Uşaqları bu yolla təcavüzdən qorumaq olar - Valideynlər MÜTLƏQ OXUSUN

Uşaqları bu yolla təcavüzdən qorumaq olar - Valideynlər MÜTLƏQ OXUSUN


The secret of education begins with respect in the child

Uşaqları bu yolla təcavüzdən qorumaq olar - Valideynlər MÜTLƏQ OXUSUN

Uşaqları bu yolla təcavüzdən qorumaq olar - Valideynlər MÜTLƏQ OXUSUN
UŞAQLARI TƏCAVÜZDƏN NECƏ QORUMAQ OLAR?

Son zamanlar uşaqlara qarşı artmaqda olan təcavüz hadisələrinə görə hər birimiz dərindən üzülürük. Artıq valideynlər öz uşaqlarını pisniyyətli insanlardan nə cür qoruyacağına dair müxtəlif həll yollarını qayğılı şəkildə axtarmağa başlamışlar. Əvvəllər valideynlərimiz bizi tanıdığımız qonşu və qohumlarımızla bərabər rahatlıqla buraxa bilərdilərsə, müasir dövrün valideynləri bu addımı atmaqda çətinlik çəkirlər. Bu da təbiidir. Çünki dünyada aparılan araşdırmalar da göstərir ki, uşaqlıqda cinsi təcavüzə məruz qalma hallarının 90%-i yad bir insan tərəfindən deyil, uşağın məhz tanıdığı, inandığı və artıq etibarlı münasibətlər qurduğu insanlar tərəfindən baş vermişdir.

Uşaqlara hər hansı bir şəkildə təcavüz göstərmək istəyən insanlar hər yerdə, hətta sosial, elmi və mədəni insan qrupları arasında belə ola bilər. Onların xüsusi qorxunc görünüşləri yoxdur. Onların zahiri görkəmlərindən kim olduqlarını da müəyyən etmək mümkün olmur. Onlar həqiqi sifətlərini mahir şəkildə gizlətməyi bacaranlardır. Bu da onların əsas aldadıcı cəhətidir.

Amerikanın İtkin düşmüş və İstismara məruz qalmış Uşaqlar üzrə Dövlət Mərkəzi tərəfindən hazırlanmış hesabata əsasən, cinsi təcavüzə məruz qalmış uşaqların 84%-i 12 yaşı tamam olmamış uşaqlardır. Ona görə cinsi təcavüz üçün ən həssas yaş dövrü 9-12 yaş arası hesab edilir. Bu səbəblə, gələcəklərinə ümidlə baxdığımız övladlarımızı təhlükəli insanlardan qorumaq üçün sizə safelyeverafter.com saytının bir neçə tövsiyələrini təqdim edirik:

– Uşaqlarınıza dəfələrlə xatırladın: Təhlükəli olmayan xoş niyyətli böyük adamlar heç vaxt kiçik uşaqlardan kömək istəmirlər, əgər böyüklərə hər hansı bir kömək lazım olarsa, onlar digər böyüklərdən yardım istəyirlər.

– Heç vaxt öz uşağınızı nəzarətsiz qoymayın. Hətta bir dəqiqəlik olsa belə.

– "Yad və ya tanımadığın adam" sözünü "hiyləgər adam" sözü ilə əvəz edin. Başqa sözlə desək, bu söz onların görünüşünü deyil, onların niyyətlərini göstərir, yəni uşağa nə demək istədiyini və uşaqla nə etmək istədiklərini göstərir, məhz bu xüsusiyyət onları təhlükəli və "hiyləgər" edir.

– "Hiyləgər adam" sizin yaxşı tanıdığınız və ya heç tanımadığınız, yaxud da bir az tanıdığınız – məsələn, məhəllə dükanında çalışan satıcı, ya da poçtalyon – və ya digər biri ola bilər. Bir insan ki, uşaqların təhlükəsizliyini pozmağa və onların bədənlərinə zərər toxundurmağa çalışır, həmin insandan artıq ehtiyat edilməlidir.

– Öz uşağınıza qulaq asın. Əgər övladınız hər hansı bir şəxsin yanında olmağı istəmirsə, məsələn dayənin, qohumun və ya ailə dostunun, onu buna məcbur etməyin. Bəlkə də bu əlamətlər sizin bilmədiyiniz bir məsələyə işarə edir.

– Daha böyük uşaqlarla kiçik uşaqların birlikdə olduğu ortamlarda diqqətli olun. Xüsusilə oyun oynama saatlarında uşaqların olduğu otaqların qapısını açıq saxlayın.

– Öz uşaqlarınızla təhlükəslizlik qaydalarını şəxsən məşq edin: Əgər ticarət mərkəzində itərlərsə, nə etməlidirlər? Əgər hər hansı bir şəxs onlardan yolu soruşarsa və ya kömək istəyərsə, nə deməlidirlər?

– Uşaqlarınızın adını onlara məxsus olan hər hansı bir şəxsi əşyalarının və ya geyimlərinin üst və görünən tərəfində yazmayın, məsələn, bel çantasının üzərində və ya gödəkçənin üst tərəfində.

– Daha böyük uşaqların hər zaman və mümkün olduqca sıx münasibətləri olan bir dostu olmalıdır. Siz də həmin dostunu və valideynlərini yaxından tanıyın.

– Narahatedici hisslər: öz instinktlərinizə inanın və uşaqlarınıza da öz instinktlərinə inanmağın normal olduğunu izah edin.

– Səmimi ailə prinsipləri qurun: Ailədə heç bir sirrə izn verməyin. Xüsusilə, əgər bu, intim yerlərə və ya narahatedici toxunuşlara aiddirsə. Bunları hər zaman valideynə danışmaq icazəlidir.

– Qoyun, uşaqlarınız özləri öz sevgi hisslərini istədikləri kimi bildirsinlər. Onları başqa birisini -qohumları, tanışları, dostları qucaqlamağa və ya öpməyə məcbur etməyin.

– Uşaqlarınızla kifayət qədər vaxt keçirin. Çünki valideyn diqqətinə həsrət qalan uşaqlar təhlükəli insanların tələsinə asanlıqla düşə bilərlər.

– Uşaqlarınızın məktəbdəki və ya məktəbdənkənar məşğuliyyətlərində könüllü kimi iştirak edin. Bununla da, uşaqlarınıza qarşılıqlı təsir göstərənlərin kim olduğunu öyrənin.

– Övladınızla güclü ünsiyyət əlaqələrini elə qurun ki, onları nə isə bir məsələ narahat edəndə sizə rahatlıqla danışa bilsinlər.

– Təhlükəsizlik anlayışlarını nəvazişlə və yumşaq şəkildə öyrədin. Qorxutmaq taktikası uşağınızın qorxularını artıra bilər və həm də belə taktikaya heç də gərək yoxdur.

– Uşaqlara hər hansı bir şəkildə zərər toxundurmaq istəyən insanlar onların ətrafında olan və hələ də nəyin düzgün, nəyin isə səhv olduğunu tam olaraq ayırd edə bilməyən və ya bu barədə öz valideynləri tərəfindən heç bir zaman təlimlənməyən daha böyük uşaqlar və ya yeniyetmələr də ola bilər. Buna görə dəyərli valideynlərimizi öz övladlarına qarşı daha da diqqətli olmağa çağırırıq. Unutmayın ki, övladlarımız Allahın əmanətidir. Onları qorumaq bir valideyn kimi üzərimizə düşən əsas məsuliyyətlərdən biridir. /

Share with Friends

77 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023