Isti şokolad resepti

Isti şokolad resepti


Tərkibi:
300 ml süd (orta yağlı)
1 xörək qaşığı kakao
50 qram tünd şokolad
1 xörək qaşığı şəkər tozu

Hazırlanması:
1. Südü, kakaonu və şəkər tozunu bir qaba tökün. Arada bir qarışdıraraq qaynadın.
2. Şokoladı kiçik parçalara ayırın. Qaynayan bir suyun üstünə qab qoyun və buxarda əridin.
3. Südü fincanlara tökün. Əridilmiş şokoladı üstünə tökdükdən sonra, isti-isti süfrəyə təqdim edin.

Qeyd: İstəyə uyğun olaraq süfrəyə krem, marshmallow, toz darçınla təqdim edə bilərsiniz.

Nuş olsun!
Only 474 people read
Like(90) | Dislike(96)
Share with Friends

210 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024