Neylerem

Neylerem


Sən getdin,elə bil dünya boşaldı,
Yaz da, köçüb getdi yeri boş qaldı.
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam,qışı neylərəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü o gündən ürək,
Sinəmdən asılan daşı neylərəm?
Həmişə ayrıyıq,gecə-gündüzük,
Birimiz təpəyik,birimiz düzük.
Üstünün qaşıyla tanınır üzük,
Əgər üzük yoxsa,qaşı neylərəm?
Niyə yaşayıram mən niyə sənsiz,
Nə yerə baxaram,nə göyə sənsiz.
Mənki kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm?
Sadece 2106 kişi okudu
Beğendim(593) | Beğenmedim(355)
Arkadaşlarınla ​​paylaş

Sitede 213 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024