Əks cinsi 5 dəqiqəyə özünüzə aşiq edin!

Əks cinsi 5 dəqiqəyə özünüzə aşiq edin!


Секрет воспитания начинается с уважения к ребенку

Əks cinsi 5 dəqiqəyə özünüzə aşiq edin!

Əks cinsi 5 dəqiqəyə özünüzə aşiq edin!
Amerikalı psixoloq Artur Aron ötən əsrin sonlarında fövqəladə eksperiment keçirib.

O tamamilə yad olan olan kişi və qadınları dəvət edərək , tərtib edilmiş sualları bir-birinə verməyi təklif edib. Sualları cavablandıran və əvvəllər heç vaxt tanış olmayan cütlüklər təxminən 5 dəqiqə ərzində bir-birinin gözlərinin içərisinə baxıblar. İnanmaq çətin olsa da, 6 aydan sonra həmin insanlar nigaha daxil olmaq ərəfəsində olublar.

Bunun sirri isə səmimilik və açıq danışmağın insanları yaxınlaşdırmasında imiş.

1) Axşam yeməyi zamanı evinizdə kimi görmək istəyərdiniz?

2) Məhşur olmaq istəyərdinizmi? Əgər istəyərdinizsə, onada hansı sferada?

3) Kiməsə zəng etməzdən əvvəl, həmsöhbətinizə nə deyəcəyinizi öz ürəyinizdə danışırsınızmı? Niyə?

4) Sizin üçün "Uğurlu gün" sözünün mənası nədir?

5) Təklikdə mahnı oxuduğunuz günü yadınıza salın? Onu kimin üçün oxumuşdunuz?

6) Təsəvvür edin ki, iki yol arasında seçim etməlisiniz: Ya ağlı başında 100 il yaşamaq, ya da 30 yaşlı insanın bədəni ilə 60 il yaşamaq. Hansını seçərdiniz?

7) Həyatdan hansı ölümlə gedəcəyiniz barədə fərziyyəniz varmı?

8) Sizdə və həyat ortağınızda mövcud olan 3 xarakterik keyfiyyəti deyin.

9)Nəyə görə ali güclərə çox əşəkkür etmək istərdiniz?

10)Əgər tərbiyyənizdə nəyisə dəyişmək imkanınız olsaydı nəyi dəyişərdiniz?

11) Bir neçə dəqiqə ərzində partnyorunuza öz bioqrafiyanızı danışın. Bunun üçün sizə nə qədər vaxt lazımdır.

12) Əgər sizə hər hansı bir bacarıq və ya keyfiyyət təklif etsəydilər, siz nəyi götürərdiniz?

13) Əgər kimsə sizə gələcəyinizdən xəbər vermək istəsəydi nəyi bilmək istəyərdiniz?

14) Siz hər hansı bir fəaliyyətlə uzun müddət ərzində məşğul olmağı arzulamısınızmı? Bu nə idi?

15) Əldə etdiyiniz nəaliyyətlərinizdən hansı sizin üçün ən vacib idi?

16) Dostlarınızda hansı keyfiyyətlərin olması sizin üçün çox vacibdir?

17) Keçmişdə baş verən və tez-tez xatırladığınız ən sevdiyiniz hadisə haqqında danışın.

18) Bəs ən pis hadisə hansı idi?

19) Təsəvvür ein ki, siz tezliklə öləcəyinizi hiss edirsiniz. Əgər geri qayıtmalı olsaydınız həyatınızda nəyi dəyişərdiniz?

20) Əsl dostluq deyəndə nəyi başa düşürsünüz?

21) Sevgi hissi sizin üçün nə qədər vacibdir?

22) Tərəf müabilinizin 5 ən yaxşı xüsusiyyətini deyin.

23) Ailə üzvləriniz bir-biri ilə yaxındırlarmı? Uşaqlığınız xoşbəxt keçibmi?

24) Ananızla münasibətləriniz necədir?

25) Hazırki vəziyyəti ifadə edən bir neçə cümlə düzəldin. Məsələn: "Burda olarkən biz başa düşürük ki... "

26) Cümlənizi bitirin: "Mən kiminləsə ... bölüşmək istəyirəm "

27) Təsəvvür edin ki, həyat tərəfdaşınızla çox möhkəm dost olmaq istəyirsiniz. Özünüz haqqında nə danışardınız?

28) Tərəf müqabilinizə, onda olan və sizin xoşunuza gələn cəhətlərdən danışın.

29) Həmsöhbətinizə həyatınızdan sizi çox məyus edən hadisədən danışın.

30) Neçə gün, neçə ay ağlamısınız? Bunun səbəbi nə idi?

31) BU həmsöhbət niyə xoşunuza gəlir? Ona bu barədə deyin.

32) Hansı mövzuları zarafat üçün uyğun görmürsünüz?

33) Təsəvvür ein ki, siz ölmüsünüz. Yaxın adamınıza nəyisə demədiyiniz üçün peşmansınızmı? Peşmansınızmı ki, bunu əvvəllər niyə etməmisiniz?

34) Sizin mənzilinizdə yanğın baş verib. Mənzildəki insanlar və ev heyvanları artıq xilas olunub. Siz bir əşyanı götürmək üçün bir də mənzilə daxil olursunuz? O nə ola bilər?

35) Ayrılıq zamanı yaxınlarınızdan hansı üçün daha çox darıxarsınız?

36) Həmsöhbətinizə çox şəxsi probleminiz barədə danışın. Bu barədə onun rəyini öyrənin. O bu narahatedici məsələni necə həll edərdi?

Поделиться с друзьями

На сайте 167 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023