Portal:Azərbaycan Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Azərbaycan

Portal:Azərbaycan
Portal:Azərbaycan


Bayraq
Bayraq
Gerb
Gerb
Ərazisi
Ərazisi

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Azərbaycan haqqında ətraflı …
redaktə
 Seçilmiş məqalə                                                                              redaktə

Qarabağ müharibəsi (erm. Ղարաբաղյան պատերազմ) və ya ermənilər tərəfindən Artsax Azadlıq müharibəsi (erm. Արցախյան ազատամարտ, translit. Artsakhyan azatamart) — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir. Müharibə getdikcə keçmiş SSRİ respublikaları olan AzərbaycanErmənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzun çəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi.



 Yaxşı məqalə                                                                              redaktə

Azərbaycan Respublikasının bayrağıAzərbaycan Respublikasının rəsmi simvollarından (himngerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.


''Seçilmiş Şəkil''                                                                              redaktə
Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən XIII əsrə aid Gəncəsər monastırı.
Seçilmiş bioqrafiya                                                                              redaktə

Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri. Vaqif təxminən 1717-ci ilin Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında “Molla” titulu verilmiş və o, “Molla Pənah” ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.


Sitatlar                                                                              redaktə
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri



Bilirdinizmi...                                                                              redaktə


Kateqoriyalar                                                                              redaktə

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:


Panorama                                                                              redaktə
Bakı qalasının və Filarmoniya bağının panoramı



Əlaqəli portallar                                                                              redaktə

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:İslam
Portal:İslam
Portal:Asiya
Portal:Asiya
Portal:Afrika
Portal:Afrika
Avropa İslam Asiya Afrika


Digər resurslar                                                                              redaktə
Azərbaycan Vikixəbərdə  Azərbaycan Vikisitatda  Azərbaycan Vikikitabda  Azərbaycan Vikimənbədə  Azərbaycan Vikilüğətdə  Azərbaycan Vikiversitetdə  Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar




На сайте 192 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024