevgiliniz "hədiyyəyə ehtiyac yoxdur, mənim sevgilim mənimlə olsun yetər", hətta "bu xüsusi günlər sırf xərci çoxaltmaq üçündür" kimi şablon sözləri söyləsə də siz ona özünü xüsusi hiss etdirəcək bir sürpriz hazırlayın. Hər insan sevdiyi adam tərəfindən xüsusi olduğunu bilmək istəyəcək.

-Əlbəttə ki bu xüsusi gündə alacağınız hədiyyə, sevgilinizin özünü xüsusi hiss edəcəyi və bir az da mənalı tapacağı bir hədiyyə olmalıdır. Sevgilisinə manikür dəsti, ya da arıqlamaq üçün lazım olan ləvazimatlar kimi hədiyyələr verməyi düşünənlər, eşq həyatınız içinyeni bir namizəd axtarışına başlayın.

-Hər kəs bu xüsusi gündə normalda göstərdiyi diqqətdən daha çoxunu edərək, kütlənin içərisində diqqətləri üzərində yığmaq istəyəcək. Diqqət çəkəcəyəm deyərkən disko topu ilə ayırd edilə bilməyəcək qədər parıldamamağa da diqqət edin.

-Bu məsləhət kişilərə aiddir: Məlumdur ki, qadınların çoxu görüşə gecikirlər, xüsusilə də belə xüsusi bir gündə daha çox bəzənəcəkləri üçün ən yaxşısı siz ona görüş saatını 2 saat erkən deyin. Onsuz da normal zamanda ancaq gəlib çata biləcək.

-Gedəcəyiniz yerə rezervasiya etdirməyi unutmayın. Belə xüsusi bir zamanda bu detalı qaçırmaq asan bağışlanan bir vəziyyət olmayacaq. Məhlədəki kafeni unudun!

-Normal romantizmlə uzaqdan yaxından bir əlaqəniz yoxdursa bu xüsusi gündə romantik olacağam deyə bir şeylər etməyə cəhd etməyin. Əks təqdirdə gülünc vəziyyətlərə düşə bilərsiniz. Ona gerçək bir sürpriz edin. Həftə sonunu birlikdə başqa bir şəhərdə keçirə biləcəyiniz bir cüt bilet, sevgilinizin ən sevdiyi qrupun konsertinə iki nəfərlik yer kimi azadlığınızı hiss etdirə biləcək hər cür hədiyyələrlə onu məmnun edə bilərsiniz.

-Gözləntilərinizi çox yüksək tutmayın. Bu, edəcəyiniz plan, ya da sizə veriləcək hədiyyə mənasında ola bilər. Həmin anı yaşamağa çalışın və eynilə digər günlərdəki kimi birlikdə olmağınızı qeyd etdiyiniz bir gün kimi düşünməyə çalışın.

Share with Friends

76 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024