Portal:Paris Haqqinda Melumat - Vikipedia

Portal:Paris Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

"Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir." Ernest Heminquey[1]

Paris portalına

xoş gəlmisiniz!

Seçilmiş məqalə

Paris (fr. Paris, tələf. Paği) — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir. Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Parislilər

Ferdinan Viktor Ejen Delekrua (fr. Ferdinand Victor Eugène Delacroix; 17981863) fransız rəssamı, təsviri sənətdə romantizm cərəyanının yaradıcılarından biri.Ejen Delakrua Paris ətrafında 26 aprel 1798- ci ildə anadan olmuşdur. Rəsmi olaraq Şarl Delakrua onun atası sayılsa da gəzən şaiyələrə görə o, 1814-1815-ci illərdə Byana konqresində Fransa nümayəndə heyətinin başçısı olmuş xarici işlər naziri Şarl Taleyranın nikahdan kənar oğludur. Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır:"üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəni boynuna dolayaraq az qla özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifad olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir". Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

Bastiliyanın alınması (fr. Prise de la Bastille) — Böyük Fransa inqilabının bir epizodu. Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

"Azadlığa aparan xalq" (fr. La Liberté guidant le peuple) - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Delakrua bu əsəri 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş Böyük Fransa inqilabı motivləri əsasında yaratmışdır. Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdır: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm". İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdır. İnqilabi süjetinə görə təxminən 25 il ərzində kütləvi nümayiş etdirilməmişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

Qarnye Sarayı — Layihə təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur. Bəd 13 ədədi: Qarnye Sarayı Parisdə inşa edilmiş sayca 13-cü saraydır; 29 may 1896-cı ildə "Fausta" tamaşası gedərkən 700 kq-lıq çilçıraq 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçının üzərinə düşmüş və o dünyasını dəyişmişdir; gənc balerina giriş pilləkanının 13-cü pilləsindən yıxılaraq vəfat etmişdir. Qaston Lerunun məşhur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətən də binanın zirzəmisində özülün davamlılığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur. Məqaləni oxu...

Eyfel qülləsi — 1887–1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə inşa edilmiş qüllə. Qüllənin tikintisi layihəsini Eyfel özü hazırlamış, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər təkliflər irəli sürmüşlər. Bu mərasim 1789–cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif təkliflər irəli sürülsə də, onlardan yalnız 4-ü bəyənilmişdir. Bunlardan biri də Qustavo Eyfelin təklifi idi. Məqaləni oxu...

Tarixi abidələr

Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir.

Tağ iki - şərqqərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

Paris şəhərinin gecə görüntüsü
 

Region

Parklar

Şanzelize Prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cəhənnəm olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Muzeylər

Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir.

Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü muzeydir. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Muzeyin binası qədim kral sarayının binasıdır (fr. Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim hissəsi hesab olunur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar


Coğrafiya Avropa Fransa


Paris Vikixəbərdə  Paris Vikisitatda  Paris Vikikitabda  Paris Vikimənbədə  Paris Vikilüğətdə  Paris Vikiversitetdə  Paris Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar


  1. Paris, ein Fest fürs Leben, Ernest Hemingway, 5. Aufgabe April 2012, ISBN 9783498030087

Sitede 99 kişi
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024