Tek adam

Tek adam


Gəzər küçələri, gəzər tinləri,
Səhərdən axşama təkdi bu adam.
Fil çəkə bilməzdi o çəkənləri,
İlahi, gör nələr çəkdi bu adam!..
Ürəyi sızladı dost yarasından,
Xəbəri olmadı öz yarasından,
Uçulan evinin xarabasında
Özgəyə təzə ev tikdi bu adam.
Bu gün o adamı gördüm güzgüdə;
Yox-yox, mən deyiləm,yox-yox, özgədi!
..İlahi, gör məni necə gizlədib,
Elə güzgüdə də təkdi bu adam…
Sadece 2271 kişi okudu
Beğendim(590) | Beğenmedim(407)
Arkadaşlarınla ​​paylaş

Sitede 101 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024