Aforizimlər - Dahilərin Sözləri

Aforizimlər - Dahilərin Sözləri


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Aforizmlər

  • • Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur. (Mustafa Kamal Atatürk)
  • • Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. (Mustafa Kamal Atatürk)
  • • Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. (Cübran)
  • • Alın yazısını ancaq alın təri ilə yumaq mümkündür. (Cübran)
  • • Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir. (Cübran)
  • • Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi! (Kiçik İsgəndər)
  • • Azadlıq bir vəzifədir, bir haqq deyil. (Benito Mussolini)
  • • Aslan kimi bir gün yaşamaq, yüz il qoyun olaraq yaşamaqdan daha yaxşıdır. (Benito Mussolini)
  • • Ağıl əmr edəni dil bəyan edər. (Xaqani)
  • • Aşiq olmuş kişi, aciz bir səhnəyə bənzəyir. (Aqata Kristi)
  • • Almazı ancaq almaz cilalaya bilər. (Heyne)
  • • Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. (Fyodor Dostoyevski)
  • • Ağıl çatışmayan yerdə heç nə çatışmır. (Corc Sevil Qalifaks)
  • • Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə. (Mirzə Fətəli Axundov)
  • • Arzularına sərhəd qoymayan insan azad ola bilməz. (Epiktet)
  • • Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. (Anatol Frans)
  • • Arzular həyata məna verir. (Anatol Frans)
  • • Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. (Pittak)
  • • Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. (Emil Zolya)
  • • Ana - həyatın sonsuzluğudur. (Emil Zolya)
  • • Amerikanlar demokratiyanı qurtarmaq üçün okeanın o biri tərəfinə keçərlər. Amma səs vermək üçün yolun qarşısına belə keçməzlər. (Bill Klinton)
  • • Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. (Daniel Defo)
  • • Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək? (Özdəmir Asaf)
  • • Aclıq insanı öldürən, partiyaları yaşadan bir hadisədir. (Özdəmir Asaf)
  • • Alçalan insanların yüksələn qiymətlərindən uzaq dururam. (Murathan Mungan)
  • • Ağrı verirsə keçmiş; keçməmiş deməkdir.. (Murathan Mungan)
  • • Adamları öyrətmək onları öyrənməkdən asandır. (Fransua de Laroşfuko)
  • • Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır. (Fransua de Laroşfuko)
  • • Az amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. (Fransua de Laroşfuko)
  • • Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə. (Avraam Linkoln)
  • • Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol. (Avraam Linkoln)
  • • Ağlatdığın bir qadının gözyaşlarını ya o an silərsən, ya da o gözyaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. (Anton Çexov)
  • • Ağıllı öyrənməyi, axmaq isə öyrətməyi xoşlayır. (Anton Çexov)
  • • Ağıl məhəbbətdən yaranır, ancaq
    Məhəbbət dərk etmir ağlın sözünü. (Uilyam Şekspir)
  • • Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin. (Uilyam Şekspir)
  • • Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir. (Uilyam Şekspir)
  • • Ağlın bağlamadığı dostluğu, ağılsızlıq asanca poza bilər. (Uilyam Şekspir)
  • • Ağıllılar döyüşmədən qazanarlar, cahillər qazanmaq üçün döyüşərlər. (Zhuge Liang)
  • • Atalar sözləri şəhadət barmağında daim parlayan qiymətli üzüklərdir. (Alfred Tennison)
  • • Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. (Sokrat)
  • • Allah olmasaydı onu uydurmaq lazım gələrdi. (Volter)
  • • Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. (Ştraus)
  • • Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axmasıdır. (Məhmət Rasim Mutlu)
  • • Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axışıdır. (Məhmət Rasim Mutlu)
  • • Andına baxıb insana inanma, insana baxıb andına inan. (Esxil)
  • • Ağrının mükafatı təcrübədir. (Esxil)
  • • Ağıllı insan axmaq görünsə qazanclı çıxar. (Esxil)
  • • Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. (Baltazar Qrasian)
  • • Ağıllı köməkçilərin olsun. (Baltazar Qrasian)
  • • Ağıllı olub tək qalmaqdansa, hamı ilə birlikdə dəli olmaq yaxşıdır (Baltazar Qrasian)
  • • Artıq yeni heç bir şey yoxdur. İcad edilə biləcək hər şey icad edildi. (Çarlz Duel)
  • • Az danışana çox qanun lazım deyil. (Xarilay)
  • • Alçaq insanlara yaxşılıq etmək, dənizə su daşımağa bənzər. (Migel de Servantes)
  • • Aclıq, dünyanın ən gözəl sousudur. (Migel de Servantes)
  • • Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar. (Şarl Lui Monteskyö)
  • • Ağıl alovlanmağa başlayanda könül olur. (Məhəmməd İqbal)
  • • Ağıl da, qəlb də eşq atəşinin qığılcımlarıdır. (Məhəmməd İqbal)
  • • Azadlığa inanan bir dinə inanıram. Xalqım üçün mübarizə etməyi məhrum edən bir dini qəbul edəcək olsaydım, o dinin canı cəhənnəmə deyərdim. (Malkolm X)
  • • Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü, zülm edənlərin gücündən daha çoxdur. (Malkolm X)
  • • Ağıllılar axmaqlardan daha çox öyrənir, nəinki axmaqlar ağıllılardan. (Böyük Katon)
  • • Arxamda bir Fransız ordusu olacağına, qarşımda bir Alman ordusunun olmağını seçərəm. (Corc Patton)
  • • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar. (Əbülfəz Elçibəy)
  • • Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar. (İmam Kazım)
  • • Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin. (İmam Kazım)
  • • Atalar sözləri, sözlərin asanca udulmasını təmin edən palma yağıdır. (Çinua Açebe)
  • • Ayrılıq sevdanın türbəsidir. (Piter Abelard)
  • • ALİMLƏR`in qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir. (Rabiə Abdul əl-Rəhman)
  • • Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər (Bencamin Franklin)
  • • Ağıl ürəyin kölgəsidir. (Eynəlqüzat Miyanəci)
  • • Azadlıq sevgilimiz kimidir; bir dəfə aldatdınmı, bir də çətin dönər ... (Nazim Hikmət)
  • • Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
    İstəyirəm SƏMA kimi!
    GÜNƏŞ kimi!
    CAHAN kimi! (Xəlil Rza Ulutürk)
  • • Atalar sözü – qədim fəlsəfənin sağ qalmış parçasıdır. (Aristotel)
  • • Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər. (Aristotel)
  • • Alçaq olan kimsə düşməktən qorxmaz. (Aristotel)
  • • Arzu elə bir şeydirki, heç doymaq bilməz;bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər. (Aristotel)
  • • Arzu; bir şeyi istəmək və ya söyləməkdir. (Aristotel)
  • • Axmaqları xüsusi olaraq yetişdirmirlər, onlar özləri yetişir. (Tomas Fuller)
  • • Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə. (Turqut Uyar)
  • • Azadlıq dərk olunmuş zərurətdir. (Benedikt Spinoza)
  • • Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur. (Benedikt Spinoza)
  • • Ağıla nə işlə məşğul olacağını
    könül öyrədir. Könül kamilləşməsə,
    ağıl şər işlərlə məşğul olar. (Oqtay Sinanoğlu)
  • • Aydınlanma adamın öz ağıını istifadə etməyə cürət etməsidir. (İmmanuel Kant)
  • • Ağlımda maraq,şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu. (İmmanuel Kant)
  • • Azad insan müxtəlif qərarlar qəbul edən insandır. (Roza Lüksemburq)
  • • Ağılımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək. (Deni Didro)
  • • Ataların pis vərdişləri övladların qüsurlarına çevrilir. (Deni Didro)
  • • Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. (Deni Didro)
  • • Avro iflas etsə, Avropada iflas edəcək. (Angela Merkel)
  • • Avropa, fikir və dini azadlığların olduğu mühüm bir məkandır. (Angela Merkel)
  • • Amma sənə bir hədiyyə oğurlayacaqdım. (Homer Simpson)
  • • Azadlığa təzyiq göstərməklə ona meyli daha da gücləndirmiş oluruq. (Lev Tolstoy)
  • • Adi adamlardan uca duran şəxs həmişə yalqızdır. (Lev Tolstoy)
  • • Aforizmlər fəlsəfi mühakimələri ifadə etməyin bəlkə də ən yaxşı formasıdır. (Lev Tolstoy)
  • • Aşiq özünün aşiq olduğunu bilməməlidir. (İbn Ərəbi)
  • • Aşiq eşqinin hökmü altına əqlinin ölçüsündə girməlidir. (İbn Ərəbi)
  • • Aşiq vüsalla ayrılıq arasında bir fərq görməməlidir. (İbn Ərəbi)
  • • Ağıl nüfuzdan yox, nüfuz ağıldan doğur,ağıldan doğmayan hər cür nüfuz gücsüzdür. (Valter Skott)
  • • Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar. (Platon)
  • • Ağılsız ruh çirkin və ölçüsüzdür. (Platon)
  • • Ağlatsam alacağim pul üzümü güldürər, güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram. (Platon)
  • • Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir. (Emerson)
  • • Amal uğrunda ölmək-əbədi yaşamaqdır. (Şeyx Məhəmməd Xiyabani)
  • • Ağıl-kamal verdi sənə yaradan,
    Çalışıb hər sirri öyrən hər zaman. (Əvhədi Marağayi)
  • • Ateizm peyğəmbərsiz bir təşkilatdır. (Corc Karlin)
  • • Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu. (İmam Həsən)
  • • Açılmamış qanadların böyüklüyü naməlumdur. (Andre Jid)
  • • Axmaq görünməyə çalışmaq ən böyük ağıllıqlıqdır. (Andre Jid)
  • • Artıq yaşanmaq üçün deyil ayrılmaq üçün yaşanar oldu eşq. Və tərk etmələri azmış kimi bir də əmr verilər. 'Özünə yaxşı bax'. (Can Dündar)
  • • Altı milyard insanın içindən yalnız birini sevərsən. Sonra onun sevilməyə layiq olmadığını anlarsan, bütün dünyanı günahlarsan. (Can Dündar)
  • • Az adamın ən yaxşı müştəriyə tab gətirmə comərdliyi var. (Corc Vaşinqton)
  • • Aləm eşq halında kamala gəlir. (Hilmi Ziya Ülkən)
  • • Axmaqlıqdan başqa günah yoxdur. (Oskar Uayld)
  • • Axıb gedən bir bataqlığın içindəyik hamımız; amma, ulduzlara baxır bəzilərimiz. (Oskar Uayld)
  • • Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. (Oskar Uayld)
  • • Ağıllı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz. (Oskar Uayld)
  • • Adamın ən qorxduğu şey əvvəl axır başına gəlirmiş. (Oskar Uayld)
  • • Ağrı gündəlik çörəyimizdir. (Əhməd Hamdi Tanpınar)
  • • Amma Türklər insan deyil ki! Mədəni olmayan millətlərə qarşı qaz istifadə edilə bilər. (Çanaqqalada zəhərli qaz istifadəsinin insanlıq günahı olduğunu söyləyənlərə) (Uinston Çörçill)
  • • Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin. (İbn Sina)
  • • Ağıl sonradan ah çəkmək üçün deyil; düşünüb tədbir görmək üçündür. (Cəlaləddin Rumi)
  • • Ağıllıdan gələn cəfa cahillərin vəfasından yaxşıdır. (Cəlaləddin Rumi)
  • • Axmaqlara veriləcək cavab sükutdur. (Cəlaləddin Rumi)
  • • Aldadan aldanar. (Cəlaləddin Rumi)
  • • Allahın ən gözəl əsəri könüldür.
    Qalan hər şey ancaq əsərin əsərləridir. (Cəlaləddin Rumi)
  • • Azərbaycanın qurtuluş mücadiləsi Çanaqqala savaşından sonra Türk dünyasının yaxın keçmişdə gördüyü ən böyük hadisədir. (Mustafa Ertekiner)
  • • Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (Abbasqulu ağa Bakıxanov)
  • • Alim üçün yaddan çıxarmağı bacarmaq yadda saxlamağı bacarmaqdan daha vacibdir. (Xudu Məmmədov)
  • • Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi? (Xudu Məmmədov)
  • • Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur. (P. Burje.)
  • • Ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər. (Drayzer)
  • • Ağlanacaq bir hal idi
    Özümüzdə görürdük,
    Dilimizin, dinimizin
    Getməsinə gülürdük. (Hüseyn Cavid)
  • • Arslanların saymazlığı şikarı tülkülərə qapdırar. (Hüseyn Cavid)
  • • Arxalıya arxa olma ki, sənə yamaq desinlər, arxasıza arxa ol ki, sənə dayaq desinlər. (El hikməti)
  • • Ağıllı bildiyinin hamısını danışmağa çalışmır, ağılsız isə bilmədiklərini də danışır. (El hikməti)
  • • Aydın yazanların oxucuları, qaranlıq yazanların şərhçiləri var. (Alber Kamyu)
  • • Azadlıq gələcək ümidi deyil. O, bu saniyəyədir və insanlarla və bu saniyədəki dünyayla uyğundur. (Alber Kamyu)
  • • Aşılmaz bir divarın qarşısında yaşamaq it kimi yaşamaqdır. (Alber Kamyu)
  • • Alçalmaq, yüksəlməkdən çox daha asandır. (Alber Kamyu)
  • • Ağıl haqqın carçısıdır. (Əli bin Əbu Talib)
  • • Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir. (Əli bin Əbu Talib)
  • • Ağılsızlıq kimi müsibət yoxdur. (Əli bin Əbu Talib)
  • • Ağıl möminin səmimi dostudur. (Əli bin Əbu Talib)
  • • Allahın sənə verdiyi nemətləri itirmə, Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir. (Əli bin Əbu Talib)
  • • Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. (Hafiz Xarəzmi)
  • • Adolf Hitler tarixdəki ilk rok ulduzlarından biriydi. (Devid Boui)
  • • AIDS virusu da, Ebola virusu da meymun patentli. Meymundan gəlib gəlmədiyimiz müəyyən deyil amma, Meymundan gedəcəyimiz bəlli. (Cem Yılmaz)
  • • Arvadımı o qədər sevirəm ki köhnəlməsin deyə başqalarının arvadlarını işlədirəm. (Cem Yılmaz)
  • • Arvadınızla aranızdakı ortaq yan nə? Eyni gündə evləndik. (Cem Yılmaz)
  • • Adamın biri əczaxanaya ağcaqanad dərmanı almağa getmiş. Əczaçı ona "ağcaqanadınıza nə olub görəsən" demiş. (Cem Yılmaz)
  • • Axmağa məsləhət vermək kora güzgü vermək kimi bir şeydir. (İ.Müller)
  • • Ağdərili insanlardan qorxmağı hər zaman mənə deyirdilər. (Tupak Şakur)
  • • Anamın bir axmaq böyütmədiyni, hamı gördü. (Tupak Şakur)
  • • Ayı paltarları çox əyləncəlidir... ayılar da elə. (Kristofer Uoken)
  • • Aparıcı alimlərə vəzifə artımını onların gözlədiyi vaxtdan tez verin." (Ceyms Uotson)
  • • Akademik müəssisələr çox sadə dəyişə bilməzlər. (Ceyms Uotson)
  • • Adekvat olmayan iş otağına görə işdən çıxmağa hazır olun. (Ceyms Uotson)
  • • Atdığınız yumruğa cavab verməyən adamdan çəkinin: O həm sizi bağışlamaz həm də özünüzü bağışlamanıza imkan buraxmaz. (Corc Bernard Şou)
  • • Ağıllı adam ağlından istifadə edər, daha ağıllı adam başqalarının da ağıllarından istifadə edər. (Corc Bernard Şou)
  • • Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz. (Corc Bernard Şou)
  • • Ağıllı adam öz ağlından, daha ağıllı adam isə başqalarının ağlından yararlanırlar. (Corc Bernard Şou)
  • • Aktiv gücü əlində tutan yalnız dövlət olmamalıdır. Əgər insanlar mədəni olmaq istəyirlərsə, təşkilat qurma sənəti inkişaf etdirilməli və genişlədilməlidir. (Aleksis de Tokvil)
  • • Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi. (Ziqmund Freyd)
  • • Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır. (Ziqmund Freyd)
  • • Axmaq adam sussa yaxşıdır.
    Amma o, bunu bilsəydi, axmaq olmazdı. (Sədi Şirazi)
  • • Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gəlir. (Sədi Şirazi)
  • • Arif ol, söhbəti müxtəsər eylə,
    Uzun danışandan qaç, həzər eylə.
    Yüz əyri ox atsan olmaz dəyəri,
    Bir ox at hədəfdən getməsin əyri. (Sədi Şirazi)
  • • Ana rəhmindən gəldik bazara; Bir kəfən aldıq döndük məzara! (Yunus Əmrə)
  • • Ayaqlar baş olanda, başlar ayaq altında qalar. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Az günah etsən, ölüm sənə asan olar. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allahın yanında o şəxsi daha çox sayırıq ki, öz hakimiyyəti altında olan günahkarları bağışlayır. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala duada israr edənləri sevər. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allaha diqqətlə qılınan iki rəkət namaz,Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar). (Mühəmməd peyğəmbər (SƏS))
  • • Allah da başqa rəssamlar kimi rəssamdır. (Pablo Pikasso)
  • • Ağlamaq üçün gözdən yaşmı axmalıdır, dodaqlar gülərkən insan ağlaya bilməzmi ? (Viktor Hüqo)
  • • Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
  • • Anamın "Allah bəlanı versin" dediyi gün tanış olmuşduq sənnən. (İlhan Bərk)
  • • Allaha əmanət ol, dedi və getdi. Güldüm.. Onsuz da başqa kimim var ki? (İlhan Bərk)
  • • Ağızıyla quş tutsa da sevə bilmədiyim insanlar var! Bir də məni öldürsə belə sevməkdən imtina edə bilmədiklərim. (İlhan Bərk)
  • • Atalar sözündə deyilir ki, əgər mən həll deyiləmsə, onda, probleməm. (Ceki Çan)
  • • Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır. (Albert Eynşteyn)
  • • Arzulamaq bilməkdən daha əhəmiyyətlidir. (Albert Eynşteyn)
  • • Axırını düşünə-düşünə döyüşə girəndən igid olmaz. (Şeyx Şamil)
  • • Analıq qadının gözəlliyini tamamlayır. (Aleksandr Düma)
  • • Ailə boyunduruğu o qədər ağırdır ki, onu ikilikdə, yaxşı olardı ki, lap üçlükdə daşıyasan. (Aleksandr Düma)
  • • Atam elm adamı olmağımı çox istəyirdi, amma mən film adamı oldum. (Həsən Nail Canat)
  • • Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir. (Bertran Rassel)
  • • Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır. (Mişel de Monten)
  • • Avaraçılıq ən böyük istedadı da məhv edir. (Mişel de Monten)
  • • Ancaq itirəcəyin bir şey yoxsa azadsan. (Çak Palanik)
  • • Amerika Birləşmiş Ştatları niyə bu qədər qüvvətlidir?
    Ona görə ki, biz içimizdəki xainləri öldürürük, başqa ölkələrdəki xainləri isə ölkələrinin ən yüksək yerlərində otuzdururuq. (Henri Kissincer)
  • • Amal yüksək olduqca insan da yüksəlir. (Fridrix Şiller)
  • • Ağıllarımız məhdud, lakin bu məhdudluğun şərtləri içərisində sonsuz ehtimallarla çevrilmişik; həyatın məqsədi bu sonsuzluqdan qavraya bildiyimiz qədər çox şey qavramaq. (Alfred Norz Vaythed)
  • • Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək. (Aleksandr Pop)
  • • Azad olmaq – özün kimi olmaq deməkdir. (Jan Pol Sartr)
  • • Anlatmaq istədiyim çox şey, danışmaq istədiyim tək insan var... (Duqlas Noel Adams)
  • • Armud deyib keçməyin, onun ilk hecası çox adamda yoxdur! (Nəcib Fazil Qısakürək)
  • • Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var! (Nəcib Fazil Qısakürək)
  • • Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil. (Nəcib Fazil Qısakürək)
  • • Axmaqlıq yoluxucudur. (Nəcib Fazil Qısakürək)
  • • Ağlaya bilsəydiniz, anlaya bilərdiniz.. (Nəcib Fazil Qısakürək)
  • • Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur. (Nəcib Fazil Qısakürək)
  • • Aforizm – fikrin iki nöqtəsi arasında ən qısa məsafədir. (Norbert Hinske)
  • • Ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. (Kristian Bouvi)
  • • Alim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil. (L.Berne)
  • • Aforizm bir sətirlik romandır. (Leonid Suxorukov)
  • • Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir. (Tur Xander)
  • • Aforizm universal həqiqətlərin insan həyatına proyeksiyasıdır. (Tur Xander)
  • • Ağlabatan hər şey gerçəkdir fikri – qadın düşüncəsini, gerçək olan hər şey ağlabatandır fikri – kişi düşüncəsini əks etdirir. (Tur Xander)
  • • Aforizmlər fikir dünyasının suvenirləridir. (Tur Xander)
  • • Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al! (Tur Xander)
  • • Ata olmaq asandır, atalıq etmək çətin. (V. Bush)
  • • Ayağımda ayaqqabım yox deyə kədərlənərdim həmişə, yolda gedərkən ayağı olmayan bir adam gördüm və onun üçün bu haldayam. (Al Kaponi)
  • • Alkoqol insanın bəlkədə ən böyük düşmənidir. Ancaq İncildə yazılıb ki, düşmənlərinizi sevin. (Frenk Sinatra)
  • • Adının nə qədər gözəl olduğunu, ancaq sevdiyinin ağızından eşidəndə anlarsan. (Ece Ayhan)
  • • Aclıq olsun - kef olsun. (Naməlum)
  • • Ağıllı insanlar əldə etmədiklərinə kədərlənənlər deyil, əldə etdiklərinə sevinənlərdir (Naməlum)
  • • Ağıllılıq hər şey üçün faydalıdır, heç bir şey üçün kafi deyil. (Henri-Fridrix Amyel)
  • • Almaz kimi ol. Yandığın zaman, nə yerdə külün, nə də göydə tüstün qalsın. (Arif Nihat Asya)
  • • Artıq pula yalnız artıq şeylər almaq olar. Sənin ruhuna lazım olan şeyləri isə heç bir pula almaq mümkün deyil. (Henri Toro)
  • • Ağlı gödək olanın dili uzun olar. (Aristofan)
  • • Allaha ancaq, Ondan başqa hər şeyi tərk edənlər yaxınlaşa bilər. (Əbdülqədir Geylani)
  • • Arif, Allaha hər an bir əvvəlkinə görə daha yaxındır. (Əbdülqədir Geylani)
  • • Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. (Əbdülqədir Geylani)
  • • Allahın təqdirini Onun əleyhinə dəlil etməyin; çalışın, çabalayın. (Əbdülqədir Geylani)
  • • Allahı bilən kimsənin ona qarşı iradəsi qalmaz. (Əbdülqədir Geylani)
  • • Allahdan başqa hər şey pütdür. (Əbdülqədir Geylani)
  • • Allah ruzilərin bölünməsini bitirmişdir. Ruzidə zərrə miqdarı artma və azalma olmayacaq. (Əbdülqədir Geylani)
  • • Ağıllı adam, işlərin başlanğıcına yox, nəticəsinə baxar. (Əbdülqədir Geylani)
  • • Adəmoğlunun başına gələn hər cür bəla, Rəbbindən şikayət etməsindəndir. (Əbdülqədir Geylani)
  • • Asacağımız son kapitalist, çox güman ki, bizə asma kəndirini satan adam olacaq. (Karl Marks)
  • • Acgözlük daxili bir boşluğun nəticəsidir. (Erix Fromm)
  • • Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz. (Çarli Çaplin)
  • • Az danış, ondan da az yaz. (Pifaqor)
  • • Ağıllı qadın! Əgər istəyirsən ki, ərin boş vaxtlarını səninlə keçirsin, elə elə ki, o səndə gördüyü həzzi və rahatlğı, etibarı və təvazökarlığı heç yerdə tapa bilməsin. (Pifaqor)
  • • Arxasından gedə biləcək cəsarətiniz varsa, bütün arzularınız həyata keçə bilər. (Uolt Disney)
  • • Ağıl və ilahiliyin gücü tarazlığımızda yatar. (Albert Payk)
  • • Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. (Əbdürrəhman Cami)
  • • Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır. (Balasaqunlu Yusif)
  • • Atamın ölkəsi üstümdə həmişə ən əhəmiyyətli haqqa sahib olmuşdur. [24 noyabr 1782, atasına bir məktubunda] (Volfqanq Amadey Motsart)
  • • Azadlıq - 2 dəfə 2-nin 4 olduğunu demək imkanıdır. Əgər bu qadağan olunmayıbsa, yerdə qalanları düzələcək. (Corc Oruell)
  • • Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir. (Georq Vilhelm Fridrix Hegel)
  • • Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir. (Artur Şopenhauer)
  • • Ağılım mənə deyil, dünyaya aiddir. (Artur Şopenhauer)
  • • Acı çəkənlər ilə acı çəkdirənlər eynidir. (Artur Şopenhauer)
  • • Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. (Heydər Əliyev)
  • • Ağıl olan yerdə zora ehtiyac yoxdur. (Heydər Əliyev)
  • • Arxaya baxmadan, yerə diyirlənmədən istənilən istiqamətdə neçə addım gedilə bilər? (Əhməd Haşim)
  • • Aşiq, yüz tapa bilməyən adamdır.. (Əhməd Haşim)
  • • Ağıl; nar, heyva və portağal kimi gec rəng və qoxu qazanan bir payız məhsuludur (Əhməd Haşim)
  • • Ancaq həqiqət təhqiredicidir. (Napoleon Bonapart)
  • • Analar bir əlləriylə uşaqını,digər əli ilə dünyanı yelləyərlər. (Napoleon Bonapart)
  • • Ağıldan dərrakəyə qədər olan yol hamının düşündüyündən daha uzun olur. (Napoleon Bonapart)
  • • Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. (Napoleon Bonapart)
  • • Ana, hər vaxt haqlıdır. (Herman Suderman)
  • • Amerika əsgərləri quzuya çevrilməlidir və onları yeməyə icazə verilir. (Müəmmər əl-Qəzzafi)
  • • Amerika millətindən olan keniyalı qardaşımız Obamanın Yerusəlim haqqındakı bəyanatları göstərir ki, o, ya beynəlxalq siyasəti rədd edir və Yaxın Şərq münaqişəsini öyrənməyib, ya da prezident seçkiləri kampaniyasında seçicilərinə yalan danışır. (Müəmmər əl-Qəzzafi)
  • • Azadlıq və nizam heç bir zaman heç bir yerdə birlikdə var olmamışlar; heç bir zaman ikisindən də imtina edilə bilmədi. (Alfred De Viqni)
  • • Ağıl, bədənin əfəndisidir. (Alfred De Viqni)
  • • Ağa və qul arasında heç zaman dostluq ola bilməz. (Kursiy)
  • • Axmaq öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı həmişə arxada dayanır ki, hamını görə bilsin. (S.Karmen)
  • • Amandır, ağlını unutma ki, sən
    Gülünü tikana dəyişməyəsən. (Nizami Gəncəvi)
  • • Acizlik ürəyi ağrıdır, bilsən
    Bir alçaqlıq olar hər zülmə dözsən. (Nizami Gəncəvi)
  • • Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə. (İmam Səccad)
  • • Asta tələs. (yaxud Tələsmədən əcələ et) (Oktavian Avqust)
  • • Amma kim ən yaxşının nə olduğunu deyə bilər ki? Buna görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə fürsətlərin insanın qarşısına bir ömürdə iki və ya üç dəfədən artıq çıxmadığını deyir və əgər bu fürsətlərin əldən çıxmasına yol versək, onları qalan həyatımız üçün də rədd etmiş olarıq. (Haruki Murakami)
  • • Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar. (Mark Tven)
  • • Adətlərə arxalanmayan qanunlar zəif olur. (Mark Tulli Siseron)
  • • Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilərsən. (Alfons de Lamartin)
  • • Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. (Alkimdamant)
  • • Aclıq ilə qürur heç vaxt uyğunlaşa bilməz. (Conatan Svift)
  • • Axmaqlar, sərxoşlar və Amerika üçün xüsusi bir ilahi ədalət var. (Otto fon Bismark)
  • • Ağrı hiss etməmək duyğuların kəsilməsi deməkdir; hər coşğu şeytanla bazarlıqdır. (Çarlz Bukovski)
  • • Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən. (Çarlz Bukovski)
  • • Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı. (Çarlz Bukovski)
  • • Alimin nişanələrindən biri də öz sözünü tənqid etməsi və müxtəlif görüşlərin həqiqətindən xəbərdar olmasıdır. (İmam Hüseyn)
  • • Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır. (İmam Hüseyn)
  • • Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar. (İmam Hüseyn)
  • • Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar. (İmam Hüseyn)
  • • Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. (Levi-Stross)
  • • Anlamadığın şeyə sahib ola bilməzsən. (İohann Volfqanq Göte)
  • • Ağıllı adam axmaqlıq edərsə, onda bu, hər halda çox böyük axmaqlıq olar. (İohann Volfqanq Göte)
  • • Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur. (İohann Volfqanq Göte)
  • • Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar. (İohann Volfqanq Göte)
  • • Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar. (İohann Volfqanq Göte)
  • • Adətdir; atanın yığdığını oğulu saçar. (İohann Volfqanq Göte)
  • • Aclıq, ən ağıllı balıqları belə qarmağa gətirir. (İohann Volfqanq Göte)
  • • Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar. (İohann Volfqanq Göte)
  • • Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... (Paulo Koelyo)
  • • Arzu - gördüklərimiz deyil, təsəvvür etdiklərimizdir. (Paulo Koelyo)
  • • Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. (Paulo Koelyo)
  • • Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi. (Paulo Koelyo)
  • • Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram. (Jorj Sand)
  • • Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir, yarımçıq olanları isə məhv edir. (R.N.Güntəkin)
  • • Ancaq sevərkən yaşayırlar. (Helvetsi)
  • • Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir. (Helvetsi)
  • • Ağlınla və sağlam zehninlə uzlaşmayan heç bir şeyə inanma, onu mən demiş olsam belə. (Qautama Budda)
  • • And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol. (Deyl Karnegi)
  • • Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. (Konfutsi)
  • • Axmaq – insanların onu yaxşı tanımadıqlarından, ağıllı isə, əksinə, özünün insanları tanımadığından şikayətlənir. (Konfutsi)
  • • Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir. (Frensis Bekon)
  • • Ağıllı insan tapdığından daha çox fürsət yaradan insandır (Frensis Bekon)
  • • Allah gözəldir, yaratdıqları gözəldir, nəticədə də hə­yat gözəldir. Yaxşı, bəs çətinlik hesab etdiyimiz işlər nə­dir? Bütün çətinliklər həqiqətdə insanın özünə aiddir. (Rövşən Abdullaoğlu)
  • • Arzular, yalnız istək əmələ çevriləndə gerçəkləşir. (Rövşən Abdullaoğlu)
  • • Arxadakı körpülərin yandırılması özünə geri çəkil-məyə heç bir şans buraxmamaq deməkdir. Hər hansı bir sahədə qələbə üçün işə başlayandan sonra arxanda olan bütün körpüləri yandırmağın lazımdır. (Rövşən Abdullaoğlu)
  • • Ancaq ruh taxtdan salınanda pul hakim ola bilər. (Əbu Turxan)
  • • Ayağı yerdə olmaq ayıb deyil, ayıb – başını yerdə qoyub ayağı ilə göyə çıxmaq cəhdidir. (Əbu Turxan)
  • • Artıq yükdən azad olmadan yüksəlmək mümkün deyil. (Əbu Turxan)
  • • Ancaq azadlığın bir qismindən könüllü imtina edənlər azad ola bilərlər. (Əbu Turxan)
  • • Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir. (Əbu Turxan)
  • • Ağıl başda olanda bədən də özünü ağıllı aparır. (Əbu Turxan)
  • • Açıq şey gözün, örtülü şey fikrin diqqətini çəkir. (Əbu Turxan)
  • • Ağıl iki cürdür: biri sonradan qazanılan ağıl, biri isə fitrətdən gələn ağıl. (Əbu Turxan)
  • • Ağıla fikir gələr, başa hadisə. (Əbu Turxan)
  • • Ağıl qüvvət üçün sükandır. (Əbu Turxan)
  • • Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. (Əbu Turxan)
  • • Ağ lövhə üzərində qara rənglə, qara lövhə üzərində ağ rənglə yazırlar. (Əbu Turxan)
  • • Ancaq hansı isə bir ideya işığında nizamlananda, bu həyatdan baş çıxarmaq və azad yaşamaq mümkün olur. Əks təqdirdə insanı qaranlıqda vurnuxmaq aqibəti gözləyir. (Əbu Turxan)
  • • Ayna özünü görə bilsəydi, başqalarına baxmazdı. (Əbu Turxan)
  • • Azadlığın ən böyük düşməni beyindən çıxmayan fikirdir, çünki o, insana daxildən hakim olur. (Əbu Turxan)
  • • Adətən ölənləri ağlayırlar; doğula bilməyənlər haqqında düşünən də yoxdur. (Əbu Turxan)
  • • Adam o zaman özünə yer tapa bilmir ki, yerini başqa yerdə axtarır. (Əbu Turxan)
  • • Ağıl az və ya çox – hamıda olur, amma sezginin yolu mənəvi saflaşmadan keçir. (Əbu Turxan)
  • • Adam var ki, inanmaq istəyir, amma inana bilmir. Adam da var ki, inanmaq istəməsə də inanır. (Əbu Turxan)
  • • Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir. (Əbu Turxan)
  • • Ağ lövhə təkcə Allah-a məxsusdur;
    biz hamımız yazılmışların üzərində yazırıq. (Əbu Turxan)
  • • Ancaq yaradıcılıq məqamları sözün həqiqi mənasında həyatdır. (Əbu Turxan)
  • • Ağıl ayırır, məhəbbət birləşdirir. (Əbu Turxan)
  • • Anbar nə qədər böyük olursa-olsun, nizamsız yerdə heç nə yerləşmir. (Əbu Turxan)
  • • Ancaq qarşısında məsuliyyət daşıdığın adama xəyanət etmək olar. (Əbu Turxan)
  • • Arzudan doğan arzular ayağı gerçəkdən üzülmüş arzulardır. (Əbu Turxan)
  • • Ana ideya olmadıqda ideyaların çoxluğu yoxluğundan betər olur. (Əbu Turxan)
  • • Axmaqlıq kiçiklik deyil; axmağın da böyüyü-kiçiyi olur. (Əbu Turxan)
  • • Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir. (Əbu Turxan)
  • • Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir. (Əbu Turxan)
  • • Ancaq sevərək gözəlləşmək mümkündür. (Əbu Turxan)
  • • Aforizmlər söz sədəfinə salınmış həqiqət inciləridir. (Əbu Turxan)
  • • Ailəni dayanıqlı edən qadın ilə kişi arasındakı eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu fərqin sayəsində mümkün olur. (Əbu Turxan)
  • • Aşiqin ən böyük səadəti onun gözlərində bütün dünyanın gözəlləşməsidir. (Əbu Turxan)
  • • Ağac bar verəndə başını aşağı əyər. Amma hələ bar verənə qədər boy atmasına imkan vermək lazımdır. (Əbu Turxan)
  • • Aşiq sevgilisinin sevincinə sevinir. (Əbu Turxan)
  • • Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil. (Əbu Turxan)
  • • Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz. (Əbu Turxan)
  • • Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. (Əbu Turxan)
  • • Ağıl dişi hamıda çıxır, amma ağıl gözü hamıda açılmır. (Əbu Turxan)
  • • Ağıl zorun qarşısını kəsmək üçün yox, onun bilmədiyi yolla getmək üçündür. (Əbu Turxan)
  • • Ağlı olanın yolu güclü olanın yolu ilə kəsişmir, çünki o həmişə fərqli yollar seçə bilir. (Əbu Turxan)
  • • Ancaq hadisələrin dinamikası azalanda düşüncələr dərinə getməyə macal tapır. (Əbu Turxan)
  • • Ağlın qələbəsi – hissin, hissin qələbəsi – ağlın məğlubiyyətidir. (Əbu Turxan)
  • • Ağıl artdıqca instinkt zəifləyir. (Əbu Turxan)
  • • Ancaq riyakarlar hamı ilə dostluq edə bilər. (Əbu Turxan)
  • • Aforizm fikrin ən az sözlə dillənməsidir. (Əbu Turxan)
  • • Alimin yaradıcılığı özünü istisna etmək, özündən uzaqlaşmaq, filosofun yaradıcılığı – özünü təsdiq etmək, özünə yaxınlaşmaq sayəsində mümkün olur. (Əbu Turxan)
  • • Aforizm – dəliliklə dahilik arasında şimşək kimidir. (Əbu Turxan)
  • • Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz məninin açılışıdır. (Əbu Turxan)
  • • Alim yaratdıqca özgələşir, filosof – özünü tanımış olur. (Əbu Turxan)
  • • Adamın iç üzü adam içinə çıxanda məlum olur. (Əbu Turxan)
  • • Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. (Əbu Turxan)
  • • Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun. (Əbu Turxan)
  • • Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur. (Əbu Turxan)
  • • Ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. (Əbu Turxan)
  • • Allah sözünü yaratdıqlarının təbii ahəngi və bir də istəkli bəndələrinin dili ilə deyir. (Əbu Turxan)
  • • Ağıl da ruh məqamındadır; amma ruhun ağıla sığmayan tərəfləri var ki, buna ya divanəlik, ya eşq deyirlər. (Əbu Turxan)
  • • Alovda nur yoxsa, nurda alov var. (Əbu Turxan)
  • • Ağıllı sevgi – həyatın bir hissəsidir,
    dəli sevgi – bütövlükdə həyatı zəbt edir. (Əbu Turxan)
  • • Ancaq özünü tapan adam həyatını istədiyi kimi idarə edə bilər. (Əbu Turxan)
  • • Allah təkcə nizamlı dünyada deyil, xaosda, qaranlığın dərinliklərində də təzahür edir. (Əbu Turxan)
  • • Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır. (Əbu Turxan)
  • • Ancaq qabarma-çəkilmə başa çatdıqdan sonra kimin çılpaq üzdüyünü anlaya bilərsiniz. (Uorren Baffett)
  • • Acı həyatla həyatsızlıq arasında bir seçim etməli olduğumu desələr, heç düşünmədən acı həyatı seçərəm. İnsanlar həyatın nə qədər acı olduğunu söyləsələr də, mən ümidimi heç vaxt itirmədim. Hələ ki, necə ümid itiriləcəyini öyrənməmişəm. (Uilyam Folkner)
  • • Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz. (İmam Həsən Əskəri)
  • • Allah-taala öz əzəmət nurundan istədiyi qədər elçisinin qəlbinə göstərmişdir. (İmam Həsən Əskəri)
  • • Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır. (İmam Həsən Əskəri)
  • • Asandır deyirsən. Gəl bir də sən yaşa sənsizliyimi. (Attila İlhan)
  • • Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır. (Demokrit)
  • • Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. (Demokrit)
  • • Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur. (Nəsirəddin Tusi)
  • • Axmaqlar özlərini ağıllılar sırasına aid etməsəydilər, ağıllı adamlar tənha olardılar. (Vovenarq)
  • • Adın şərəflidir sənin ey qadın
    Dahilər anası çağrılır adın. (Səməd Vurğun)
  • • Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər. (Vissarion Belinski)
  • • Alim, şair, döyüşçü, qaninverici və s. olmaq yaxşıdır, lakin bununla yanaşı, insan olmaq da lazımdır. (Vissarion Belinski)
  • • Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır.Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. (Vissarion Belinski)
  • • Ağıl insana ağıllı yaşamaq üçün verilir. (Vissarion Belinski)
  • • Aldanma deyə bir şey yoxdur! Yalnız bir az çox güvənmək vardır. Və insanı aldandığı deyil, ən çox güvəndiyi aldadar. (Maksim Qorki)
  • • Ailəmdə təkcə mən Xristianlığı seçdim. (Barak Obama)
  • • ABŞ hələ də qaranlıq keçmişi ilə hesablaşır. (Barak Obama)
  • • Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir)
  • • Ancaq təxəyyülün oyatdıqlarını öyrənmək olar. (Başlyar)
  • • Ağılıma belə gəlmirsən artıq.. O qədər ürəyimdəsən ki. (Camal Sürəya)
  • • Anası döydüyü halda, yenə "ana" deyə ağlayan bir uşaqdır eşq. (Camal Sürəya)
  • • Artıq xəyallarım suya düşəcək deyə narahat olmuram. Çünki, onlar düşə-düşə üzməyi öyrəniblər... (Camal Sürəya)
  • • Amma Güclülər Gücsüzləri İncidə bilməyəcək Qədər Gücsüz Olunca, Gücsüzlər Çəkib Gedəcək Qədər Güclü Olmaq məcburiyyətində idilər. (Milan Kundera)
  • • Ağlama! Ağlat ki, qiymətini bilsinlər. (Milan Kundera)
  • • Arxanı Günəşə çevirsən, kölgəndən başqa heçnə görə bilməzsən. (Xəlil Cibran)
  • • Analar, hər şeyi görməsələr belə ürəkləriylə eşidərlər. (Nikolay Ostrovski)
  • • Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir. (Fatimə Zəhra)
  • • Allah-taala sileyi-rəhmi şəxslərin saylarının artması üçün qərar vermişdir. (Fatimə Zəhra)
  • • Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi. (Fatimə Zəhra)
  • • Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur. (Fatimə Zəhra)
  • • Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olsun. (Fatimə Zəhra)
  • • Aforizm düşüncələrin cəbridir. (Q.Aleksandrov)
  • • Azadlıqlar ümumiyyətlə birdən deyil yavaş-yavaş itirilər. (Devid Yum)
  • • Az bilən və az düşünən çox danışar. (Fridrix Nitsşe)
  • • Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir. (Fridrix Nitsşe)
  • • Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan. (Fridrix Nitsşe)
  • • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır. (Fridrix Nitsşe)
  • • Aktyorlar az təriflənməkdən, əsl insanlar – az sevilməkdən məhv olurlar. (Fridrix Nitsşe)
  • • Ağlayan adama heç zaman gülməyin. Amma bəzən gülən adamlara ağlayın. (Fridrix Nitsşe)
  • • ABŞ-ın nökəri olmaqdan imtina edən çox az ölkə var. Bunlar Çin, İran, Liviya, Kuba, Suriya və Rusiyadır. 11 sentyabr hadisələrinin arxasında kim durursa-dursun, onun amerika xalqının dostu olmadığı dəqiqdir. (Üsamə bin Laden)
  • • Amerika Birləşmiş Ştatları bizə hücum etməyə çalışsalar, 100 il mübaribə olacaq. Biz hazırlıqlıyıq. (Uqo Çavez)
  • • Artist və publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır. (Edit Piaf)
  • • Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər. (Yılmaz Ərdoğan)
  • • Acdığını deyəndə qalx özün götür cümləsini eşidəndə, ümumiyyətlə acmaqdan imtina edər Türk insanı. (Yılmaz Ərdoğan)
  • • Artıq həmişə xəyal etdiyimiz yeni bir başlanğıcı deyil; heç düşünmədiyimiz xoşbəxt bir sonu istəməliyik. (Bob Marli)
  • • A deyən B demək məcburiyyətində deyil. A-nın səhv olduğunu da ifadə edə bilər. (Bertolt Brext)
  • • Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. (Şəms Təbrizi)
  • • Allah sənin qapından eşq sarayına bir insan gətirirsə , o insana sən necə mən səni sevmirəm deyə bilərsən? (Şəms Təbrizi)
  • • Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan ? Allah səni insanlara sevdirmək istəyir, Allah sənin dağılmış parçalarını yığır. Eşqə nankorluq etmə!! (Şəms Təbrizi)
  • • At işlər, ər öyünər (Dədə Qorqud)
  • • Ağlamaq duyğuların başıdır. (Beydullah İmzaoğlu)
  • • Alışqanlıq cənnətin yerinə keçər, xoşbəxtliyin yerini alar. (Aleksandr Puşkin)
  • • Arzular və illər geri qayıtmır. (Aleksandr Puşkin)
  • • Azadlıq gözəl yaşamaq üçündür (Cəfər Cabbarlı)
  • • Axmaqların soruşub ağıllı insanların cavab verə bilmədiyi bir çox sual var. (Corc Polya)
  • • Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər. (Jan de Labrüyer)
Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023