Mən səni görməyəndə

Mən səni görməyəndə


Bilsən halım necədi,
Mən səni görməyəndə.
Həyat bir işgəncədi,
Mən səni görməyəndə.
Qəlbim bağlı qıfıldı,
Sən ora düşmüş açar,
Əgər yanımda olsan,
Arzular qanad açar.
Görsəydin bilərdin ki,
Gülüş üzümdən qaçar,
Mən səni görməyəndə.
Sənsizliyin əzabın
Necə anladım sənə?
Baxıb anlarsan özün,
Saçıma düşmüş dənə.
Keşgə gülüm bilsənə,
Yaxındır ölüm mənə,
Mən səni görməyəndə.
Только 2014 человек читают
Поделиться с друзьями

На сайте 199 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024