Kaş ki, sən olaydın

Kaş ki, sən olaydın


Kaş ki, sən olaydın dərdimə
qalan,
İncidib, sonra da könlümü alan.
“Ayrılaq” deməyin olaydı yalan,
Ümidim, gümanım kaş, sən
olaydın!
De, nədən ürəyim istəyir səni?!
Gündüzdən seçmirəm indi
gecəni...
Həsrətin əlindən alaydın məni,
Hicrana yamanım kaş, sən
olaydın!
Sevgimə əyildim, anlamadın sən,
Allah bağışlamaz bu eşqə gülsən.
Anlasan, darıxsan, qayıda bilsən,
Gələcək zamanım kaş, sən
olaydın!
Sadece 2120 kişi okudu
Beğendim(554) | Beğenmedim(363)
Arkadaşlarınla ​​paylaş

Sitede 121 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024