Qadınları intim həyatdan uzaqlaşdıran səbəblər

Qadınları intim həyatdan uzaqlaşdıran səbəblər


Секрет воспитания начинается с уважения к ребенку

Qadınları intim həyatdan uzaqlaşdıran səbəblər

Qadınları intim həyatdan uzaqlaşdıran səbəblər
Mütəxəssislər bəzi qadınların seksi niyə xoşlamadıqlarını və daha az ehtiraslı olduqlarını araşdırıblar və ortaya çox maraqlı nəticələr çıxıb. Qadın həkimləri Eden Fromberq ilə Naomi Volfun apardıqları son araşdırmalar qadını seksdən uzaqlaşdıran səbəbləri ortaya çıxarıb.

Hamiləlikdən qoruyan preparatlar: Bu dərmanların çoxu qadının ehtirasının sönməsinə səbəb olur. Mütəxəssislər isə bunun psixologiya ilə bağlı olduğunu bildirirlər. Onların sözlərinə görə, dərmanların tərkibində qadının seks istəməməsinə səbəb olan heç bir maddə yoxdur.

Depressiyaya qarşı dərmanlar:
Qadınların çoxu bu dərmanlardan istifadə etdikdən sonra seksdən soyuduqlarını bildiriblər.

Yuxusuzluq: Qadın üçün yuxu seksdən daha önəmlidir.

Stress: Maddi problemlər və gün ərzində üzləşməli olduğunuz çətinliklər stressə səbəb ola bilir. Stressli bir qadın seksi ağlına belə gətirmək istəməz.

Partnyor: Partnyoruna qarşı hissləri azalan və ya onunla problemlərini həll edə bilməyən qadın yatağa ancaq yuxuya getmək üçün girir.

Testosteron hormonunun azlığı: Bu hormonunun az istehsal olunması qadının cinsi istəyinin azalmasına birbaşa təsir edir.

Özünə inamsızlıq: Qadınlar güzgüdə özlərinə baxdıqda hansısa qüsurlar görürlərsə, partnyorlarının da onları bəyənməyəcəklərini düşündükləri üçün seksdən boyun qaçırırlar.

Hündürdaban ayaqqabılar: Davamlı olaraq belə ayaqqabı geyinən qadın orqazm olmaqda çətinlik çəkir.

Oturmaq: Günün böyük bir hissəsini oturaraq keçirən qadınlar da orqazm olmaqda çətinlik çəkirlər. Ofis şəraitində oturmağa məcbur olan xanımlar hər 1 saatdan bir 10 dəqiqə təmiz havada gəzməlidirlər.

Bütün bu səbəblər qadınların cinsi həyatdan soyumasına gətirib çıxarır.

Поделиться с друзьями

На сайте 193 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024