Vikipediya:Stüardlar Haqqinda Melumat - Vikipedia

Vikipediya:Stüardlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:İstifadəçi qrupları

(Vikipediya:Stüardlar səhifəsindən istiqamətləndirilmişdir)

Qısa keçid-yönləndirmə
  • VP:İQ

İstifadəçi qrupları — "Vikipediya" istifadəçilərini bir neçə qrupa bölmək olar: anonim istifadəçilər, qeydiyyatdan keçmiş istifadəçilər, inzibatçılar, bürokratlar, stüardlar. Eləcə də ayrıca psevdoistifadəçilər – botlar mövcuddur. Botlar avtomatik proqramlar olub məqalələrdə texniki səhvlərin düzəlişini aparır.

İstifadəçi qrupları redaktə

Anonim istifadəçi redaktə

Anonim istifadəçi (Anonimous) – "Vikipediya"da qeydiyyatdan keçmədən fəaliyyət göstərən şəxsdir. O, istənilən məqaləni redaktə edə (əgər məqalə inzibatçı tərəfindən tam və ya yarımmühafizə edilmirsə), yeni məqalə yarada bilər. Lakin qeydiyyatdan keçmiş istifadəçidən fərqli olaraq anonim istifadəçi "Vikipediya" bazasına fayl və şəkillər yükləyə və məqalələrin adını dəyişə bilməz. Bununla yanaşı, redaktə zamanı məqalələrə bir və daha çox xarici keçid əlavə etmək istədikdə onlardan CAPTCHA daxil etmək tələb olunur. Anonimlər səhifələrdə redaktə etmək istədikdə qarşılarına belə bir yazı çıxır.

 
Siz daxil olmamısınız: Sizin IP ünvanınız bu səhifənin tarixçəsinə qeyd ediləcək. Əgər siz qeydiyyatdan keçib hesab yaratsanız, IP ünvanınızı gizlədə və Vikipediyanın digər imkanlarından istifadə edə bilərsiniz. Sizin IP ünvanınıza göndərilən ismarıcları müzakirə səhifənizdən oxuyun.

Qeydiyyatdan keçmiş istifadəçi redaktə

Qeydiyyatdan keçmiş istifadəçi – anonim istifadəçi ilə müqayisədə daha çox hüquqa malikdir. O, "Vikipediya"nın interfeysini öz zövqünə uyğun qura, müzakirələrə şəxsi imzası ilə qatıla, öz istifadəçi səhifəsini yarada, bu səhifədə özü haqqında məlumat yerləşdirə, fikirlərini qeyd edə, digər istifadəçilərdən ismarıclar ala bilər. Əgər qeydiyyat zamanı elektron poçtun ünvanı göstərilmişdirsə, vacib xəbərlər birbaşa istifadəçinin poçtuna göndərilir. Qeydiyyatdan keçmiş istifadəçi yaratdığı, redaktə etdiyi və ya sadəcə onu maraqlandıran məqalələrə digər istifadəçilər tərəfindən edilən dəyişiklikləri izləmək imkanına da malik olur. Anonim istifadəçilərdə olduğu kimi redaktə zamanı məqalələrə xarici keçid əlavə etmək istədikdə onlardan CAPTCHA daxil etmək tələb olunur.

Avtotəsdiqlənmiş istifadəçi redaktə

Avtotəsdiqlənmiş istifadəçi — anonim və qeydiyyatdan keçmiş istifadəçilərlə müqayisədə daha çox hüquqa malikdir. Onun üstün hüquqlarına qismən mühafizə edilən səhifələri redaktə edə bilmək daxildir. Onlardan, demək olar ki, bütün hallarda CAPTCHA daxil etmək tələb olunmur.

Bu status ilk 4 gün ərzində ən azı 10 redaktə etmiş və qeydiyyatdan keçmiş istifadəçilərə avtomatik olaraq software tərəfindən verilir. Lakin Tor şəbəkəsindən redaktə edənlərə bu status ilk 90 gün ərzində 100 redaktə etmiş istifadəçilərə verilir.

Təsdiqlənmiş istifadəçilər redaktə

Qeydiyyatdan keçmiş istifadəçi redaktə sayının, yaxud qeydiyyatdan keçdiyi müddətin az olması səbəbindən sistem tərəfindən avtotəsdiqlənmiş istifadəçi hüquq almamışsa, bürokratlar tərəfindən bu cür istifadəçiyə Avtotəsdiqlənmiş istifadəçi kimi fəaliyyət göstərməsinə şərait yaradan Təsdiqlənmiş istifadəçi hüququ verilə bilər. Qeydiyyatdan keçmiş istifadəçi qismən mühafizə olunmuş səhifəni redaktə etmək istəyirsə, yaxud məqalə üzərində redaktə edərkən sürət limiti problemi yaşayırsa, bürokratlardan avtotəsdiqlənmiş istifadəçi olana qədər təsdiqlənmiş istifadəçi hüququnu istəyə bilər.

İnzibatçı və bürokrat redaktə

İnzibatçı redaktə

İnzibatçı — anonim, qeydiyyatdan keçmiş və avtotəsdiqlənmiş istifadəçilərlə müqayisədə daha çox hüquqlara malikdir. O, istənilən məqaləni mühafizə altına ala, silə, qaydaları pozan istifadəçiləri bloklaya (loqinə və ya İP ünvanına görə), eləcə də əksinə, məqalənin mühafizəsini qaldıra, silinmiş məqaləni bərpa, bloklanmış istifadəçinin blokunu ləğv edə bilər.

Bütün (14) inzibatçıların siyahısı – Special:ListUsers/sysop.

Bürokrat redaktə

Bürokrat — digər istifadəçilərə inzibatçı və bürokrat statusu vermək kimi texniki imkana malik olan istifadəçidir. Lakin bürokrat sonradan istifadəçini bu statusdan məhrum etmək hüququna malik deyil. Bunu yalnız stüard və ya baş layihəçi edə bilər.

Bütün (4) bürokratların siyahısı – Special:ListUsers/bureaucrat

Baş layihəçi redaktə

Baş layihəçi — "Vikipediya"nın baş layihəçisinin hüquqları stüardın hüquqları ilə eynidir. Lakin o, sistemi əsaslı surətdə dəyişmək hüququna malikdir. Bəzi layihəçilər "Vikipediya"nın işlədiyi serverlərə də daxil ola bilərlər.

"Vikipediya"nın bütün hüquqları isə "Vikipediya" layihəsinin əsasını qoymuş Cimmi Ueylsə məxsusdur. Cimmi Ueylsin istifadəçilərə və təşkilatçılara müraciət edərək "Biz İnterneti tutduq, sizin köməyinizlə bütün dünyanı tutacağıq" deməsi ilk baxışdan lovğalıq kimi görünsə də, "Vikipediya"nın qurucusu haqlıdır: milyonlarla internet istifadəçisini bir araya gətirən və hər kəsə təmənnasız bilik bəxş edən bu layihə kimi ikinci bir layihə təsəvvür etmək çətindir.

Xüsusi funksiyalara malik digər qruplar redaktə

Rolbaker redaktə

Rolbaker — redaktorların redaktələrini əvvəlki halına qaytaran istifadəçilər. Bu hüquq inzibatçılara avtomatik olaraq verilir.

Ümumdünya hüquqlar redaktə

Stüard redaktə

Stüard — istifadəçilərin Vikipediyaya istənilən müraciətlərini həll və ya rədd etmək hüququna malik şəxsdir. Stüard da bürokrat kimi, digər istifadəçilərə inzibatçı və ya bürokrat statusu verə bilər, lakin bürokratdan fərqli olaraq stüard bu statusu sonradan ləğv etmək hüququna malikdir.

Hesab yaradanlar redaktə


72 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023