Sevgidən bir bəla üz verib artıq,
Nə işıq, nə də ki, göz verib artıq.
Ürəyim beynimə söz verib artıq,
Bir daha heç kimi sevməyəcəm mən.˚
***
Sən özün səbəbkar olmusan buna,
Faydası nədir ki gir dondan dona?!
Sevgi nağılını çatdırdım sona
Bir daha heç kimi sevməyəcəm mən
***
Özümçün ağlayıb-güləcəm tənha,
Sən də yaşayırsan biləcəm tənha.
Bilsəm də nə vaxtsa öləcəm tənha
Bir daha heç kimi sevməyəcəm mən
***
Bir subay sultanam ucalım gedim,
Təkilkdən başıma tac alım gedim.
Razıyam belə də qocalım gedim,
Bir daha heç kimi sevməyəcəm mən...
Sadece 2322 kişi okudu