Portal:Nizami Gəncəvi Haqqinda Melumat - Vikipedia

Portal:Nizami Gəncəvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Nizami Gəncəvi

redaktə  

"Dilçə şerimizdə olsa da kəsir, Mənaca böyükdür ondakı təsir" Nizami Gəncəvi


Nizami Gəncəvi portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی) — Gəncədə anadan olmuş Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi. Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncə də vəfat etmişdir. Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəbfars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibbhəndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur


redaktə  

Şəkil qalereyası

Atabəy Qızıl Arslanın şair Nizami Gəncəvini qarşılaması.jpg
Atabəy Qızıl Arslanın şair Nizami Gəncəvini qarşılaması


redaktə  

Obrazlar

Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır.


redaktə  

Bilirsinizmi...

  • Azərbaycanda elm xadimlərinin mükafatlandırılması üçün nəzərdə tutulmuş xüsusi Nizami Gəncəvi adına Qızıl Medal mövcuddur.
  • Avropada Nizaminin əsərlərinin tərcüməsinə ilk dəfə XIX əsr Avstriya şərqşünas və diplomatı baron Yozef fon Hammer-Purqştal təşəbbüs göstərmişdir.
  • 1941-ci ildə Nizaminin 800 illik yubileyi qeyd olunarkən, mühasirədə olan Stalinqradda yubiley tədbirinin keçirildiyi Ermitajın "məktəbli kabineti"ni Neva çayında dayanan "Qütb ulduzu" gəmisi işıqla təmin edib.
  • İtalyan bəstəkarı Cakomo Puççini məşhur Turandot operasını Nizaminin "Yeddi gözəl" məsnəvisindəki hekayə əsasında yazıb.


redaktə  

Xarici keçidlərdə əsərləri


redaktə  

Təqvim

Nizami
800

1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi, Sankt-Peterburqda geniş miqyasda qeyd olunmuşdur.



Nizami
870

2011-ci ildə Nizaminin anadan olmasının 870 illik yubileyi Bakıda geniş miqyasda qeyd olunmuşdur.



redaktə  

Əsərlərdən sətirlər

“Xosrov məclisində yatan şəkərə,

Xoş olsun bu şirin yuxu yüz kərə!...
Alqış bu ölümə, əhsən Şirinə!
Öldürən Şirinə, ölən Şirinə!
Məhəbbət yolunda ölüm budur bax,
Cananə belədir canı tapşırmaq...
Çox sağ ol ey dünya, ey dövran, əhsən,
Gəlini damadə belə yetir sən!...
Bir təxtdə oturdu iki tacivər,
Məğbəri bağlayıb geri döndülər.
Məzarı tərk etdi o qəmli karvan,
Bu sözü yazdılar qayıdan zaman.
“Bu Şirindən başqa kimsə dünyada,

Özünü özgəyə etməmiş fəda.”
Nizami Gəncəvi Vikixəbərdə  Nizami Gəncəvi Vikisitatda  Nizami Gəncəvi Vikikitabda  Nizami Gəncəvi Vikimənbədə  Nizami Gəncəvi Vikilüğətdə  Nizami Gəncəvi Vikiversitetdə  Nizami Gəncəvi Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

На сайте 81 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023