Portal:İslam Haqqinda Melumat - Vikipedia

Portal:İslam Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Islamic quotes,flag,verse,banner,islamic calligraphy,quran,আয়াত.svg


İslam Portalına Xoş gəlmisiniz!            
Bu portal Vikipediyadakı Islamla bağlı məlumatlar toplusudur.
Boşdur.
Al-İslam Portalı Məhəmməd Portalı İslam nədir? Indices VikiLayihə Kateqoriyalar


Redaktə İslam

İslam — üç dünyəvi dindən biri.

İslam (ərəb. الإسلام‎) (el- islām) təktanrılı dindir. Ad S-L-M (سلم) sözündən törənmişdir. Adın qəbul olunmuş iki mənası var:

  1. Barış, (salam da bu kökdəndir).
  2. Təslim sözündən, boyun əymək, itaət etmək (Allaha təslim olmaq).

Dünyada 1 milyarddan artıq müsəlman yaşayır. Bunlardan təxminən 150 milyonu ərəbdir. Dünyanın 120-dən artıq ölkəsində müsəlman icmaları mövcuddur. 40-a yaxın ölkədə müsəlmanlar ölkə əhalisinin yarısından çoxunu təşkil edir.

Yaxın Şərqin (Türkiyə, Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya), Orta Şərqin (İraq, Əfqanıstan, Pakistan), Məqribin (Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya), İndoneziyanın, Malayziyanın, Bruneyin əhalisinin əksəriyyəti müsəlmanlardır. Bundan başqa müsəlmanlar Çində, Hindistanda, Həbəşistanda, Albaniyada, keçmiş Yuqoslaviyada, Nigeriyada, Bolqarıstanda və başqa ölkələrdə yaşayırlar.

İslamın əsas təməli tək, həqiqi ilahinin - Allahın tanınmasıdır. Allah bütün mövcudatın yaradıcısı sayılır.

Müsəlmanlar hər gün namaz qılmalı, oruc tutmalı və yaşayışlarında ən azı bir dəfə həccə getməlidirlər. Bundan başqa müsəlman zəkatxums(Şiə) verməli və sədəqə paylamalıdır.


Keşi təmizlə və yenilənmiş son versiyanı gör
Redaktə Seçilən məqalə
Məscid — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi.

Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzliminarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər.

Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir. (Davamı...)



Redaktə Seçilən müsəlman

Əli ibn Əbu Talib ( 598-661 )

Peyğəmbərin əmisi oğlu və kürəkəni, sünnilərə görə IV xəlifə, şiələrə görə Məhəmməd peyğəmbərin canişini və 1-ci imam.

Atası Əbu Talib (əsl adı İmrandır), anasının adı Fatimə bint Əsəd ibn Haşimidir. Hz. Əliyə, qızı Fatiməni ona verən peyğəmbər tərəfindən Əbu-Turab ləqəbi verilmişdir. Neçə yaşında müsəlman olduğunu sübut etmək imkansızdır. Lakin Xədicə ilə eyni vaxtda ilk və ya ikinci müsəlman olan şəxsdir. Əli, özlərinə qəti olaraq cənnət vəd edilən on adamdan biridir.

Peyğəmbər Mədinəyə hicrət etmək qərarın gəlib Məkkəni tərk etdiyi zaman Əli onun evində qaldı və onun yox olmasını gizlətməyə müvəffəq oldu. Peyğəmbərə verilmiş əmanətləri sahiblərinə qaytarmaq üçün Əlinin bir neçə gün Məkkədə qalması vacib idi. Əli Bədr, Ühüd, Xəndək və ümumiyyətlə bütün müharibələrdə Peyğəmbərin yanında olmuşdur, yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin vəkilliyi ilə Mədinədə qalmışdı. Fələkdə, Yəhudi-Səd qəbiləsinə qarşı döyüşü özü idarə etdi (hicri 6-miladi 628), Ühudda 6 yerdən yaralandı, Xeybərə hücum edilən gün sancağı daşıyan Əli idi. Hicri 10-cu ildə (miladi 631-632) Yəmənə edilən səfəri Əli idarə etdi və Həmdanilər İslam dinini qəbul etdilər.




Redaktə Seçilən şəkil
Qazaxıstanın Pavlodar şəhərinin mərkəzi məscidi.


Redaktə Seçilən məkan
Kəbə

"Kəbə" (ərəbcə: الكعبة المشرفة) "kub" deməkdir.

Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.



Redaktə Kateqoriyalar




Redaktə Əlaqəli Portallar

Boşdur


Redaktə Digər Portallar
Qadın  • LGBT  • Talış  • Şahdağ xalqları  • İslam  • Təsəvvüf  • Xristianlıq  • Elm  • Arxeologiya  • Astronomiya  • Biologiya  • Coğrafiya  • Fizika  • Fəlsəfə  • Kimya  • Qədim Misir  • Qədim Roma  • Qədim Yunanıstan  • Qədim Şərq  • Qafqaz Albaniyası  • Şirvanşahlar dövləti  •Monarxiya  • İncəsənət  • Kino v Musiqi  • Klassik musiqi  • Balet  • Opera  • Memarlıq  • Mədəniyyət  • Rəssamlıq  • Teatr  • Tibb  • Ədəbiyyat  • Alatoran  • Harri Potter  • Seylor Mun  • Anime və manqa  • İdman  • Futbol  • Beşiktaş  • Trabzonspor  • Universitet  • Xəzər Universiteti  • Məhəmməd Füzuli  • Nizami Gəncəvi  • Maykl Cekson  • Video oyunlar  • ABŞ portalı  • Almaniya portalı  • Azərbaycan portalı  • Azərbaycan tarixi  • Azərbaycan kino sənəti  • Azərbaycan Silahlı Qüvvələri  • Cənubi Azərbaycan  • Qarabağ  • Böyük Britaniya  • Çexiya portalı  • Çili portalı  • Çin portalı  • Ermənistan portalı  • Gürcüstan portalı  • İran portalı  • İslandiya portalı  • İsrail portalı  • Kanada portalı  • İsveç portalı  • İtaliya portalı  • Fransa portalı  • Meksika portalı  • Monqolustan portalı  • Polşa portalı  • Rusiya portalı  • Türkiyə portalı  • SSRİ portalı  • Yaponiya portalı  • Ankara portalı  • Bakı portalı  • Berlin portalı  • Bern  • Paris portalı  • Praqa portalı  • Sankt-Peterburq portalı  • Milad  • Procter & Gamble  • Qorxu  • Antarktika  • Alyaska  • NBA  • Günəş sistemi  • Yupiter  • İslam  • Asiya


Redaktə Vikimedia
İslam Vikixəbərdə  İslam Vikisitatda  İslam Vikikitabda  İslam Vikimənbədə  İslam Vikilüğətdə  İslam Vikiversitetdə  İslam Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar



На сайте 92 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023