Mene biraz ondan danış...

Mene biraz ondan danış...


Mənə biraz ondan danış,
Az da olsa yaşat məni.
Çox dolmuşam için-için,
Bir az ağlat, boşalt məni,
Yaman sıxır həyat məni . . .
Mənə biraz ondan danış,
Duruşundan, yerişinden,
Şirin-şirin gülüşündən,
Gəlişinden, gedişindən.
Bacardıqca hər işindən,
Nə bilirsən, axır çaliş,
Mənə biraz ondan danış . . .
Başın necə qatmağından,
İstəyinə çatmağından.
Hər gün biraz öldüyümdə,
Gecə rahat yatmağından . . .
Məni necə atmağından,
Mənə biraz ondan danış.
Söylə neynir can yoldaşım ?
Qısqançlıqdan coşum daşim.
Qoy lap quru söznənsə də,
Özumu itirim . Çaşım . . .
Ona yenə yaxınlaşım . . .
Mənə biraz ondan danış,
Danış təbim dilə gəlsin.
Hər bir sözü bağrım dəlsin.
Qoy içkisiz, qoy içmədən,
Ruhum biraz məzələnsin,
Xatirələr təzələnsin . . .
Mənə biraz ondan danış.
Qaytar mənə xətir məni,
Qaytar mənə gətir məni.
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni.
Danışdıqca bitir məni . . .
Mənə biraz ondan danış.
Hicran pozub düzənimi.
Sarıb şeir qəzəlimi,
De ki, təsəllim öpməkdi,
Ondan yazan öz əlimi.
Görərsənsə gözəlimi,
Ona bir az məndən danış.
Only 2872 people read
Like(692) | Dislike(426)
Share with Friends

145 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024