Portal:Nizami Gəncəvi Haqqinda Melumat - Vikipedia

Portal:Nizami Gəncəvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Nizami Gəncəvi

redaktə  

"Dilçə şerimizdə olsa da kəsir, Mənaca böyükdür ondakı təsir" Nizami Gəncəvi


Nizami Gəncəvi portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

Hadisələr Xosrovun doğulması və təhsilinin təsviri ilə başlayır. Bundan sonra Xosrovun kəndçinin evində əylənməsi və atası tərəfindən bu hərəkətinə görə danlanması təsvir edilir. Xosrov üzr istəyir və tövbə edir. Şah IV Hörmüz oğlunu bağışlayır. Həmin gecə Xosrov yuxuda babası Ənuşirəvanı görür və Ənuşirəvan ona Şirin adlı arvad, Şəbdiz adlı at, Barbəd adlı musiqiçi və şahlıq haqqında xoş xəbər verir. Xosrovun yaxın dostu olan rəssam Şapur, şahzadəyə Azərbaycan hökmdarı Məhinbanu və onun gözəllər gözəli qardaşı qızı Şirindən bəhs edir. Şapurun təsvirini eşidən Xosrov görüşmədən Azərbaycan şahzadəsi Şirinə vurulur. Şapur Şirini axtarmaq üçün Azərbaycana yola düşür. Şirini tapdıqdan sonra Şapur, Xosrovun şəklini ona göstərir. Şirin Xosrova vurulur və Şapura qoşularaq Azərbaycandan Sasanilərin paytaxtı Mədainə qaçır. Həmin dövrdə atasının qəzəbindən qorunmaq istəyən Xosrov da Azərbaycana qaçır və Şirini axtarmağa başlayır.


redaktə  

Şəkil qalereyası



redaktə  

Obrazlar

Makedoniyalı İsgəndər, III Böyük İsgəndər (qəd.yun. Ἀλέξανδρος Γ'ὁ Μέγας, lat. Alexander Magnus; müsəlman şərqində İsgəndər Zülqərneyn, 21 iyul E.ə. 356, Pella10 iyun E.ə. 323, Babil) — qədim dünyanın görkəmli sərkərdəsi və dövlət xadimi, e.ə.336-cı ildən Makedoniya hökmdarı, Aristotelin şagirdi. İsgəndər e.ə. 356-cı ildə Qədim Makedoniyanın paytaxtı olan Pella şəhərində dünyaya gəlmişdir. Rəvayətə görə, məhz onun doğulduğu gün Herostrat qədim dünyanın yeddi möcüzəsindən biri hesab olunan Efesdəki Artemida məbədini yandırmışdır.


redaktə  

Bilirsinizmi...

  • Azərbaycanda elm xadimlərinin mükafatlandırılması üçün nəzərdə tutulmuş xüsusi Nizami Gəncəvi adına Qızıl Medal mövcuddur.
  • Avropada Nizaminin əsərlərinin tərcüməsinə ilk dəfə XIX əsr Avstriya şərqşünas və diplomatı baron Yozef fon Hammer-Purqştal təşəbbüs göstərmişdir.
  • 1941-ci ildə Nizaminin 800 illik yubileyi qeyd olunarkən, mühasirədə olan Stalinqradda yubiley tədbirinin keçirildiyi Ermitajın "məktəbli kabineti"ni Neva çayında dayanan "Qütb ulduzu" gəmisi işıqla təmin edib.
  • İtalyan bəstəkarı Cakomo Puççini məşhur Turandot operasını Nizaminin "Yeddi gözəl" məsnəvisindəki hekayə əsasında yazıb.


redaktə  

Xarici keçidlərdə əsərləri


redaktə  

Təqvim

Nizami
800

1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi, Sankt-Peterburqda geniş miqyasda qeyd olunmuşdur.



Nizami
870

2011-ci ildə Nizaminin anadan olmasının 870 illik yubileyi Bakıda geniş miqyasda qeyd olunmuşdur.



  • 1947-ci ildə Nizami Gəncəvinin qəbirüstü məqbərəsinin bərpasına başlanmışdır.
  • 2012-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə” Bakıda yeni formatda nəşr olunmuşdur.
  • 14 aprel 2009 — Əsaslı təmirdən sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu
  • 29 aprel 1941 — Azərbaycan KP MK-nın büro iclasının qərarı ilə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinin rəsmi tarixi (1941-ci il 16 oktyabr) müəyyənləşdirilmişdir;
  • 25 aprel 1926 — mövzusu Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında götürülmüş Turandot operasının ilk primyerası Milanda La Skala opera evində səhnəyə qoyulmuşdur.
  • 20 aprel 2012 — Nizami Gəncəvinin Villa Borghese büstlər parkında heykəlinin açılışı.
  • 1949-cu ilin aprelində Bakıda Nizami Gəncəvinin heykəlinin açılışı.
redaktə  

Əsərlərdən sətirlər


Leyli ilə Məcnunun sevişməsi
Hər gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü.
Öz reyhan köksünə turuncu fələk
Qızıl bir turuncla verirdi bəzək.
Leyli də bəhs edib turunc fələklə,
Turunc çənəsini alardı ələ.
Turunclu gördükcə xalq o nigarı,
Açıldı eşqinin yetişmiş narı.
O təzə turunca baxdığı zaman
Turunc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb narınca dönmüşdü bilsən.
Narıncla turuncun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,

Tezcə dildən-dilə düşdü bu xəbər...
Nizami Gəncəvi Vikixəbərdə  Nizami Gəncəvi Vikisitatda  Nizami Gəncəvi Vikikitabda  Nizami Gəncəvi Vikimənbədə  Nizami Gəncəvi Vikilüğətdə  Nizami Gəncəvi Vikiversitetdə  Nizami Gəncəvi Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Sitede 170 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024