Ensiklopediya Haqqinda Melumat - Vikipedia

Ensiklopediya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir.

D'Alembert və Diderotun 1772-ci ildə tərtib etdikləri "Encyclopédie" kitabın üz vərəqi

Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az-əbcəd. قاموس‎)[1] Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.

Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur.

Adı redaktə

Ensiklopediya sözü Azərbaycan dilinə XX-ci əsrdə sovet hökuməti zamanı dilə yeridilmiş internasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir.[2] Rus dilinə isə XVIII-ci əsrdən eyni mənadə fransızca encyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, “dairəvi”) + παιδείᾱ (paideíā, “öyrənmə”) söz birləşməsidir; Avropa dillərinə latınca encyclopaedia yolu ilə daxil olub.

Qamus sözü ərəb dili vasitəsi ilə (ərəb. قاموس‎) yunanca ωκεανός (ōkeanós, “dərya, okean”) kəliməsindən gəlmişdir.[1]

Tarixi redaktə

Ensiklopediyanın yaranması qədimə, antik Yunan vaxtlarına gedib çıxır. İlk dəfə olaraq sistematik ensiklopediya yunan filosofu, Platonun qohumu Speusippos tərəfindən yaradılmışdır. E.ə. 370-ci ildə heyvanat və bitki aləmi üzrə də ensiklopediya — Homoia yaradılır.

Başqa filosoflardan, məsələn Aristotel öz dövründə mövcud olan bilikləri toplu şəklinə salmışlar, ancaq onlar hər hansı ensiklopediya yarada bilməmişlər.

Roma dövründə dövlət adamı Marcus Pocius Catoe.ə. 150-ci ildə die Libri ad Marcum filium (Marcusun oğlanlarına kitablar) adlı toplunu tərtib edir. Bu kitablar kənd təsərrüfatı, tibb, retorika, döyüş texnikası kimi sahələrin pedaqoqika baxımından bir ensiklopediyada cəmlənməsi idi.

Növbəti ensiklopedik kitab Marcus Terentius Varro tərəfindən yazılmış Disciplinarum libri IX idi. O məlum kitabları tibb və arxitektura ilə tamamlayır. Onun 41 kitabından yalnız fraqmentlər bizə gəlib çatmışdır.

Ən qədim, tam bizə qədər gəlib çatmış, latın dilidə olan sistematik ensiklopediya Roma tarixçisi Plinius tərəfəindən tərtib olunmuşdur. Onun təbiətin tarixi adlı kitabı 37 cilddə, 2493 fəsildən ibarət idi. Burada kosmologiya, coğrafiya, etnologiya, antropologiya, psixologiya, zoologiya, botanika, mineralogiya və metallurgiya haqqında məlumat verilmişdir.

Mənbələrin verdiyi məlumatlara əsasən bu kitabın tərtib olunmasında 500 müəllif iştrak etmişdir. 1469-cu ildə bu ensikloipediya Venesiyada yenidən nəşr olunur. 1543-cü ildə onun 11 cildi alman dilinə tərcümə olunur və Strasburqda buraxılır.

Orta əsrlərdə tərtib olunan əsərlər daha yaxşı tərkibə malik idilər. Onlar latın dilində yazılmışdılar. Milli ensiklopediyalar sonralar, orta əsrin sonunda və yeni tarixin əvvəlində meydana gəlir. Bizantiya dövründə yazılmış yeganə kitab olan Suda da yunan dilində idi. Suda kitabında coğrafiya və tarixçi antik müəlliflər haqqında 32000 məqalə cəmlənməşdir.

Yeni dövrün başlanğıcında ensiklopediya yaradılması üzrə pioner fransız filosofu Fransiz Bakon sayılır. O 1620-ci ildə öz "Preparative toward a Natural and Experimental History" kitabında 130 adda müxtəlif elmləri safalayır. Bu təsnifatlandırma ondan sonrakı alimlər üçün əsas götürülürdü. Ondan sonra yaşamış Diderot öz ensiklopediyasında Bakona istinad edir.

1704-cü ildə riyaziyyatçı Con Harris Londonda texnika haqqında ensiklopediyanı (Lexicon technicum) çap etdirir. Bu texnika sahəsində ilk əlifba sırası ilə düzülmüş, ingilis dilində yazılmış ümumi ensiklopediya idi.

1751-ci ildə fransız Denis Diderot və d'Alembert tərəfindən fransız dilində tərtib olunmuş ensiklopediya Encyclopédie ou Dictionnaire raisonné des sciences,(Ağıllı şəkildə düzülmüş lüğət)işıq üzü görür.

1769 və 1771-ci illərdə Uilyam Smayl tərəfindən Encyclopædia Britannica üç cildə çap olunur.

Azərbaycan dilində ilk ensiklopediya 1976–1987-ci illərdə nəşr edilmiş 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasıdır. Kiril əlifbası ilə çap olunan bu ensiklopediya hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.

Ədəbiyyat ensiklopediyası redaktə

Avropada әdәbiyyat ensiklopediyasının әn qәdim nümunәsi yunan şair vә qrammatiki Kallimaxın "Elmin bütün sahәlәrindә mәşhur olan adamlar vә onların әsәrlәri haqqında cәdvәllәr" kataloqu hesab olunur. İsgәndәriyyә kitabxanasının kataloqu kimi yaradılan "Cәdvәllәr" tәdricәn qәdim yunan әdәbiyyatının әsas sorğu mәnbәyinә çevrilmiş vә sonrakı sorğu kitabları üçün nümunә olmuşdur. İntibah dövründә ensiklopedik lüğәtlәr tez-tez çap olunurdu. Onlardan Konrad Gesnerin (1515–65) "Universal kitabxana"sı (1545) xüsusi әhәmiyyәtә malik idi. Kataloqa tәqribən 5 min müәllif haqqında mәlumat daxil edilmişdi. İohan Albert Fabrisius İntibah dövrünәqәdәrki әdәbiyyatlarda olan biliklәrә özünün silsilә sorğu kitablarında [2 cildlik "Latın kitabxanası, yaxud Qәdim latın müәlliflәrinin siyahısı" (Hamburq, 1697), 3 cildlik "Yunan kitabxanası" (Hamburq, 1705–1711) vә 6 cildlik "Orta әsrlәr vә sonrakı illәr latın kitabxanası" (Hamburq, 1734–36)] yekun vurdu. Biliklәrin yeni, ensiklopedik icmalı vә tәsnifatı ingilis filosofu Frensis Bekon tәrәfindәn "Yeni Orqanon" әsәrindә irәli sürülmüşdür[3].

Deni Didro vә D’Alamberin redaktәsi ilә çıxan "Ensiklopediya, yaxud Elm, incәsәnәt vә peşәlәrә dair izahlı lüğәt" (Paris, 1751–72) Bekon sisteminә uyğun tәrtib edilmişdir. XIX әsrdә Avropada qәdim dövr әdәbiyyatına dair sorğu kitabları yaradıldı: naşir V.Roşerin 6 cildlik "Yunan vә Roma mifologiyasının geniş leksikonu" (Leypsiq, 1884– 1937), V.Folmerin 3 cildlik "Bütün xalqların mifologiyasının tam lüğәti" (Ştutqart, 1836), Olden amerikan nәşriyyatının 20 cildlik "Dünya әdәbiyyatı ensiklopediyası" (Nyu-York, 1885–91) vә s. XX әsrdә folklorşünaslığın genişlәnmәsi ilә әlaqәdar olaraq, bu sahәyә aid maraqlı lüğәtlәr yarandı: "Əsas folklor, mifologiya vә әfsanәlәr lüğәti" (Nyu-York, 1949–50, c. 1–2). Yazıçı vә şairlәrә hәsr olunmuş biblioqrafik ensiklopediyalar geniş yayıldı: Koş Alman әdәbiyyatı lüğәti. Bioqrafik vә biblioqrafik sorğu kitabı, c. 1–4, Bern, 1949–58; Ensiklopedik italyan әdәbiyyatı lüğәti, c. 1–6, Roma – Bari, 1966–70 vә s.[3].

XX әsrin 2-ci yarısında fәrdi ədəbiyyat ensiklopediyaları vә lüğәtlәrә maraq artdı: "Göte haqqında soraq kitabı" (c.1–4, Ştutqart, 1955–61), Adolf Vilhelm Şmidtin "Şekspir leksikonu" (c.1–2, Berlin–Nyu-York, 1971), "Dante ensiklopediyası" (c. 1–5, Roma, 1970–76) vә s. Bir çox ölkәdә әdәbiyyatşünaslıq terminlәri lüğәtlәri çıxmışdır: L.Georgiyevin (Sofiya, 1963, 1969), Q.fon Vilpetin, Q.Sounun (Nyu-York, 1972) vә s. Rusiyada XIX әsr – XX әsrin әvvәllәrindә Nikolay Fyodoroviç Ostolopovun "Qәdim vә yeni poeziya lüğәti" (c.1–3, SPb, 1821); Semyon Vengerovun natamam "Rus yazıçı vә alimlәrinin tәnqidi-bioqrafik lüğәti…" (SPb, 1886–1904, c. 1–5, 6-cı әlavә cild çıxmışdır) vә s. nәşr edilmişdir. SSRİ-dә 2 cildlik "Ədәbiyyat ensiklopediyası. Ədәbi terminlәr lüğәti" (1925), 12 cildlik "Ədәbiyyat ensiklopediyası" (c. 1–9, 11 c. 1929–39; 10 vә 12-ci cildlәr çıxmamışdır), "Qısa әdәbiyyat ensiklopediyası" (c. 1–9, 1962–78), bircildlik "Ensiklopedik әdәbiyyat lüğәti" (1987) nәşr olunmuşdur. Ayrı-ayrı yazıçı vә şairlәrә hәsr edilmiş ensiklopediyalar da vardır ("Şevçenko lüğәti", c.1–12, Kiyev, 1976– 77; "Lermontov ensiklopediyası", M., 1981; "Dünya xalqlarının miflәri", c.1–2, M., 1980–82) vә s. Çin, Hindistan, Türkiyә, Vyetnam, Yaponiya vә s. ölkәlәrdә yazıçı vә şairlәrә hәsr olunmuş lüğәt-sorğu kitabları nәşr edilmişdir[3].

Yaxın vә Orta Şәrqdә, elәcә dә Azәrbaycanda geniş yayılmış tәzkirәlәr ədəbiyyat ensiklopediyaları vә lüğətləri sayıla bilәr: Dövlәtşah Sәmәrqәndinin "Tәzkirәt üş-şüәra" (1481–87), Əlişir Nәvainin "Mәcalis ün-nәfais" (1491), Əhdi Bağdadinin "Gülşәni üş-şüәra" (1563), Sam Mirzәnin "Töhfeyi-Sami", Sadıq bәy Əfşarın "Mәcmә ül-xәvas" (1599), Lütfәli bәy Azәrin "Atәşgәdә" (1762), Mir Möhsün Nәvvabın "Tәzkireyi-Nәvvab" (nәşri 1913), Məhəmmədəli Tәrbiyәtin "Danişmәndani-Azәrbaycan" (1935) tәzkirәlәri. Əziz Mirәhmәdovun "Ədәbiyyatşünaslıq. Ensiklopedik lüğәt"i tәkmillәşdirilmiş variantlarda 1957, 1965, 1988 vә 1998 illәrdә nәşr olunmuşdur. "Kitabi Dәdә Qorqud Ensiklopediyası" (2 cilddә. B., 2000) son dövr Azәrbaycan әdәbiyyatşünaslığının bu qәbildәn olan әn fundamental әsәridir. Teymur Əhmәdovun redaktәsi ilә "XX әsr Azәrbaycan yazıçıları" (B., 2004) kitabı irihәcmli biobiblioqrafik lüğәti, Z.Ş.Əsgәrlinin "Poetika: izahlı sözlük" (B., 2014) kitabı çapdan çıxmışdır[3].

İstinadlar redaktə

  1. 1,0 1,1 https://www.azleks.az/online-dictionary/%D1%8D%D0%BD%D1%86%D0%B8%D0%BA%D0%BB%D0%BE%D0%BF%D0%B5%D0%B4%D0%B8%D1%8F?s=my Энциклопедия. Qamus
  2. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000245658 İbtidai riyaziyyat ensiklopediyası [Mətn]: /A. S. Kovanko ; Azərbaycan Xalq Maaarif Komissarlığı. Müəllimlər İxtisasını Artırma İnstitutu Qiyabi Pedaqoji fakültəsi. A. S. prof. Kovanko, Bakı: Azərnəşr, 1930
  3. 3,0 3,1 3,2 3,3 Azərbaycan Milli Ensiklopediyası. Bakı: NPB. 2019. səh. 600.

Xarici keçidlər redaktə

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Sitede 67 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023