Veb server Haqqinda Melumat - Vikipedia

Veb server Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Veb-server

(Veb server səhifəsindən istiqamətləndirilmişdir)

Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.

Vikimediya Fondunun serverlərinin arxitekturası

İnternet üçün nəzərdə tutulmuş serverlərin tipləri:

  • veb-serverlər;
  • elektron poçt serverləri;
  • FTP serverlər, fayllarla mübadilə üçün nəzərdə tutulmuşdur;
  • İnternet-telefoniyanın (IP telefoniya) işini təmin edən serverlər;
  • İnternet vasitəsilə radiovideo translyasiyalar sistemi. Veb-server başqa sözlə və ya http-server də deyirlər. Server klienti kompüter sorğusuna cavab olaraq lazımi veb səhifəni internetdən gətirir. Əgər sizin fərdi kompüterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya alırsa bu halda sizin kompüter "klient", bütün bu texnologiya isə "klient-server" adlanır. Öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompüter ilə bu resursları istismar edən istifadəçi kompüter arasında informasiyaları ötürmə mexanizmi klient-server sistemi adlanır.

Veb serverlər müxtəlif olurlar. Bu müxtəliflik serverlərin işlədikləri əməliyyat sistemlərindəki fərqlərdən ibarətdir. Hal hazırda internet şəbəkələrində ən çox iki növ server proqramlarından istifadə olunur:

  • Microsoft Internet Information Server (IIS) — Windows NT/2000 sistemi əsasında işləyir. Hər hansı təşkilatda yerləşdirilmiş ayrıca bir serverdir.
  • Apache – OC UNIX standartına uyğun platforma üçün nəzərdə tutulmuşdur. MySQL verilənlər bazası ilə inteqrasiya olunur və əksər veb-provayderlər tərəfindən istifadə olunur. Apache veb serverinin proqramını apache.org ünvanından pulsuz yükləmək olar.

Adətən serverlər böyük ötürücü xüsusiyyətə malik xətlərdə işləyirlər. Əlaqə kanalları optik liflərdən ibarət olan kompüter şəbəkələrini misal göstərmək olar. Hər bir serverin xüsusi domeni olmalıdır ki, bu da Domain Name System (DNS) standartlarına cavab verən bir ünvandır. Beləliklə server xüsusi proqram təminatı qurulmuş, məxsusi domen ada malik kompüterdir. Serverin sahibi və administratoru serverə müraciətə icazə verə və ya müraciətə qadağan qoya bilər. Eyni zamanda administrator CGI skripti və SSI əlavə proqram və funksiyaları qoşa, sazlaya və yerinə yetirmək ixtiyarına malikdir.

Server internet istifadəçiləri arasında "informasiya portalı" adlanır. Bu çoxlu sayda kiçik ölçülü müxtəlif tematik bölmələrdən və ya müəyyən sayda sərbəst proyektlərdən təşkil olunmuş böyük virtual fəzadır.

Beləliklə, Veb server internet vasitəsilə yayınlanmaqda olan bir veb saytın yayınlanmasından məsuliyyətlidir. Bir veb server HTTP, HTTPS, FTP, SMTP, POP3, DNS hətta streaming media (gərçək vaxtlı bilgi axışı) xidməti verə bilər.

Həmçinin bax redaktə


66 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023