Kişiləri seksdən soyudan 10 əlamət

Kişiləri seksdən soyudan 10 əlamət


Eğitimin sırrı çocukta saygıyla başlar

Kişiləri seksdən soyudan 10 əlamət

Kişiləri seksdən soyudan 10 əlamət
Fərqinə varmadan etdiyiniz bir çox hərəkət partnyorunuzun sizdən və seksdən uzaqlaşmasına səbəb ola bilər. Kişiləri seksdən soyudan detalları oxuyunca doğru bildiyiniz bir çox şeyi yenidən nəzərdən keçirəcəksiniz!

Qısqandırmağa çalışmaq
Sırf sizi qısqanması üçün Instagramınıza partnyorunuzun çox da bəyənmədiyi biri ilə fotonuzumu paylaşdınız? Ya da başqa biri ilə intim mesajlaşmalarmı edirsiniz?

Bu zaman kişinin ağlından seksi çıxarmaq üçün mükəmməl bir səbəbi var. Çünki bütün qayğınızı onun üzərindən götürüb başqasına vermisiniz deməkdir. Ya da o, bu vəziyyəti istəksiz olaraq belə başa düşəcək.

Onu dəyişdirməyə çalışmaq
Hər kişi onu yalnız "o" olduğu üçün sevməyinizi gözləyər. Onu dəyişdirmək istəyinizi isə əsla həzm edə bilməzlər. Xarici görünüşünə, ya da şəxsiyyətinə müdaxilə edərək, onu arzu etdiyiniz şəkillərə salmaq işiniz partnyorunuzuda mənfi reaksiyaların meydana gəlməsinə yol açacaq.

Gecikmək
Ona unuda bilməyəcəyi bir gecə yaşatmaq üçün çox həvəsli ola bilər, ən seksual paltarlarınızı geyinmək üçün səbirsizlənə bilərsiniz. Amma onun da səbirsizləndiyini unutmayın. Əgər hazırlanma müddətiniz lazım olduğundan daha uzun müddət olsa, partnyorunuz səbirsizlənə bilər və cinsi enerjisi bitə bilər.

Uzun dırnaqlar
Uzun dırnaqların seksi olduğunumu düşünürsünüz? Amma kişilər sizinlə həmfikir deyil. Kişilər ümumiyyətlə təbiilik tərəfdarıdır. Buna görə də dırnaqlarınızın da həddindən artıq uzun olmasından heç də həzz ala bilməzlər. Çünki uzun dırnaqların seks əsnasında onları incidəcəyini düşünürlər.

Bezdirmək
Kişilər çətini sevir. Bu doğrudur, amma həddindən artığına dözə bilməzlər. Əgər ondan xoşunuz gəlirsə, o da səndən xoşlanırsa, gözləmənin mənası varmı?

Kobud davranışlar
Ətrafındakılara əsib guruldayan və tərs davranan bir qadınsınızsa, partnyorunuzu davamlı olaraq gərginliyə salırsınız deməkdir. Kobud davranışlar həm sizə, həm də partnyorunuza stress yükləyəcək.

Basqın xarakter
Hər kəsin özünə görə fikirləri vardır. Eynilə "onun" olduğu kimi. Onun anası imiş kimi davranmağınız və mütəmadi olaraq əmrlər verməyiniz əlbəttə ki əks reaksiya verəcək.

Saf rol oynamaq
Həyata tərtəmiz bir pəncərədən baxan və pislik haqqında ən kiçik bir fikri belə olmayan birini oynamağın cazibədar gələcəyini əsla düşünməyin. Üstəlik bu davranış sevimli də deyil. Əksinə, kişilər üçün bu rol seksdən soyumaları üçün böyük bir səbəbdir.

Köhnə sevgiliylə görüşmək
Mütəmadi olaraq köhnə sevgilisindən bəhs edən qadınları kişilər sözün əsl mənasında mənada heç cür həzm edə bilməzlər. Əgər köhnə sevgilinizə hələ aşiq olduğunuzu düşünürsünüzsə, zaman itirməyiniz üçün heç bir maneə yoxdur. Köhnə sevgilinizdən bəhs etməyiniz onun beynində yalnız "səbəb?" sualının yaranmasına səbəb olacaq.

Həddindən artıq ətir qoxusu
Partnyorunuzun sizin istifadə etdiyiniz ətirdən xoşu gələ bilər. Siz də ətirinizdən çox məmnun ola bilərsiniz. Amma bu işi böyütsəniz işlər tərsinə dönə bilər. Gözəl qoxu gəlməsi hər kəsin xoşuna gələ bilər, lakin partnyorunuzu daha çox vurduğunuz ətir bezdirə bilər. Ona görə ətirinizi az istifadə etməyə cəhd edin.

Arkadaşlarınla ​​paylaş

Sitede 80 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024