Atasözleri

Atasözleri


Sitemizde bulunan atasözleri ve atasözleri aşağıdaki harflere göre gruplandırılmıştır

Tüm Atasözleri

  • • Səs çıxarmayan və gurultu etməyənlər təhlükəlidir. (Fransız atalar sözləri)
  • • Sevən ürək, daim gəncdir. (Yunan atalar sözləri)
  • • Subaykən iki gözünü aç, evləndikdən sonra birini bağla. (Yamayka atalar sözləri)
  • • Soruşan insan 5 dəqiqə; soruşmayan ömür boyu axmaqdır (Çin atalar sözləri)
  • • Sağlığında kor fatma, öldü isə badamlı göz olur.
  • • Saqqal ağarsada, könül qaralığı ağarmaz.
  • • Sayqı sayana görədir, düzgü alana görədir.
  • • Samanı yiyən, torbasın tikər.
  • • Savaş bilməyən, atasın yerə vurar.
  • • Sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə.
  • • Sağsağan kəkliyə baxar, öz yerişin itirər.
  • • Sağ göz görür, sol göz yumur.
  • • Sürünüb qalmaqdansa, diz üsdə yaşamaqdansa, ayaq üsdə ölmək yaxşıdır.
  • • Suyun imanın, odda gör.
  • • Sən kimin üçün ağladığını de, mən
    sənin kim olduğunu deyim
  • • Sirrini dosta demə, dostun da bir dostu var.
  • • Sən vurmadın, mən yıxmadım, bəs nə oldu?
  • • Saxsı qab yamaq (ulaş) götürməz.
  • • Səhər durdun, günü görməsəndə, olduğuna inan.
  • • Sevən adam kordu, sevilən korsaq(özün korluğa vuran).
  • • Sevgi qarnı doydurmaz.
  • • Sevmədiyin yarpız, burnunun dibində qoxur.
  • • Siçan balası, torba deşər.
  • • Siçan keçər, yol salar.
  • • Siçan kimi, bir gözü var dəlikdə.
  • • Sözü ağzında bişir, sonra çıxar.
  • • Sən saydığın say, gör fələk nə sayır.
  • • Söhbət ki var, bulağdır, kəsilməsə axacaq.
  • • Sənə vur dedilər, öldür demədilər.
  • • Sözü yaxşı anla,
    Sonra qızıb banla.
  • • Sonrakı peşimançılıq fayda verməz.
  • • Sözdən söz götürər.
  • • Su bardağı suda sınar.
  • • Söz vermək asandır, yerinə yetirmək çətin.
  • • Sözün düzünü zarafatda deyərlər.
  • • Söz sözə söykənir.
  • • Sürüdən ayrı düşən qoyunu qurd yeyər.
  • • Su bir dəfə axan yerdən bir də axar.
  • • Soruşurlar: "qardaşını tanıyırsanmı", deyir, "yoldaşlıq etməmişəm".
  • • Su axar, çuxurunu tapar.
  • • Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
  • • Söz verir, bez vermir.
  • • Siçan sığmaz ininə, qəlbir bağlar belinə.
  • • Sinəklə, sınaq olmaz.
  • • Söz var kəsər savaşı,
    Söz var kəsdirər başı
  • • Sən çomağını qaldır, suçlu suçunu bildirəcək.
  • • Sınıq qapda su qalmaz.
  • • Sözü olana dil ver, söz eşidənə qulaq ver.
  • • Susuz ağac bar verməz.
  • • Süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.
  • • Soruşan dağları aşar,
    Soruşmayan düzdə çaşar.
  • • Siz daş qoyan yerə, mən baş qoyaram.
  • • Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin.
  • • Sözsüz ev olmaz,
    çalqısız toy olmaz.
  • • Söz var desən qatar, söz var deməsən yatar.
  • • Su ayağında atılan, su başında yığılar.
  • • Su görməyən, üzmək nə bilir.
  • • Susmaq dinməmək deyil,
    çabalamaq ilərləmək deyil,
    oturmaq ölmək deyil.
  • • Susmaq, tanımaq deməkdir.
  • • Səfeh susanda, ağıllı görünür.
  • • Saçarsan, biçərsən.
  • • Sağ tutur, sol vurur.
  • • Sapsız balta suya batar, saplı balta buzu qırar.
  • • Satmadan verən, sandığın almaz.
  • • Savaşanda barışığa üz saxla, varlanıbsan yoxsulluğa var saxla, gənclikdən qocalığa, güc saxla.
  • • Savaşmağa üz tap, barışmağa dil tap.
  • • Səfeyin, böyük kiçiyi olmaz.
  • • Səfeyə ağıl oyrətməkdənsə, ondan ağıl öyrən.
  • • Sel gücü, damcıdandır.
  • • Suleymanı taxtda, Nuhu gəmidə görüb
  • • Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?
  • • Söz vermə, verdin - üstündə dur.
  • • Sözlə yox, işlə göstər.
  • • Sözləşmə puldan bahadır.
  • • Sözü bal təki şirin, könlü buz təki sərin.
  • • Sözün düzünü zarafata salıb deyərlər.
  • • Sözün varsa söz danış, lakin mənə mane olma.
  • • Sözünün ağası ol!
  • • Sözündə hörmət, qəlbində lənət.
  • • Sudan xeyir olsa, qurbağa əjdahaya dönər.
  • • Səbirin axırı xeyir olar.
  • • Susmaq razılıq əlamətidir.
  • • Söz gümüş olsa, sükut qızıldır.
  • • Səhvsiz insan olmaz.
  • • Sənə qeybət edən, səndəndə qeybət edər.
  • • Səni göydə axtarırdım, yerdə tapdım.
  • • Səs-küy ilə iş aşmaz.
  • • Sirkə tünd olanda, öz küpünü (qabını) çatladar.
  • • Sirrini dostuna demə, dostunun da dostu var.
  • • Soruşmaq pulnan deyil ki.
  • • Söyüş boyundan asılıb qalmır.
  • • Söhbət (söz) danışıqdan keçər.
  • • Suyu dənizdən içən, bulağ tanımaz.
  • • Sevgini və kasıblığı gizlətmək çətindir.
  • • Səbir eylə işinə, xeyir gələr başına.
  • • Səbir eylərəm, səbir daşı, çatladı ürəyimin başı.
  • • Səbir edən salamat olar.
  • • Səbir kasam dolubdur.
  • • Səbir acıdır, meyvəsi şirin.
  • • Səbir eyləyən çox yaşar.
  • • Səbir edən muradına yetişər.
  • • Səbir cənnət açarıdır.
  • • Səbir ağacı hər bağda göyərməz.
  • • Səbir eyləyən fərəc tapar.
  • • Səbir təkamülün babasıdır.
  • • Səbir ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından.
  • • Səbr (səbir) ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından.
  • • Sadəlik gözəlliyi daha da artırır, daha yüksəklərə qaldırır.
  • • Sadəlövhlük oğurluqdan pisdir.
  • • Sakit axan su dərin olar.
  • • Saqqalım yoxdur, sözüm ötmür.
  • • Saqqal ağarıb, başda ağıl yox.
  • • Sanılı pul durumsuz olar.
  • • Söz məndə, pul ingilisdə.
  • • Sevdanı pul kəsər.
  • • Sayılı gün, sayılı pul, ötər tez, bitər tez.
  • • Su çuxurda durar, pul qıtmırda.
  • • Su axar-axar, yolun tapar.
  • • Sərçə, yağış yağsa - balasını, dolu yağsa - öz başını qoruyur.
  • • Sahibinin yanında pişik də it basar.
  • • Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər.
  • • Söz var – xalq içində, söz var – xülq içində.
  • • Sərt olma, mərd ol.
  • • Səndən hərəkət, məndən bərəkət.
  • • Soğan yeməmisən, için niyə göynəyir?
  • • Su kiçiyin söz böyüyün.
  • • Subayın malın it yeyər, canın - bit.
  • • Su yatar, düşmən yatmaz.
  • • Suda batan, ilanada sarılar.
  • • Sevgi olmasaydı, kini tanıyan olmazdı.
  • • Sevənin quluyam, sevməyənin sultanı.
  • • Sel gedər, qum qalar.
  • • Söz vermə, verdin – yerinə yetir.
  • • Söz qılıncdan kəskindir.
  • • Söz var – şəkər-şirin bal kimi, söz var ki, zəhərdən də betərdir.
  • • Söz var – gələr keçər, söz var – dələr keçər.
  • • Söz var qulaqardına salarlar (vurarlar).
  • • Söz var xəstəni sağaldar, söz var adamı yaralar.
  • • Söz böyüyün, su kiçiyin.
  • • Söz altında qalan deyil.
  • • Söz var adamı məst eylər, söz var məsti ayıldar.
  • • Söz ağızdan çıxar.
  • • Sevdanın əvvəli!
  • • Sevda arasında nırx qoymazlar.
  • • Sofi soğan yeməz, tapsa qabığını da qoymaz.
  • • Sona qalan dala qalar, dala qalan dana qovar.
  • • Solaxay bərk vurur.
  • • Soyuq dəmir döyülməz.
  • • Soyub-soyub quyruğunda bıçağı sındırdı.
  • • Soğan olsun, nağd olsun!
  • • Soğan eyib açandır.
  • • Soğan acı olsa da süfrədə öz yeri var.
  • • Sovqatın adı birdir.
  • • Sıxıla-sıxıla behiştə getməkdənsə, oynaya- oynaya cəhənnəmə get.
  • • Sıxıb suyunu çıxardarlar.
  • • Sıradan çıxan qotur olar.
  • • Sınsın o baş ki, dost yolunda gərək olmaz.
  • • Sınıq qabda su qalmaz.
  • • Sınanmamış atın dal-qabağına keçməzlər.
  • • Sınan qol sağalar, sınan qəlb sağalmaz.
  • • Sıyıq ilə yıxılan ev, aş bişir, viran olsun.
  • • Sızağanı qaşıma, çiban edərsən.
  • • Siçanın anbara girməsinə yanmıram, başqasına yol göstərməsi məni yandırır.
  • • Siçanı öldürmək pişiyə oyundur.
  • • Siçandan olan torba kəsər.
  • • Siçandan olan kəsəyən olar.
  • • Siçana araq versən, pişikdən pasport istər.
  • • Siçan sidiyinin də dəryaya xeyri var.
  • • Siçan olmamış dağarcıq dəlir.
  • • Siçan olmamış qovurğa yeyir.
  • • Siçan kimi hər deşikdən baş göstərir.
  • • Siçan kimi bir gözü deşikdədir.
  • • Siçan deşiyini satın alır.
  • • Siçan qarasından minarə tikir.
  • • Sifariş ilə həcc qəbul olmaz.
  • • Sirri sirr açar, kiri – kir.
  • • Sirr saxlamaq mərdlikdir.
  • • Sirr vermə dostuna, o da deyər dostuna.
  • • Siması boş, quşqunu boş.
  • • Sildim süpürdüm, silkindim çıxdım.
  • • Silahla oynamaq olmaz.
  • • Silah sahibinə də düşməndir.
  • • Sirkənin öz qabına zərəri var.
  • • Sirkə tünd olanda öz küpünü partladar.
  • • Sizin evdə yeyək, bizim evdə oynayaq.
  • • Sizin qazanınız var, biz vuraq öz güvəcimizi sındıraq?
  • • Sizin aranızda ala qarğa balalamaz.
  • • Siyasət nənə-bacı bilməz.
  • • Sidr-kafuru müftə görsə uzanıb ölər.
  • • Sidqnən qaradaşdan mətləb almaq olmaz.
  • • Səhrada gül bitməz, cahilə söz yetməz.
  • • Səhərin işini səhər gör.
  • • Səhər gününə qızmayan axşam gününə heç qızmaz.
  • • Səhər gedər naxıra, axşam gələr axura.
  • • Səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini düşməninə ver.
  • • Səhvi dəyirmançı eylər, buğda aparar, un gətirər.
  • • Səxavət dövlətdən deyil, təbiətdəndir.
  • • Səfərə gedən su götürər.
  • • Səfər məhək daşıdır.
  • • Səfalət çalışqan adamın qapısından baxar.
  • • Sərçənin cib-cibindən, toyuğu qaqqıldaması yaxşıdır.
  • • Sərçənin nəğməsi yox, cib-cibi yox!
  • • Sərçəni bülbül adına satır.
  • • Sərçəyə cib-cib öyrətməzlər.
  • • Sərçədən qorxan darı əkməz.
  • • Sərçə olsun, əlimdə olsun, göydə uçan qazı neylərəm?
  • • Sərçə nədir ki, bozbaşı nə ola?
  • • Sərçə qazan deyil budunu verim, bir dəvənin nəyini verim?
  • • Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
  • • Sərxoşun nə vecinə, aləmi su aparsın.
  • • Sərxoşun məktubu meyxanada oxunar.
  • • Sərxoşun dəniz topuğundandır.
  • • Sərxoşu meyxanada, mollanı məsciddə, dərvişi təkyədə tapmaq olar.
  • • Sərxoşu it də tutmaz.
  • • Sərxoşdan dəli də qorxar.
  • • Sərxoşa məktub yazma ya oxuyar, ya oxumaz.
  • • Sərxoş sərxoşu meyxanada görər.
  • • Sərxoş biri iki görər.
  • • Sərnic gətir, süd axtar.
  • • Sərv ağacı nə qədər uca olsa, əsli yoxdur, budağında bar olmaz.
  • • Səpilməyən buğda göyərməz.
  • • Sənsiz bir günümüz olmasın.
  • • Səninki səndə, mənimki məndə.
  • • Səninki nəğddir, sən apardın.
  • • Sənin üzün – dəvənin dizi.
  • • Sənin yumurtanın sarısı olmaz.
  • • Sənin ipin ilə şələ bağlamaq olmaz.
  • • Sənin vaxtın keçib, Allah övladına ağıl versin.
  • • Sənin atın mənim arpamın gücünə yorğa gedir.
  • • Səni öküz vursun!
  • • Səni mənim qəbrimə qoymayacaqlar!
  • • Səni istərəm, çox istərəm, bir gözümü yox istərəm!
  • • Səni istəyirəm, özümü səndən artıq istəyirəm.
  • • Səni nə tapan deyər: - Yaşa!
  • • Səni alar da, satar da, xəbər tutmazsan!
  • • Sənətkarın oğurluğun tutmaq olmaz.
  • • Sənətin pisi olmaz.
  • • Sənət insanın xəzinəsidir.
  • • Sənət, qolda qızıl bilərzikdir.
  • • Sənət ayrı, vərdiş ayrı.
  • • Sənə hər kim daş atsa, sən ona çörək at.
  • • Sənə, mənə nə şəriət?
  • • Sənə məndən öyüd, dənini özün üyüd.
  • • Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış?
  • • Sənə bir toy tutaram ki, əlindən it əppəyini alar!
  • • Sənə bir kəlmə söz, mənə bir illik yol.
  • • Səndən mənə yar olmaz.
  • • Səndən kor it xeyir görməyib!
  • • Səndən ehtiyacı olanı, başqasına möhtac eləmə.
  • • Sən çaldın!
  • • Sən haqq ol, haqq da səninlə olar.
  • • Sən tərpənincə qırğı Şirvanı aşar.
  • • Sən sözü at, yiyəsi özü götürər.
  • • Sən sevdanı et, quyruq heybədədir.
  • • Sən sapda durmaz baltasan.
  • • Sən saydığını say, gör fələk nə sayır.
  • • Sən razı, mən razı, nə qələt eləyir qazı?
  • • Sən öldün – borcdan qurtardın.
  • • Sən öl, mən Ağcaqabulda sənin üçün dəvə kəsim.
  • • Sən orda, yaz, mən burda, kor olsun düşmənimiz!
  • • Sən nə hayda, mən nə hayda?
  • • Sən nə bilirsən ayı harada yumurtlar?
  • • Sən mollaya gedəndə, mən molladan gəlirdim.
  • • Sən mənim bir üzümü ağart, mən sənin iki üzünü ağardım.
  • • Sən məndən can istə, mən deyim gözüm üstə!
  • • Sən meyxanaya gedirsən, mən məscidə, bəs bir- birimizi harada görək?
  • • Sən gündüz gedən yolları mən gecə ikən keçmişəm.
  • • Sən güllə atan ol, barıtını mən verrəm!
  • • Sən görən ağacları dibindən kəsiblər.
  • • Sən özünə gün axtar.
  • • Sən get aşıq-aşıq oynamağa.
  • • Sən kim, mən kim?
  • • Sən yerindən tərpənincə, dağ-daşa dilə gələr.
  • • Sən yediyini bilmirsən, mən doğradığımı bilirəm.
  • • Sən işi buraxmasan, iş səni buraxmaz.
  • • Sən içini ye, mən qabığını gəmirərəm.
  • • Sən eləsən, mən belə.
  • • Sən duza gedəndə, mən duzdan gəlirdim.
  • • Sən doğru ol, əyri bəlasını tapar.
  • • Sən dədəli, mən yetim.
  • • Sən də bir saqqal tərpət.
  • • Sən deyən olsun, qal yatsın.
  • • Sən deyən olsun, ancaq bazar pozulmasın!
  • • Süfrənin başı-ayağı olmaz.
  • • Süfrəni yuxarı başdan düzərlər aşağı başdan yığarlar.
  • • Süfrədən qalanı itə atarlar.
  • • Süfrədə əlini saxla, məclisdə – dilini.
  • • Sürüvü hürküt, sonra say.
  • • Sürüyə ki, düşdün, qapmasan da, gərək hürəsən.
  • • Sürüyə qurd gələndə, köpəyi yuxu tutar.
  • • Sürüyə qurd düşəndə, vay bir qoyunlunun halına!
  • • Sürüdən ayrılan qoyunu qurd yeyər.
  • • Sürü çobansız olmaz.
  • • Sürü sənə qurbandır, amma çəpişin biri bir tümənə.
  • • Sürü qotursuz olmaz.
  • • Sürü qoyun bizdə, satdıq yağ sizdə.
  • • Sürməni gözə çəkərlər.
  • • Sürməni Allah aparıb paxlanın gözünə çəkib.
  • • Süpürgə gəldi, qonağa cavab eylədi.
  • • Sümükləri sürmə olub.
  • • Sümüyünü it sümüyünə qatma.
  • • Süleymana qalmayan dünya heç kəsə qalmaz.
  • • Sükutla görülən iş, qışqırıqla başa gəlməz.
  • • Sükut ixtiyardadır.
  • • Sükut edən salamat olar.
  • • Südün dadını qısır əmən dana bilər.
  • • Südlünü sürüdən ayırmazlar.
  • • Südlü inək ol, vur dolu sərnici dağıt.
  • • Südlü qoyun sürüdən ayrılmaz.
  • • Südlü aş dadlı olar, bir gün sizdə, bir gün bizdə.
  • • Süddə ağzı yanan, qatığı üfləyə-üfləyə içər.
  • • Süd gölündə üzür.
  • • Südlə gələn, sümüklə çıxar.
  • • Süd igidə halaldır.
  • • Süd verən inəyi kəsməzlər.
  • • Sür get deməmişlər, gör get demişlər.
  • • Subaylıq soltanlıqdır.
  • • Subay adamın yaxasını bit yeyər çörəyini – it.
  • • Susuz aparıb, susuz gətirər.
  • • Susuz ağac meyvə verməz.
  • • Susamış it kəhrizə baxar.
  • • Sulu-sulu yudum, çamurlu-çamurlu sərdim.
  • • Sularınız axar-baxarlı olsun.
  • • Suları bir arxa getmir.
  • • Suyun şırıltısından, arvadın zırıltısından qorxmaq gərək.
  • • Suyun üstə gəmi var, hər bir işin cəmi var.
  • • Suyun lal axanı, adamın yerə baxanı.
  • • Suyun əvvəli bulantı gələr.
  • • Suyun quyuda olsun.
  • • Suyu püfləyə-püfləyə içir.
  • • Suyu ver suzuyana.
  • • Susuz yerdə ördək olmaz, qaz olmaz.
  • • Suya düşsə quru çıxar.
  • • Sudan çıxmış toyuğa oxşayır.
  • • Sudan çıxmış balıq kimi çapalayır.
  • • Sudan qaymaq yığır.
  • • Sudan ayrılan balığı oddan qorxusu olmaz.
  • • Suda batmaz, odda yanmaz.
  • • Suda batan ilana da sarılar.
  • • Su çəkən də mən oldum, bərə gəzdirən də?
  • • Su hər şeyi pak eylər, üz qarasından qeyri.
  • • Su harada – dirilik orada.
  • • Su suyu tapar, su da çuxuru.
  • • Su suya qarışanda güclü olar.
  • • Su sənin dalınca gəlməsə, sən suyun dalınca get.
  • • Su səmtinə axar.
  • • Su olan yerdə abadlıq olar.
  • • Su murdarı pak eylər.
  • • Su götürməklə dəryadan su əskik olmaz.
  • • Su görməyincə ətək çəkmə.
  • • Su görəndə balıqdır, qaya görəndə – keçi.
  • • Sadağa – bəlanı rəf eylər.
  • • Sağsağan kəkliyə baxar öz yerişini itirər.
  • • Sağlığında kor Fatma, öləndə badam gözlü.
  • • Sağlıq soltanlıqdır.
  • • Sağlıq olsun, görərik!
  • • Sağlıq ən böyük nemətdir, demə babam, yoxsulam.
  • • Sağlıq böyük nemətdir, qədrini bilmək gərək.
  • • Sağlıq ən böyük varlıqdır.
  • • Sağlamlığın qədrini xəstələr bilər.
  • • Sağlam ruh sağlam bədəndə olar.
  • • Soldan vurur, sağdan biçir.
  • • Sağa da vurur, sola da!
  • • Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma!
  • • Sağ gözün sol gözə etibarı yoxdur.
  • • Sağ yeri qarnı altındadır, onu da örkən kəsib.
  • • Sağ əlin sol ələ ehtiyacı var.
  • • Sağ əlin rənci sol ələ haramdır.
  • • Sağ əlin başımıza!
  • • Sağ əli ilə haraylayır, sol əl ilə qovur məni.
  • • Sağ əl verəni sol əl gərək bilməsin.
  • • Sağ başına saqqız yapışdırma.
  • • Sağ baş yastığa gəlməz.
  • • Saqqızını oğurlayıblar.
  • • Saqqız çeynədikcə çürüyər.
  • • Saqqız çeynəməklə qarın doymaz.
  • • Saqqalını uşaq-muşaq əlinə vermə.
  • • Saqqalıma soğan doğrayır.
  • • Saqqalın çıxmamış, kosaya rişxənd eləmə.
  • • Saqqalımı hələ ələ verməmişəm.
  • • Saqqalımı dəyirmanda ağartmışam.
  • • Saqqalım yoxdur, sözüm keçmir.
  • • Saqqalı hər dəlləyin əlinə verməzlər.
  • • Saqqalı ağarıb, ağlı ağarmayıb.
  • • Saqqalda feyz olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər.
  • • Saqqala xal düşdü – ürəyə xal düşdü.
  • • Saqqal yox ikən bığ var idi.
  • • Saqqal adama qazılığ verməz.
  • • Saqqal başa qurban olsun.
  • • Saqqal ağarıb, bel bükülüb, başda ağıl yox.
  • • Savab adamı dilli eylər.
  • • Savab gör, hər zaman yaxşılıq eylə.
  • • Savab tökülüb, yığan yoxdur.
  • • Sabun ilə üz yuyan, bir gün göyçək olar.
  • • Sabun qara palazı ağartmaz.
  • • Sabah-sabaha salma.
  • • Sabahın şirin yuxusu yolçunun yoldan eylər.
  • • Sabahın şəri axşamın xeyrindən yaxşıdır.
  • • Sabahın naharı bədənin mismarıdır.
  • • Sabahın da sabahı var.
  • • Sabaha kim ölə, kim qala.
  • • Su gələr ləyləndirər, bağçanı gülləndirər.
  • • Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pəncərədir, hər gələn baxar gedər.
  • • Su kiçiyindir, yol böyüyün.
  • • Su kimi əziz ol.
  • • Su ki, girdi qaba – oldu içməli.
  • • Su ki, başdan aşdı, istər bir qarış olsun, istər min arşın.
  • • Su yaranıb axmağa, göz yaranıb baxmağa.
  • • Su ilə odun imanı yoxdur.
  • • Su ilə, od ilə zarafat olmaz.
  • • Su dirilikdir.
  • • Su daşı quma döndərər; arvad kişini – muma.
  • • Su dayanar, düşmən dayanmaz.
  • • Su qabını su tanıyar.
  • • Su qabı suda sınar.
  • • Su başından aşıb.
  • • Su başdan bulanar.
  • • Su aşağı axıdır, su yuxarı axtarır.
  • • Su axdığı yerdən bir də axar.
  • • Su axdığı yerə tökülər.
  • • Su axar, çuxuru tapar.
  • • Su axar, dəli durub baxar.
  • • Su axar, arxa gələr.
  • • Su aydınlıqdır – cala öz bağına.
  • • Su aydınlıqdır.
  • • Söhbət üçün çənə, çaqqal üçün həna.
  • • Söhbət ilə qarıyan, qəmdən qüssədən azad olar.
  • • Söhbət darı torbasıdır, deşildi – dağılacaq.
  • • Söndü bizim çırağımız, yandı sizin çırağınız.
  • • Söyüş qəlp puldur, yiyəsinə qayıdar.
  • • Söyüddən səndəl iyi gəlməz.
  • • Söymə nökər atamı, söyməyim bəy atanı.
  • • Söyləmək məndən, dinləmək səndən.
  • • Söyləyənə baxma, söyləyəninə bax.
  • • Sözünü toylarda kəsim!
  • • Sözünü bilməyəni bayıra atarlar.
  • • Sözün balla kəsim!
  • • Sözün cavabı söz olar.
  • • Sözün öz yeri var.
  • • Sözün düzünü uşaqdan xəbər al.
  • • Sözün düzünü de, atı min çap.
  • • Sözün düzü daşdan keçər.
  • • Sözün qısası hörüyün uzunu.
  • • Sözün qısası dəyərli olar.
  • • Sözünü qədəmi yeyin olar.
  • • Sözünü bilməyən ağız başa toxmaq vurdurar.
  • • Sözün acısı zəhərdən də betərdir.
  • • Sözü xiridarı olana deyərlər.
  • • Sözü məndən qabaq gedər.
  • • Sözü məqamında de.
  • • Sözü at yerə, gedər yerini tapar.
  • • Sözü ağzında bişir, sonra de.
  • • Sözlər bir-birinə calanıb gedər.
  • • Sözlə plov bişsə, dağ qədər yağ məndən.
  • • Sözdür, danışır.
  • • Söz üçün – usta, iş üçün – xəstə.
  • • Söz çox olan yerdə yalan da çox olar.
  • • Söz üçün əlini cibinə salmır.
  • • Söz torbaya girməz.
  • • Söz tez yayılar.
  • • Söz sözü gətirər.
  • • Söz söylədiyin adamı tanı, sonra ona söz söylə.
  • • Söz – sahibinin dustağıdır, sahibi – sözün dustağı.
  • • Söz sahibi ölsə də söz qalar.
  • • Söz sandığa girməz.
  • • Söz pəhləvanı olma.
  • • Söz odur ki, haqqa varam.
  • • Söz gəzdirmə.
  • • Söz gəzdirən adamdan qorx.
  • • Söz gəldi, məqamında de gəlsin.
  • • Söz gəldi – deyərlər.
  • • Söz yaş dəridir, haraya çəksən oraya gedər.
  • • Söz deyən azdır, söz çeynəyən çox.
  • • Söz dediyin dəmirdir, döydükcə uzanar.
  • • Söz danış söz eşit.
  • • Söz danış, söz olsun.
  • • Sən deyən qarpızdır, fal-fal yeyərlər.
  • • Sən dalını daşa ver, o qədər daş yığan olar ki.
  • • Sən qoçaq oğlan ol, qaranlıq gecələr çoxdur.
  • • Sən vurmadın, mən yıxılmadım, bəs buna nə oldu?
  • • Sən vuranda su çıxar, mən vuranda – qan?
  • • Sən bir kişisən, mən bir kişi!
  • • Sən bir yeyib içmisən, mən dünyanı gəzmişəm.
  • • Sən atlı, mən piyada.
  • • Sən adını çək, mən nişan verim.
  • • Sən ağacı götür, suçlu özünü bildirər.
  • • Sən ağacı əlinə al, oğrunu it qapacaq.
  • • Sən ağa, mən ağa, inəkləri kim sağa?
  • • Sənə it saxlayanın, bir tikə artıq çörəyi gərək.
  • • Səlbəni meyvəli ağaca vurarlar.
  • • Səkkiz mıxa doqquz at bağlamazlar.
  • • Səksənində yaşayır, indi belin qurşayır.
  • • Səksən, doxsan, bir gün varsan, bir gün yox!
  • • Səkkiz gün ömürə, doqquz gün çalışmaq lazımdır.
  • • Səbəbkarın evi abad.
  • • Seçə-seçə düşdü seçməliyə.
  • • Sel yüz gündə ovanı, dərd bir gündə ovar.
  • • Seyid cəddinə arxalanar.
  • • Sevgilimə çataydım, rahat-rahat yataydım.
  • • Sevgi adamı selə verər.
  • • Sevgi adamı yandırar.
  • • Sevgi od deyil, amma oddan yamandır.
  • • Sevinc sevinc gətirər.
  • • Sevindim – quşum var, quşum var, aralığa çıxdı sərçə balası.
  • • Sevərəm məni sevəni, keçəl ola, daz ola,
    Sevmərəm məni sevməyəni, şah ola, şahbaz ola.
  • • Sevənin gözündə pərdə olar.
  • • Sevəni sevilən incidər.
  • • Sevəni sevənə ver.
  • • Sevdanı sevda ilə yuyarlar.
  • • Sev səni sevəni.
  • • Səkkiz yumurta verib, doqquz yumurta istəyir.
  • • Sədaqət qəhrəmanın zinətidir.
  • • Sacı soyuq olanın kündəsi küt gedər.
  • • Saç ürəkdən su içər.
  • • Saç səfadan uzanar dırnaq cəfadan.
  • • Sahibsiz mal yetimdir.
  • • Sahibsiz ev xarabdır.
  • • Sahibsiz qoyunu qurd yeyər.
  • • Sahibindən qabaq bostana girmə.
  • • Saxsıya verə-verə, çıxar misin bahası.
  • • Saxla samanı, gələr zamanı.
  • • Saxla gönü, gələr günü.
  • • Saf armud sapdan düşməz.
  • • Satınalma qulunam!
  • • Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
  • • Sarsaq yaşamaq ömrə yamaqdır.
  • • Sarı yağla yağlayır, sarımsaqla dağlayır.
  • • Sarı yağdan tük çəkir.
  • • Sarı it çaqqalın dayısıdır.
  • • Sarbanla qonaq olanın darvazası gen gərək.
  • • Sarala-sarala yaşamaqdansa, mərd-mərdanə
  • • Sar çalağanın dayısıdır.
  • • Sapın ucunu tapandan sonra iş yaxşı gedər.
  • • Sapdan asılıb.
  • • Sap üzülən yerdən qırılar.
  • • Sancmayanı sancmazlar.
  • • Sandıq tulasıdır.
  • • Samanın tüstüsü göz çıxardar.
  • • Saman qala-qala qızıla dönər, qızıl qala-qala samana dönər.
  • • Saman yeyən eşşək torbasını özü daşıyar.
  • • Saman altından su yeridir.
  • • Sallaqxana köməyi arsız olar.
  • • Salyan arabası kimi cırıldayır.
  • • Salatçının səsi mollaya toy-bayramdır.
  • • Salam-əlek, sağsağan, isti çörək, göy soğan!
  • • Salam verdim, borclu çıxdım.
  • • Salam var baş kəsdirər, söyüş var ənam alar.
  • • Salavata işləyir.
  • • Salavat gücə bağlıdır.
  • • Sakit olan salamat olar.
  • • Sakit başın ağrısı olmaz.
  • • Saymaz it adam qapar.
  • • Saymadığın deşikdən tülkü çıxar.
  • • Sayılan gün tez keçər.
  • • Say, yerinə qoz qoy.
  • • Sazlı ev – sözlü ev.
  • • Sazına bülbül qonar.
  • • Saz şadlıq gətirər.
  • • Saz olan yerdə sözü saza verərlər.
  • • Sadəlik də abadlığın bir növüdür.
  • • Sadə yaşasan – yüz yaşaya bilərsən.
  • • Susadım su istədim, suyun da yandırdı məni.
  • • Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
  • • Suda boğulan saman çöpündən yapışar.
  • • Sınan gəmiyə nə külək.
  • • Samanlıqda iynə axtarır.
  • • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
  • • Söyləyən olma, dinləyən ol.
  • • Söyləyəndən dinləyən arif gərək.
  • • Söz çeynəyən çox, söz deyən az.
  • • Söz həyatın bəzəyidir.
  • • Sözü sözdən alarlar.
  • • Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
  • • Sözün yaxşısı baldan şirin olar.
  • • Sözün yalanı olmaz, yanlışı olar.
  • • Sözün zahiri zərif, batini lətif olmalıdır.
  • • Sözün doğrusunu zarafatla deyərlər.
  • • Sözün doğrusun de, min atını çap.
  • • Sözün də qanadı var.
  • • Sözün damarı olar, çəkdikcə uzanar.
  • • Sözün başı axırından bilinər.
  • • Sözü yaxşı anla, Sonra qızıb banla.
  • • Sözü at, yiyəsi götürər.
  • • Sözü asta, ürəyi tasvasda.
  • • Sözü ağzında bişir, sonra çıxart.
  • • Söz sözü çəkər, arşın bezi.
  • • Söz sözün dayağıdır.
  • • Söz odur ki, haqqa vara.
  • • Sözü məqamında deyərlər.
  • • Sözlə plov olmaz, yağ ilə düyü gərək.
  • • Söz götürənin, yer oturanındır.
  • • Söz ki var, dəmirdir, vurduqca uzanar.
  • • Söz insanın vuran əlidir.
  • • Söz doğar.
  • • Sözdən söz çıxar.
  • • Sözdən söz götürür.
  • • Söz danışıqdan keçər.
  • • Söz qılıncdan kəsərlidir.
  • • Söz verər, bez verməz.
  • • Söz vaxtına çəkər.
  • • Söz var el içində, söz var ev içində.
  • • Söz bir olsa, dağ oynayar yerindən.
  • • Sözü söz kəsər.
  • • Su bir yerdə qalanda iylənər.
  • • Siçandan törəyən kəsəyən olar.
  • • Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
  • • Səhər gedər naxıra, axşam gələr axıra.
  • • Sənin ipinlə quyuya girmək olmaz.
  • • Sənə vur dedilər, öldür ki, demədilər.
  • • Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
  • • Sən ağa, mən ağa, inəkləri kim sağa.
  • • Saman sənin deyil, samanlıq ki, sənindir.
  • • Sözün ilə işin bir olsun.
  • • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
  • • Sənət insan üçün xəzinədir.
  • • Savadsız adam kor kimidir.
  • • Sonrakı peşmançılıq fayda verməz.
  • • Sirrini demə dostuna, dostunun da bir dostu var.
  • • Sirr açandan el qaçar.
  • • Sidq ilə dost olan ürəkdən də bir gərək.
  • • Səni bəsləyən əli dişləmə. (Alman atalar sözləri)
  • • Sülh zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır. (Alman atalar sözləri)
  • • Sirr saxlayana bəla, sirr saxlamayana dəva yox. (Özbək atalar sözləri)
  • • Səbir və əmək hər şeyi silər. (Rus Atalar Sözləri)
  • • Sürətli gedən maşın yana yuvarlanar. (Yapon atalar sözləri)
  • • Səmimiyyət ən yaxşı siyasətdir. (Yapon atalar sözləri)
  • • Səbrini basa bilməyəndən müdrik olmaz. (Yapon atalar sözləri)
Arkadaşlarınla ​​paylaş

Sitede 140 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023