Portal:Azərbaycan Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Azərbaycan

Portal:Azərbaycan
Portal:Azərbaycan


Bayraq
Bayraq
Gerb
Gerb
Ərazisi
Ərazisi

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Azərbaycan haqqında ətraflı …
redaktə
 Seçilmiş məqalə                                                                              redaktə

Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.



 Yaxşı məqalə                                                                              redaktə

Azərbaycan–Portuqaliya münasibətləriAzərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr hələ XVI əsrdə başlamış, XVII əsrdən sonra uzun müddət demək olar ki, mövcud olmamış, Sovet dövründə Portuqaliya–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk on ilində zəif inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 4-də qurulmuşdur. Azərbaycanla Portuqaliya arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir.


''Seçilmiş Şəkil''                                                                              redaktə
Bakı şəhərində İstiqlliyyət küçəsində neoklassizm üslublu bina görünüşü.
Seçilmiş bioqrafiya                                                                              redaktə

Cəfər Qafar oğlu CabbarlıAzərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (25 aprel 1933). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu.


Sitatlar                                                                              redaktə
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri



Bilirdinizmi...                                                                              redaktə


Kateqoriyalar                                                                              redaktə

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:


Panorama                                                                              redaktə
Bakı qalasının və Filarmoniya bağının panoramı



Əlaqəli portallar                                                                              redaktə

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:İslam
Portal:İslam
Portal:Asiya
Portal:Asiya
Portal:Afrika
Portal:Afrika
Avropa İslam Asiya Afrika


Digər resurslar                                                                              redaktə
Azərbaycan Vikixəbərdə  Azərbaycan Vikisitatda  Azərbaycan Vikikitabda  Azərbaycan Vikimənbədə  Azərbaycan Vikilüğətdə  Azərbaycan Vikiversitetdə  Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar




51 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023