Azərbaycanda toy adət ənənələri

Azərbaycanda toy adət ənənələri


Qız bəyənmə və ya qızgörmə
Xalq arasında qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata – anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzı aranır.

Xəbər göndərmə
Oğlan evi arayıb, axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.

Kiçik elçilik
Adətə görə, əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşür. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.
“Elçiliyə gecə getməzlər”.
“Elçilərin qarşısına qoyulan çay içilməz”.
Elçilikdə deyirlər “Qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.
Qız atası elə birinci elçilikdən razılığa gəlmir - “Qız qapısı, şah qapısı”. “Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik”-deyir.
Qızın rəyi soruşulanda susarsa , “susmaq razılıq əlamətidir” deyərlər. Ancaq yenə qəti söz deyilmir. Böyük elçiliyə razılıq verilir. Çünki əsas sözü böyüklər, ağsaqqallar deyir.



Elçilik
Ata ailəyə yaxın olan adamları - əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alırlar.
Oğlanın bacısı və ya gəlinləri qızı görüb, bir də ağzını “arayır”. Qızın razı olduğunu görəndə öz fikirlərini ona deyirlər. Sonra qızın anasının yanına gəlib eyhamla
[1] 2 3...8 >>
Только 922 человек читают
Поделиться с друзьями

На сайте 74 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023