Saxlayın geden qatarı...

Saxlayın geden qatarı...


Bu qatar vüsaldan həsrətə gedir,
Vətən ürəyimdən qürbətə gedir,
Deyəsən ayrı bir qismətə gedir,
Nə olar, saxlayın gedən qatarı.
Gülüşü aparır, göz yaşım qalır,
Ürəyim boşalır, gözlərim dolur,
Bu qatar ayrılıq havası çalır,
Nə olar, saxlayın gedən qatarı.
Zamanı doğrayıb biçir bu qatar,
Sevgimin üstündən keçir bu qatar,
Mənim göz yaşımı içir bu qatar,
Nə olar, saxlayın gedən qatarı.
Yüyürsəm, çağırsam çata
bilmərəm,
Qəlbimdən qoparıb ata bilmərəm.
Getdimi, bir daha tuta bilmərəm,
Nə olar, saxlayın gedən qatari.
Meninı baharımı aparıb gedir,
Əlini əlimdən qoparıb gedir.
Qoymayın yarımı aparıb gedir,
Nə olar, saxlayın gedən qatarı.
Только 2260 человек читают
Поделиться с друзьями

На сайте 120 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024