Hamiləliyin birinci ayı

Hamiləliyin birinci ayı


Секрет воспитания начинается с уважения к ребенку

Hamiləliyin birinci ayı

Hamiləliyin birinci ayı
Əksər hallarda hamiləliyin birinci ayı valideyinlər üçün bir o qədər də nəzərəçarpmayan şəkildə keçir, bu xüsusən planlaşdırırlmamış Hamiləlikdə özünü göstərir. Hamiləlik son menstural tsiklin birinci günündən hesablanır. Uşağın doğum günü isə həmin günün üzərinə 7gün əlavə olunması və ilk gündən 3 ay çıxılması ilə müəyyən edilir. Məsələn, menstural tsikl 4 yanvarda başlayıbsa, deməli siz uşağınızla 11 oktyabrda görüşəcəksiniz, 2 həftə o tərəf, bu tərəf ola bilər. Belə ki, tam hamiləlik 38-42 həftə hesab olunur.

Əlbətdəki bunu planlaşdırmaq sizdən asılı ola və ya olmaya bilər, amma uşaq sizin həyatınıza öz vaxtında gəlir.
Yeni tsikl başlanma vaxtı gəlir, ancaq o başlamır, hətta testdə 2 xətt də görünür- siz hamiləliyin 2-ci ayındasınız və ya uşaq isə ən azı 2 həftəlikdir. Hamiləliyin nəzərəçarpmadan keçməsi belədir.

Xoşbəxtlikdən ki, bu müddət ərzində siz yaxşı həyat tərzi keçirmisiniz, vitaminlər qəbul etmisiniz, spirtli içkilərdən, siqaretdən və s. uzaq olmusunuz. Əgər belə olmayıbsa təlaşa düşməyin və hamiləliyi dayandırmayın. Əgər birinci ay zərərli vərdişləriniz olubsa bu uşağa ilk ayda o qədər də təsir etməyəcək. Beləki o, uşaqlığın divarına yenicə yapışıb, buna qədər də o, sizin orqanizminizdən asılı olmayaraq yaşayıb və hələki zərəli vərdişlər ona təsir etməyib.

Artıq hamilə olduğunuzu bilirsiniz. Dərhal vitamin qəbuluna başlayın, sağlamlığınızın qayğısına qalın, stressli hallardan uzaq olun. Şən həyat tərzi keçirməyə çalışın, çünki sizin qarşınızda düyaya sağlam uşaq gətirmək kimi böyük məsuliyyətiniz var.

Qeyd edək, birinci ayın sonunda uşaq hamiləliyin 5-ci həftəsində olur və döl 2mm uzunluqda olur və silindr formasını xatırladır. Onun ürəyi, damarları yaranır, əsəb borusu formalaşıb qurtarır, aktiv şəkildə digər orqanları da formalaşır. Sizin vəzifəniz isə ona düzgün inkişaf etməyə kömək etməkdir. Bunun üçün isə vitaminlər qəbul edin və öz sağlamlığınızın qayğısına qalın!
Hamiləliyin birinci ayı

Поделиться с друзьями

На сайте 74 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023