Qadınlar oxusun! Cinsi əlaqədən sonra qan - TƏHLÜKƏLİ SİMPTOM

Qadınlar oxusun! Cinsi əlaqədən sonra qan - TƏHLÜKƏLİ SİMPTOM


Eğitimin sırrı çocukta saygıyla başlar

Qadınlar oxusun! Cinsi əlaqədən sonra qan - TƏHLÜKƏLİ SİMPTOM

Qadınlar oxusun! Cinsi əlaqədən sonra qan - TƏHLÜKƏLİ SİMPTOM
Qadınlarda cinsi əlaqə zamanı və ya sonra cinsi yollardan qanın ifraz olunması "postkoital qanaxma" adlandırılır.
İlk cinsi əlaqədən başqa (bu zaman qızlıq pərdəsi yırtılır və adətən az miqdarda qan ifraz olunur) bu simptom ginekologiyada təhlükəli simptomlardan biri sayılır.
Bu simptom əmələ gəldikdə qadın mütləq həkimə müraciət etməli və lazım olan müayinələrdən keçməlidir. Bəzən belə qanaxma çox ciddi xəstəliyin, hətta xərçəngin ilk simptomu kimi meydana çıxır.
Postkoital qanaxmaların səbəbləri arasında:
- Kobud cinsi əlaqə nəticəsində uşaqlığın və ya uşaqlıq boynunun cırılması. Bu zaman qadın güclü ağrı hiss edir. Dərhal "təcili yardım" çağırmaq lazımdır ki, bu vəziyyətdə qadın çoxlu qan itirə bilər.
- Uşaqlıq yolu (vaginit) və ya uşaqlıq boynunun (sersivit) iltihabı.
- Endometrioz.
- Hamiləlik əleyhinə preparatların qəbulu.
- Uşaqlıq yolunda və ya uşaqlıq boynunda poliplər.
- Uşaqlıq boynu eroziyası.
- Xoşxassəli və ya bədaxassəli (xərçəng) şişlər.
- Uzun müddət ərzində bəzi dərman preparatlarının (məsələn, aspirinin) qəbulu.

Arkadaşlarınla ​​paylaş

Sitede 183 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024