Portal:Sankt-Peterburq Haqqinda Melumat - Vikipedia

Portal:Sankt-Peterburq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Sankt-Peterburq


Sankt-Peterburq portalına
xoş gəlmisiniz!


Seçilmiş məqalə

Qış sarayı (rus. Зи́мний дворе́ц) — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732-1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730-1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir. 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqlabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır.

Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Bu saraydan Rusiya çarları 22,400,000 kvadrat kilometr (8,600,000 sq mi) (Yer kürəsinin torpaq sahəsinin 1/6 hissəsi) əraziyə və XIX əsrin sonuna kimi 125 milyon insana hökm etmişlər. Sarayın inşa edilməsində bir çox memarlar çalışsalar da, onlar arasında Yelezaveta barokkosu üslubunun əsas simalarından olan Bartolomeo Rastrellinin adı xüsusilə qeyd edilir. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m (100 ft) hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq, yenidən işlənmişdir ki, tədqiqatçılar bu otaqların interyerini “XIX əsr Rokoko üslubuna uyğun” olduğunu bildirirlər. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Sankt-Peterburqlular

Vladimir Nabokov (rus. Владимир Владимирович Набоков) - Rus əsilli ABŞ yazıçısı. Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda aristokrat ailəsində dünyaya göz açıb. Atası Dmitri Nabokov liberal bir siyasət adamı, vəkil və jurnalistlik fəaliyyəti ilə məşğul idi. Bu ailə ingilis mədəniyyətinin heyranı idi. Məhz buna görə balaca Vladimir ingilis dilini çox erkən öyrənmiş, hətta beş yaşında fransızca danışa bilirdi. Nabokov ilk təhsilini Piterin ən qabaqcıl məktəbi sayılan Tenişevdə alıb. 16 yaşındaykən Vladimirə əmisindən miras olaraq geniş bir ərazi qalır. Lakin tezliklə inqilab Rusiyanı bürüdüyündən mirasdan istifadə ona qismət olmur. Atası inqilab düşməni olaraq, qısamüddətli həbsdə yatmalı olur. Daha sonra onlar ailəvi olaraq Almaniyaya köşürlər. Vladimir isə təhsilini davam etdirmək üçün İngiltərənin Kembric kollecinə yollanır. 1922-ci ildə atası bir anarxist millətçi tərəfindən Berlində öldürüldüyündən, gələcək yazıçı Almaniyaya qayıdır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

Oktyabr inqilabı və ya Böyük Oktyabr Sosialist inqilabıYuli təqvimi ilə 1917-ci ilin oktyabr ayında Rusiyada baş verən inqilab. XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət o qədər də ürəkaçan deyildi,belə ki,daxildə maliyyə problemi yaşanirdi və torpaqlarin geniş olmasi da rus çari üçün buranin idarəsini çətinləşdirirdi. Olkədə böhran baş vermişdiçhökümətdə naraziçiliq təkcə aşaği sosyal təbəqə arasinda deyil həmdə varli təbəqə arasinda da baş vermişdi.O zaman rus hökuməti çarəni o zaman ücün cox da populyar olmayan II Nikolayı qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi. Çünki sonunda insanlar 9 yanvar 1905-ci ildə etiraz məqsədi ilə nümayiş keçirdilər. Nümayişdə əsasən iş saatlarının çoxluğundan və yaşayiş standartlarinin aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə 1000-dən artiq insan həlak oldu. Bu hadisə Rusiyada cox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya hakimiyətinə qarşi cox menfi bir imic formalaşdırdı. Bu hadisə tarixə qanli bazar adı ilə keçdi. Leninin tərafdarlari nə qədər boğulmağa çalışılsada, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi və çar 2-ci Nikolay 1906-ci ildə konstitutsiyanı qəbul etməli oldu.

Milad təqviminə görə 8 mart 1917-ci ildə Dünya Qadinlar günündə başlanan etirazlar isə son dərəcə sülhsevər başlamişdi. Hökumət maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşi çox keçmədən zor tətbiq edilməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

Danaya - hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Kroza kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən bu yana Peterburqdakı Ermitaj muzeyində saxlanılır.

Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya xarakteri təsvir olunmuşdur. Şəkildə Danaya böyük ehtimalla, bir qızıl sağnağı şəklinə girərək özüylə əlaqəyə girib Perseusa hamilə qalmasını təmin edəcək olan Zeusu qarşılayarkən görülməkdədir.

Danaya üçün, rəssamın bərabər yoldaşı olan Saskia van Uylenburgh modellik etmiş olsa da, Rembrandt daha sonra, Danayanın üzünü dəyişdirərək aşnası Geertje Dircxin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən biri olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq şəkilin nisbətən böyük ölçülərdə olması, satılmasını çətinləşdirmişdir.

Rembrandtın bu tablosu 15 İyun 198-ci ildə ağılı başından çıxmış bir adam tərəfindən hücuma uğradı. Rəsmin üzərinə sülfürik turşu tökən təcavüzkar tablonu ayrıca iki yerindən bıçakladı. Hücum sonrasında şəkilin orta hissəsinin sıçrama izlərindən və axan boyalardan meydana gələn bir çox nöqtəylə örtüldü. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixi abidələr

I Pyotrun Yay sarayı (rus. Летний дворец Петра I) — Peterburqun mərkəzində yerləşən Yay bağındakı günümüzə kimi qorunub saxlanılan I Pyotrun yay iqamətgahı. Bina Dövlət Rus Muzeyinin filialı kimi istifadə olunur. Hazırda saray restavrasiya işləri ilə əlaqədar bağlanılıb və turistlərin ziyarət etməsi mümkün deyil.

Barokko üslubunda Yay sarayı memar Domeniko Trezininin layihəsi əsasında 1710—1714-cü illərdə inşa olunmuşdu. Bu şəhərdə ən qədim tikililərdən biridir. İkimərtəbəli saray kifayət qədər sadədir və yalnız on dörd otaqdan və iki mətbəxdən ibarətdir. İqamətgah yalnız isti mövsümdə - may ayından oktyabr ayına kimi istifadə üçün nəzərdə tutulmuşdur və məhz buna görə də evin divarları nazik, pəncərələri isə bir çərçivəli idi. Daxili bəzək işləri rəssamlar A.Zaxarov, İ.Zavarzin və F.Matveyev tərəfindən yaradılmışdır.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

Baş Qərargah binası və Saray meydanı
 

Region

Din

Pyotr və Pavel kafedralı (rus. Петропавловский собор, tam adı Baş apostollar Pyotr və Pavel şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Pyotr-Pavel qalasında yerləşən pravoslav kafedral kilsə, Rusiya İmperatorlarının sərdabəsi və Peterburqun əsas memarlıq abidəsi. 2012-ci ilə qədər 122,5 metr hündürlüyü olan kilsə Peterburqun ən hündür binalarından sayılırdı. 2013-cü ildə isə kilsə hündürlüyünə görə 140 metrlik Leader Tower və 124 mərtəbəli «Knyaz Aleksandr Nevski» yaşayış komleksindən sonra 3-cü yerdə qərarlaşmışdı.

1703-cü ildə I Pyotr Fin körfəzinin sahilidə Pyotr və Pavel qalasının əsasını qoyur. Pyotr anlayırdı ki, Rusiyanın dövrünün ideyalarını təcəssüm edəbilən memarlığa ehtiyacı var. Gənc paytaxtın Rusiya şəhərləri içərisində dominant mövqeyini gücləndirmək üçün səy göstərən hökmdar, Moskvada yerləşən İvan zəng gülləsindən daha hündür olacaq bir tikilinin inşası barədə düşünür. Yeni məbəd paytaxtın ən əhəmiyyətli tikililərindən biri olmalı və qəsrin mərkəzi hissəsində yerləşməli idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Muzeylər

Mixaylov və ya Mühəndis qəsri (rus. Михайловский замок) – keçmiş İmperator sarayı Peterburqun mərkəzində, Sadovaya küçəsi № 2 yerləşir və İmperator I Pavelin sifarişiylə XVIII—XIX əsrlərdə inşa edilmişdi və məhz bu qəsr onun ölüm yeri olmuşdur. Bu bina ən böyük memarlıq abidələrindən sayılır və XVIII əsr Peterburq klassisizm memarlıq ənənələrinin sonunu özündə bildirir.

Mixaylov qəsrinin adı, içində yerləşən və Romanov sülaləsinin qoruyucusu sayılan Arxangel Mikail kilsəsinin və I Pavelin şıltaqlığı nəticəsində Malta cəngavərləri Ordeninin "Böyük Magistr" titulunu şərəflə qəbul etməsindən sonra şəhərdə yerləşən saraylarını "qəsr" adlandırması səbəbindən yaranmışdı. İkinci adı olan "Mühəndis" sözü isə sarayda 1823-cü ildən bəri yerləşən mühəndislik məktəbindən götürülüb. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar


Coğrafiya Moskva Rusiya
Sankt-Peterburq Vikixəbərdə  Sankt-Peterburq Vikisitatda  Sankt-Peterburq Vikikitabda  Sankt-Peterburq Vikimənbədə  Sankt-Peterburq Vikilüğətdə  Sankt-Peterburq Vikiversitetdə  Sankt-Peterburq Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar



На сайте 69 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023