Portal:Video oyunlar Haqqinda Melumat - Vikipedia

Portal:Video oyunlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Video oyunlar

Redaktə 
XOŞ GƏLMİSİNİZ!
Legend of GrimrockStratagusSolitaireS.T.A.L.K.E.R.- Call of Pripyat

Video oyun və ya Kompüter oyunutelevizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Video oyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.

Video oyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Video oyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara video oyun konsolları kimi video oyunlara həsr olunmuş cihazlar, eləcə də noutbukstolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir

Video oyunlar üçün istifadə edilən giriş cihazikontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular video oyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Video oyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi video oyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.

2010-cu illərdə video oyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiyasmartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, video oyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.

Redaktə 
Seçilmiş məqalə

Call of Duty 2 (azərb. Döyüş tapşırığı 2‎) — "Infinity Ward" tərəfindən hazırlanmış və dünyanın əksər regionunda "Activision" tərəfindən yayımlanmış 2005-ci il birinci şəxs atıcı video oyunu. Bu, "Call of Duty" video oyun seriyasındakı ikinci epizoddur. 7 aprel 2005-ci ildə "Activision" tərəfindən açıqlanan video oyun 25 oktyabr 2005-ci ildə "Microsoft Windows" və 22 noyabr 2005-ci ildə "Xbox 360" konsolunun buraxılış titulu kimi satışa çıxarılmışdır. Digər versiyalar sonradan "OS X", mobil telefonlar və "Pocket PC"-lər üçün buraxılmışdır.

Oyunun hadisələri İkinci Dünya müharibəsində cərəyan edir və kampaniya rejimi dörd əsgərin nöqteyi-nəzərindən təsvir edilir. Onlardan biri Qızıl Ordu, biri ABŞ Ordusu və ikisi Britaniya Ordusu sıralarında xidmət edir. Bu, cəmi 27 missiya üçün üç hekayəyə bölünmüş dörd ayrı kampaniyadan ibarətdir. Sağlamlığın bərpası və partlamaq üzrə olan ən yaxın əl qumbarasını göstərən ikona kimi bir çox funksiyalar orijinal "Call of Duty" video oyunundan edilmiş və dəyişdirilmişdir.

"Call of Duty 2" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun qrafikaları, səs rejimi və bərpa olunan sağlamlıq sistemini tərifləmişdir. Oyunun buraxılış titulu kimi yayımlanan "Xbox 360" versiyası ilk həftəsində 250 mindən, 2008-ci ilin yanvarına qədər isə 2 milyondan çox kopya satmışdır. 2013-cü ilin noyabrına aid olan məlumatlara görə, video oyun 6 milyondan çox kopya satmışdır.

Redaktə 
Seçilmiş şəkil
Redaktə 
Seçilmiş personaj
{{{caption}}}

Bouzett (ing. Bowsette, /bˈzɛt/, bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa‎) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilisyapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.

Redaktə 
Bilirsinizmi...
Redaktə 
Seçilmiş məzmun
Redaktə 
Kateqoriyalar
Video oyunlar adlı kateqoriya tapılmadı.
Redaktə 
Əlaqəli portallar
Redaktə 
Vikimedia
Vikisitatda video oyunlar     Vikikitabda video oyunlar     Vikimənbədə video oyunlar     Vikilüğətdə video oyunlar     Vikianbarda video oyunlar
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Serverin keşini təmizlə


На сайте 66 человек
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023