Efiopiya təqvimi Haqqinda Melumat - Vikipedia

Efiopiya təqvimi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Efiopiya təqvimi

Efiopiya təqvimi (amh. የኢትዮጵያ ዘመን አቆጣጠርye'Ītyōṗṗyā zemen āḳoṭaṭer) və ya Həbəşə təqvimi[1]EfiopiyadaEfiopiya Pravoslav Kilsəsində istifadə edilən təqvim.

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Misirdəki Qipti xristianlarının istifadə etdiyi təqvimə bənzəyən bu təqvim Günəşə əsaslanır. Həbəşə təqvimi və ya digər adı ilə Efiopiya təqvimi olan təqvimə əsasən Efiopiyada yeni ilin ilk günü Enkutataş (እንቁጣጣሽ) adlanır. Ölkədə həmin gün qeyri-rəsmi iş günü elan edilir. Paytaxt Əddis-Əbəbədə Yeni il mərasimləri keçirilir, məhkumlarla bağlı əfv sərəncamı verilir.

Efiopiya təqviminə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir. 13-cü ay 5 gündən və hər 4 ildən bir isə 6 gündən ibarət olur.

Həbəşə təqvimi Qriqori təqvimindən 7 il 8 ay geridədir. Ona görə də, məsələn, Qriqori təqvimi ilə 2018-ci ildə Efiopiyada 2011-ci ilin gəlişini qeyd ediblər. Bu fərqin səbəbi isə Efiopiya xristianlarının dini inancları ilə - İsa peyğəmbərin dünyaya gəlişi ilə bağlı olan fərqliliklərlə əlaqədardır. Öz əcdadlarına hörmətlə yanaşan konservativ efiopiyalılar onların inanclarını indi də davam etdirirlər.

Təqvimdə 13 ayın olmasının səbəbi kimi isə Efiopiya təqviminin Misir təqvimindən istifadə edilərək yaradılması göstərilir. Bu təqvimə görə, Efiopiyada yeni ilin hər il 11 və ya 12 sentyabr tarixlərində başlanması heç də təsadüfi deyil, belə ki, məhz ilin həmin günlərində Nil çayı özünün ən bol sulu dövrünü yaşayır və efiopiyalıların görə bu hadisə ölkəyə “yeni həyat” gətirir.

Ayların adı redaktə

መስከረም (Məskərəm)

ጥቅምት (Tıkımt)

ኅዳር (Hıdar)

ታኅሳስ (Tahsas)

ጥር (Tırr)

የካቲት (Yəkatit)

መጋቢት (Məqabit)

ሚያዝያ (Miyazya)

ግንቦት (Qınbot)

ሰኔ (Səne)

ሐምሌ (Hamle)

ነሐሴ (Nəhase)

ጳጉሜ (Paqume)

Mənbə redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Sitede 124 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023