Ağla gözlerım...

Ağla gözlerım...


Bu dərdin qoynuna özün atıldım,
Bəs niyə günəş tək birdən
tutuldun?
Sən gördün, sən sevdin, sən
aldadıldın,
İndi peşimansan, ağla, gözlərim.
Fəryadım hər sözə kiriyən deyil,
Qəlbimdə yurd salıb, yeriyən
deyil,
Kədərim gülüşlə əriyən deyil,
Ümidsiz gümansan, ağla,
gözlərim.
Hərdən bulud kimi boşaldın,
doldun,
Qəmli baxışınla yollarda qaldın,
Sevdin, sevdiyinə peşiman oldun,
İndi ah-amansan, ağla, gözlərim.
Axıb gilə-gilə durulacaqsan,
Yollara baxmadan yorulacaqsan.
Ağlaya-ağlaya kor olacaqsan,
Qara bir dumansan, ağla,
gözlərim.
Only 2617 people read
Like(741) | Dislike(405)
Share with Friends

102 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024