Portal:İtaliya Haqqinda Melumat - Vikipedia

Portal:İtaliya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Seçilmiş məqalə

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica italiana) – Avropanın cənubunda dövlət. Əhalisi: təxminən 58 milyon. Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10. Turizm sahəsində işləyən hər kəs ingilisfransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır. Roma İmperiyası (lat. Imperium Romanum) – e.ə. 27 – e. 476-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutan dövlət olmuşdur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəxs

Rafael Santi (d. 6 aprel 1483 – ö. 6 aprel 1520, Roma) məşhur İtalyan rəssamı. Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi de tanınmışdır. İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı""Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi. Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da VinçiMikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair""Entombmeut" olmuşdur. Rafael, Romada Papa II. Julius üçün işləyib. Romaya gəldiyi zaman, Mikelancelo, Julius'un etdirdiyi Sikst kilsəsinin bəzəyini çəkirdi. Rafael, burada ilk olaraq Papanın kitabxanasını dekorasiyaya etdi. Çəkdiyi teolojik, fəlsəfi, lirik hesabatlarında sükunət; rənglərdə ahəng; mövzularda aydınlıq və bir bütün ifadə hakimdir. Rafaelin gördüyü işlərdən biri də parça üzərinə qoyduğu bəzəklərlə, divar örtükləri hazırlamasıdır. 1513-1521 illəri arasında hazırladığı on ədəd böyük divar bəzəmə örtüləri, Sikst kilsəsində istifadə edilmişdir. 1514-ci ildə, Papa Leo Xin əmri altında da Saint Peter Bazilikasının baş memarı oldu. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəhər

Milan (it. Milano, lat. Mediolanum - "düzənliyin mərkəzi" və ya "çölün ortası", alm. Mailand‎) — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya əyalətinin paytaxtı. Milan - moda paytaxtı, yüksək incəsənət mərkəzidir. Burada Avropa qotikasının şedevri olan Duom kilsəsinin şpilləri göylərə ucalır. Milanda Leonardo Da Vinçinin qiymətsiz əsəri olan "Sirli şam yeməyi" saxlanılır. Milan italyanları və xariciləri öz məşhur tədbirləri - moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Duom kilsəsi, Viktor Emmanuil qalereyası və La Skala teatrı burada yerləşir. Milanın Duom meydanında bir neçə diqqətəlayiq abidə var - kilsə, Viktor Emmanuil abidəsi, Emmanuil qalereyası. Duomo kilsəsi Milanın əsas görməli yeridir. Hər gün saat 9.00-12.00 və 14.30-18.00 kimi açıq olur. Kilsənin tikintisinə 1386-cı ildə başlansa da, o 1813-cü ildə başa çatdırılmışdır. Kilsə dünyada qotika üslublu ən böyük kilsələrdən biridir. Erkole Roza tərəfindən inşa edilmiş Viktor Emmanuil abidəsi Duomo meydanının mərkəzi və turistlərin görüş yeridir. Viktor Emmanuil qalereyası zəfər tağı motivli girişlə başlanır və getdikcə şüşəli küçələrlə davam edir. Bu gün bu qalereya şəhərin mədəni həyatının mərkəzi hesab olunur. Burada məşhur kitab mağazaları, kafe və restoranlar yerləşir. Qalereyanın mərkəzi günbəzinin altında isə mozaikalı öküzü görmək olar. Hesab edilir ki, əgər 3 dəfə saat əqrəbinin əksi istiqamətində onun başına dolansanız arzunuz yerinə yetəcək. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixi abidə

Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) - Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır. Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi etmişdir. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa edilmişdir. 405-ci ildən qladiator döyüşləri ləğv edilsə də vəhşi heyvanlara qarşı döyüşlər hələ də keçirilməkdə davam edirdi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

Kapitoli canavarı, Romul və Rem


Musiqiçi

Toto Kutunyo (it. Toto Cutugno) — İtaliya müğənnisi. Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.

19 yaşına qədər Kutunyo yerli musiqi qruplarında zərb alətlərində ifa edir. Sonra Toto "Toto e Tati" adlı şəxsi qrupunu təşkil edir. Bu qrup çox böyük uğurla qastrollarda iştirak edir. Elə bu vaxt o özü də musiqi yaratmağa başlayır. 1975-ci ilin əvvəlində Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayır. O, şair Vito Pallaviçini ilə birlikdə "Oazis" mahnısını yazır. Həmin il məşhur fransız müğənnisi Co Dassenin bədii rəhbəri Jak Ple Kutunyo-Pallaviçini əməkdaşlığına öz münasibətini bildirir. Co Dassenin mahnılarının daimi mətn müəllifləri Klod Lömyel və Pyer Delanoye Toto Kutunyonun melodiyalarına fransız sözləri yazırlar. Beləliklə də, gözəl "Et si tu n`éxistais pas", "Salut"1975-ci ildə fransız pop musiqisinin hiti olmuş "L`été Indien" mahnıları yaranır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

 

Rəssam

Yakopo Komin, daha çox Tintoretto adı ilə tanınır (it. Jacopo Robusti, Jacopo Comin, Tintoretto; 29 sentyabr 1518 - 31 may 1594) — Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı. Gəncliyində həmçinin Yakopo Robusti adı ilə tanınmışdır. Tintoretto 1518-ci ildə Venesiyada ailədə 21 uşağın ən böyüyü kimi anadan olmuşdur. Atası Covanni rəngsaz (it. tintore) olduğuna görə oğlu da özunə Tintoretto təxəllüsünü götürür. Yakopo sanki rəssam doğulmuşdu. Oğlundakı istedadı görən atası onu dərs almaq üçün Tisianın emalatxanasına gətirir. Lakin Tintoretto Tisianın yanında cəmi 10 gün qalır. Tisian onu evlərinə göndərir. Belə düşünürlər ki, Tisian Tintorettonun özünəməxsus üslubunu qısqanmış, digərlərinə görə isə Tintorettonun üslubu Tisiana yad olduğu üçün onu geri qaytarmışdı. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Filosof

Foma Akvinalı (Foma Akvinat, 1225, Akvino yaxınlığında Rokkasekka qəsri – 7 mart, 1274, Fossanuova monastırı) orta əsr filosofu və ilahiyyatçısı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi. İtaliyanın Akvino şəhərində, zadəgan ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarında Dominikan ordeninin mənsublarından olmuşdur. İlk təhsilini monastır məktəbində almış, daha sonra Neapol, Paris, Köln şəhərlərində universitetdə oxumuşdur. O, xristian fəlsəfəsinin banilərindən biri və filosofların knyazı hesab edilir. Foma ortodoksal sxolastikanın əsaslarını qoymuş, habelə Aristotelin fəlsəfəsi ilə xristian ilahiyyatını uzlaşdırmağı bacarmışdır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar


Almaniya Fransa Qədim Roma


İtaliya Vikixəbərdə  İtaliya Vikisitatda  İtaliya Vikikitabda  İtaliya Vikimənbədə  İtaliya Vikilüğətdə  İtaliya Vikiversitetdə  İtaliya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

На сайте 102 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023