Portal:Çexiya Haqqinda Melumat - Vikipedia

Portal:Çexiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çexiya portalına
xoş gəlmisiniz!


Yaxşı məqalə

Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovaklujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar.

Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-da, Slovakiyada, Xorvatiyada, AvstriyadaPolşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, MoraviyaSileziya tarixi bölgələrində məskunlaşmışdırlar.

Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ*čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəxsiyyət

Yan Qus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır.

Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

Qusçular hərəkatı (həmçinin Qusçu müharibələriBohemiya müharibələri kimi də adlanır) Yan Qus tərəfdarlarının 1419-1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat idi. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Qusçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi.

14-cü əsrin ortalarında Çexiya kralı IV Karl (1342-1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi. Kral sənətkarlığın, mədən işlərinin və ticarətin inkişafını himayə edirdi. Bu zaman Çexiya iqtisadiyyatı yükşəliş dövrünü yaşayırdı. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

Krumlov qəsri və ya Çeski Krumlov qəsri (çex. Zámek Český Krumlov) — Çexiyanın Cənubi Bohemiya vilayətində, Praqadan 170 km cənub-qərbdə yerləşən qəsr. Öz böyüklüyünə görə, Praqa qəsrindən sonra Çexiyada 2-ci sayılır.

Qəsr çox güman ki, Krumlovlu Vitkoviçlər sülaləsindən olan feodal II Böyük Vitek tərəfindən salınmışdır. Krumlov qəsri haqqda ilk yazılı qeyd 1240-cı ilə təsadüf edir. 1253-cü ildə isə qəsr əsaslı şəkildə rekonstruksiya edilmişdi. 1274-cü ildə onun ətrafında Çeski Krumlov şəhərinin əsası qoyulmuşdur. 1302-ci ilin başlaması ilə əlaqədar qəsr bütün vərəsəlik hüquqları ilə Krumlovlu Vitkoviç sülaləsindən miras şəklində Rojmberkli (Rozenberqli) Vitkoviçlərin istifadəsinə verilmişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Din

Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám,) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır.

Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür.

Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Dha sonrlar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Siyasi lider

Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944) — çex yazıçısı, 8 mart 2013-cü ildən ofisində Çexiya, üçüncü və cari prezidentidir. Əvvəllər o, 1998-ci ildən 2002-ci Çexiya Baş naziri kimi çalışmışdır. Lideri kimi Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə o, ölkənin əsas partiyaların bir etdirdi. Bu [Çex Respublikası Deputatlar Deputatlar Palatasının, Çex parlamentin aşağı palatasında 1996-cı il üçün O sədri Çexiya Parlamenti Deputatlar Palatasının kafedrası idi 1998. Yanvar 2013-cü ildə Zeman idi seçilmiş Çexiya Respublikasının Prezidenti kimi. O, Çex tarixində ilk birbaşa seçilmiş prezidenti, onun sələfləri, həm də Vatslav HavelVatslav Klaus Çexiya Parlamenti tərəfindən seçilib . Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

Bohemiyanın şimal-qərbində yerləşən Loket qəsri
 

Region

İçki

Bexerovka (çex. Becherovka, [ˈbɛxɛˌrofka]), ilk adı Karlsbader Becherbitter — 38 %-li möhkəm Çexiya ferneti (liköru). İçki əvvəllər mədə ağrıları üçün bir vasitə kimi istifadə edilirdi.

Bexerovka Karlovar əczaçısı, alman əsilli Yozef Vitius Bexerin (çex. Josef Vitius Becher) adı ilə bağlıdır. O bu içkini 1807-ci ildən satmağa başlamışdı. 1841-ci ildə onun oğlu Yohann Bexer artıq sənaye miqyasında içkini istehsal etməyə başlamışdı. Biznes çiçəklənir və ailəvi "Üç torağay" (çex. U třech skřivánek) apteki artıq saysız-hesabsız insan axınını gəbul edə bilmir və buna görə də Yan Karlsbad ətrafında yerləşən Steinberky adlı yerdə yeni fabrik açmağa gərar verir. 1890-cı ildə Yoxanın oğlu Qustav Bexer atasının şərəfinə «Yohann Bexer» adlı ticarət nişanını qeydə almışdı.

Sovet ordusunun 1945-ci ildə Çexoslovakiya ərazisini alman işğalçılarından azad edilməindən sonra, milliləşdirmə kampaniyası çərçivəsində Bexerlər ailəsi ölkədən sürgün edilmişdi. Firma milliləşdirilildikdən sonra, «Yohann Bexer» adı «Yan Bexer» ilə əvəz edilmişdi Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Alim

Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Şlezin, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi.

Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monaxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar


Coğrafiya Polşa Rusiya Almaniya


Çexiya Vikixəbərdə  Çexiya Vikisitatda  Çexiya Vikikitabda  Çexiya Vikimənbədə  Çexiya Vikilüğətdə  Çexiya Vikiversitetdə  Çexiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

8 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023