- •
"Halva-halva" deməklə ağız şirin olmaz.
- •
"Öz gözündə kərəni görmür, özgə gözündə tük axtarır".
- •
"Ho" var, dağa qaldırar,
"ho" var, dağdan endirər.
- •
"gördüm" dedin tutuldun, "görmədim" dedin qurtuldun.
- •
"Mən kimdən?" demə,
"Məndən kim!" de.
- •
"Uzunqulaq" eşşəyə deyərlər.
- •
"Torpağa bax" deyiblər!
- •
"Bilmirəm" baş ağrıtmaz.
- •
"Pəncşənbənin" nöqtələrini düzürdüm.
- •
"Öldürrəm" deyəndən qorxma, "ölləm"
- •
"Özün bil"lə qal olmaz.
- •
(Özgənin sarayından, öz daxmam yaxşıdır) Özgənin sözünü özgəyə deməyə nə var?
- •
(Nağdı qoyub nisyənin dalınca düşmə) Nağıl dili yüyrək olar.
- •
"Mən ölüm", "sən öləsən"lə iş getməz.
- •
"Mən ölüm" deyəndə, axar sular dayanar.
- •
"İstəmirəm" deyəndən qorx.
- •
"Bunu eləmişəm" de.
- •
"Bunu edəcəyəm" demə.
- •
"Yaxşı oğlan" kənd yerində yaxşı adama deməzlər.
- •
"Mən" demək şeytana yaraşar.
- •
"Kiş" deyirsən getmir, "hoş" deyirsən dayanmır.
- •
"Al ver" deyiblər, "al vermə" deməyiblər.