Aforizimlər - Dahilərin Sözləri

Aforizimlər - Dahilərin Sözləri


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Aforizmlər

  • • Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!... (Cübran)
  • • Fəzilət ruhun sağlamlığı, sağlamlıq bədənin fəzilətidir. (Prudon)
  • • Fərd dövlətlə uyğun olduğu ölçüdə əhəmiyyətlidir. (Benito Mussolini)
  • • Fizikada bir qayda vardır, bir şey eyni anda 2 yerdə ola bilməz. Beyniniz mənfi düşüncələrlə doluykən müsbət düşüncələrə yer yoxdur, müsbət düşüncələrlə doluykən də mənfi düşüncələrə yer yoxdur. (Əhməd Şərif İzgörən)
  • • Fərq, bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki, seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində. (Pol Oster)
  • • Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. (Mirzə Fətəli Axundov)
  • • Fizikada olduğu kimi, psixologiyada da bizi əvvəlki zəminimizə bağlayan cazibə qanunu var. (Anatol Frans)
  • • Fikirlər silahlardan daha güclüdür. Biz düşmənlərimizin silah sahibi olmalarına icazə vermədik, niyə fikir sahibi olmalarına icazə verək ki. (İosif Stalin)
  • • Fəlakət, dost sayını sıfıra endirər. (Uilyam Şekspir)
  • • Fərdi eşqim üçün dünyanı verərəm, azadlığım üçün eşqimi də verərəm (Jan Jak Russo)
  • • Fəzilət ruhun gözəlliyidir. (Sokrat)
  • • Fəlsəfə heyrətlə başlayar. (Sokrat)
  • • Filosoflar üçün metafizik sistemləri, qadınlar üçün romanlar kimidir. (Volter)
  • • Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. (Volter)
  • • Faciə pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir. (Martin Lüter Kinq)
  • • Fərd özünü tanıyanda fərd olur. Millət də ancaq öz mənliyini qazananda millət olur. (Məhəmməd İqbal)
  • • Fəlsəfə inanılanın inanılmağa dəyər olub-olmadığını araşdırmaqdır. (Piter Abelard)
  • • Fotoşəkilimin Pulun Üstünə qoyulmasına sevinmişdim. Amma Birdə Onu arxa ciblərinə qoymasalar. (Bencamin Franklin)
  • • Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar! (Bencamin Franklin)
  • • Fövqəladə iddialar, fövqəladə sübut tələb edir. (Karl Saqan)
  • • Fikir adamı, göydəki ulduza bənzər, milyonlarla il sonraya belə işıqları çatar. (Ergün Gülər)
  • • Fəziləti olmayan insan,heyvanların ən çirklisi,ən vəhşisi və ən doymaq bilməz olanıdır. (Aristotel)
  • • Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır. (Benedikt Spinoza)
  • • Fərd ölməyə məhkumdur, bəşər övladı – olümsüzdür. (İmmanuel Kant)
  • • Fikirləri yox, fikirləşməyi öyrənmək lazımdır. (İmmanuel Kant)
  • • Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür. (Deni Didro)
  • • Fəlsəfəyə ilk addım inancsızlıqdır. (Deni Didro)
  • • Fəlakət kimi müəllim az tapılar.. (Əbdülhaq Hamid Tərxan)
  • • Fəlsəfə heyrətdən başlayır. (Platon)
  • • Fəlakət anında qərar verə bilmək qurtuluşun yarısıdır. (Pestalotsi)
  • • Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur. (Epikür)
  • • Fəqət hər gözəl olanı könül sevməz. (Cəlaləddin Rumi)
  • • Fəlsəfə, utanmazlığın müasir formasıdır. (Alber Kamyu)
  • • Fəlsəfi təlimlərin dəyəri filosofların dəyəri qədərdir. İnsan nə qədər kamil olsa, onun fəlsəfəsində həqiqət də bir o qədər çox olar. (Alber Kamyu)
  • • Fikirlərinizi cəmləşdirin, ancaq hec vaxt mediya ilə bölüşməyin. (Tupak Şakur)
  • • Fikrin gücündən də üstün bir güc – sevginin gücüdür. (Əmin ər-Reyhani)
  • • Fikirləşmək faydalı hərəkət doğurur, ağlı aydınlaşdırır və nəfsi təmizləyir. (Əmin ər-Reyhani)
  • • Fikirləşmək filosofun duasıdır. (Əmin ər-Reyhani)
  • • Fəlsəfə ilə xeyirxahlıq bir-biri ilə ayrılmaz surətdə bağlıdır. (Kiçik Seneka)
  • • Fövqəladə bir şeydir eşq. Siz belə özünüzü sevə bilmirkən, o sizi bir başqasına sevdirir. (Robin Şarma)
  • • Fakt təsvir məqamında olan hadisədir. (Dante Aligyeri)
  • • Fırıldaq yalanın daimi yoldaşıdır. (Con Lokk)
  • • Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır. (Nəcib Fazil Qısakürək)
  • • Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır. (Tur Xander)
  • • Formal məntiq fəlsəfi daltonizmdir. (Tur Xander)
  • • Fikir üçün libas auditoriyaya uyğun seçilməlidir. (Tur Xander)
  • • Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. (Ş.Y. Sührəvərdi)
  • • Fani sözlərlə əbədi şeyləri ifadə et! (Lukretsi)
  • • Fil ilə qarışqanı müqayisə etmək olmaz. (Türkiyə və Ermənistan haqqında) (İlham Əliyev)
  • • Fikir, mənfəətdən ayrı tutulduğu hər vaxt ürək ağrıdan bir müvəffəqiyyətsizliyə uğramışdır. (Karl Marks)
  • • Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki problem onu dəyişdirməkdir. (Karl Marks)
  • • Fikrin aydınlığı ilə ifadənin aydınlığı adətən bir yerdə olur. (T.Makoley)
  • • Fikir nə qədər dəyərlidirsə, onu gerçəkləşdirmək də bir o qədər çətindir. (Balasaqunlu Yusif)
  • • Fəlsəfə öz dövrünün sinxron tərcüməçisi olmalıdır. (Haydegger)
  • • Fəlsəfə dünyaya yol göstərə bilməz. O bunu etmək istədikdə gerçəklikdə proses artıq başa çatmış olur. (Georq Vilhelm Fridrix Hegel)
  • • Fikir yalnız özünü doğuranda özünü tapır. Və yalnız özünü tapanda mövcuddur və gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)
  • • Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki,onların qoyulma tərzi başqa cür olmalı idi. (Georq Vilhelm Fridrix Hegel)
  • • Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir. (Georq Vilhelm Fridrix Hegel)
  • • Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz. (Artur Şopenhauer)
  • • Faktlar çoxdur, həqiqətsə - bir. (Rabindranat Taqor)
  • • Fizika ünsiyyətdən törəyir. (Verner Heyzenberq)
  • • Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin. (Cəmil Meriç)
  • • Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır. (İmam Səccad)
  • • Faydasız bir həyat erkən bir ölümdür. (İohann Volfqanq Göte)
  • • Faydasız həyat - vaxtsız ölümə bərabərdir. (İohann Volfqanq Göte)
  • • Fikirlər də bəzən meyvə kimi ağacdan yetişməmiş tökülür. (Vitqenşteyn)
  • • Fikirlərinin yaşını heç kimə açma. (Jorj Sand)
  • • Fikir – uzun gecənin qaranlığında ani bir parıltıdır. Amma bu parıltı hər şeydir. (Puankare)
  • • Fikir hələ fikir səviyyəsinə çatana qədər hiss halında olur. (K.S.Stanislavski)
  • • Fikir dünyasının öz ahəngi, öz ritmi, öz melodiyası var. (Əbu Turxan)
  • • Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir. (Əbu Turxan)
  • • Fikir cövhərini odda yapmasan,
    Soyuq düşüncədən şəfqət sönəcək.
    Sevgi atəşinə hikmət qatmasan,
    Kərəmlər yanaraq külə dönəcək. (Əbu Turxan)
  • • Fikir ümmün kimidir; bir fikrin sahilinə çatmamış, başqa bir fikrin dalğasında yeni səyahət başlanır. (Əbu Turxan)
  • • Fikir cəmiyyətə çıxan kimi sahibini unudur: kim onu daha yaxşı mənimsəyərsə, – onun olur. (Əbu Turxan)
  • • Fəlsəfi sistemlərin ən böyük naqisliyi daltonizmdir. Dünyanı ancaq ağ və qara rəngdə görənlər reallığa nə qədər yaxınlaşırlarsa, ancaq varlıq və yoxluqdan, xeyir və şərdən, həqiqət və yalandan çıxış edərək bu kənar hallar arasındakı rəngarəngliyi görməyənlər də reallığı o qədər mənimsəyirlər. (Əbu Turxan)
  • • Fəlsəfi həqiqətlər səmanın ənginliyindədir; ona ancaq fikrin qanadlarında çatmaq olar. Dini həqiqətlər isə qəlbin dərinliyindədir. Onlara çatmaq üçün özünə dalmaq, təlqin tələb olunur. (Əbu Turxan)
  • • Fikirlərə hakim olan mala-mülkə də hakimdir, çünki hamını o idarə edir. (Əbu Turxan)
  • • Fikir məntiq qəlibindən çıxıb azad nəfəs alanda duyğulanır və bir düşüncə hadisəsindən bir könül hadisəsinə çevrilir. (Əbu Turxan)
  • • Fikir də ancaq münbit mühitdə cücərir. (Əbu Turxan)
  • • Fikrin əsl müəllifi onu ilk dəfə deyən yox, onu ən gözəl deyəndir. (Əbu Turxan)
  • • Fikrin məntiqi ilə həyatın məntiqi heç də həmişə üst-üstə düşmür. (Əbu Turxan)
  • • Fəlsəfənin məqsədi dünyanın ahəngini duymaq, dərk etmək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisələr dünyasını işıqlandırmaqdan ibarətdir. (Əbu Turxan)
  • • Filosofluq həyatdan sərf-nəzər edir, müdriklik həyatla iç-içədir. (Əbu Turxan)
  • • Fəlsəfə düşünən duyğu və qanad açan düşüncədir. (Əbu Turxan)
  • • Fəlsəfənin əli göylərdə, ayağı yerdə olmalıdır. (Əbu Turxan)
  • • Fəlsəfə qütbləri ortaq məxrəcə gətirmək sənətidir. (Əbu Turxan)
  • • Fəlsəfə dünyadan ayrılmış insanın dünya ilə təmasıdır. Dünyadan ayrıla bilməyənlərin fəlsəfəsi yoxdur. (Əbu Turxan)
  • • Fəlsəfi düşüncə Mənin xalis mənəvi tərəf kimi yetişməsi, təmizlənməsi və bütün dünyaya sığınacaq hazırlaması ilə başlanır. (Əbu Turxan)
  • • Fəlsəfi vəcd ona görə uzun sürə bilir ki, o, idrakla birləşir. Soyuq ağlın sərinliyi ilham qığılcımını tez alışıb tez sönməyə qoymur. (Əbu Turxan)
  • • Fikir nə qədər sadə olsa, o qədər yaxşıdır, artıq bəzək-düzək onu ağırlaşdırır. (Əbu Turxan)
  • • Fikrin haradadırsa, özün də oradasan. (Əbu Turxan)
  • • Fəlsəfi yaradıcılıqda iki tərəf iştirak edir: filosof və dil; ikisindən biri zəif olanda, yeni fikir doğula bilmir. (Əbu Turxan)
  • • Fəlsəfə – insanın dünyalaşması, dünyanın insaniləşməsidir. (Əbu Turxan)
  • • Fəlsəfi düşüncəni elm və sənətdən fərqləndirən daha bir cəhət fikrin ətaləti və ləngəridir. (Əbu Turxan)
  • • Fəlsəfə uzağa getmək istəyəndə elm qatarına əyləşir. (Əbu Turxan)
  • • Fəlsəfə – ruhun özünüdərkidir. (Əbu Turxan)
  • • Fəlsəfə kimin üçünsə dünya ilə görüş, kimin üçün isə dünya ilə mübarizədir. (Əbu Turxan)
  • • Fəlsəfə insansızlaşmış dünya ilə insan dünyasının əlaqəsini öyrənmək ehtiyacından yaranmışdır. (Əbu Turxan)
  • • Fəlsəfi təfəkkür qadın və ya kişi düşüncəsinin fövqündədir. (Əbu Turxan)
  • • Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. (Əbu Turxan)
  • • Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm özünü dərk etmək üçün gec-tez yenə fəlsəfənin bətninə qayıtmağa möhtacdır. (Əbu Turxan)
  • • Fəlsəfə düşüncənin zirvəsi olduğuna görə qadın və kişi düşüncəsinə bölünmür. (Əbu Turxan)
  • • Fəlsəfə ruhun əql məqamında açılışıdır. (Əbu Turxan)
  • • Fəal adamlar bəzən məqsəddən uzaqlaşdıqlarının fərqində olmurlar; onlar üçün əsas olan hərəkətdir. (Əbu Turxan)
  • • Fərdi cismani həyat başa çatanda insan öz ideyalarında, ideyalar isə davamçıların şəxsində yaşayır. (Əbu Turxan)
  • • Fəlsəfə seçilmişlər, din isə hamı üçündür. (Əbu Turxan)
  • • Fəlsəfənin gücü – fikrin dərinliyində,
    dinin gücü – fikrin sadəliyindədir. (Əbu Turxan)
  • • Fərdi mahiyyət ailə məhəbbətində, ictimai mahiyyət vətən sevgisində üzə çıxır. (Əbu Turxan)
  • • Fəlsəfə mücərrədliyin elə yüksək səviyyəsində fikir yürüdür ki, burada canlı həyatın ürək çırpıntıları eşidilməz olur. (Əbu Turxan)
  • • Fəlsəfə ümumbəşəri ruhun milli ifadəsidir. (Əbu Turxan)
  • • Fəlsəfə əqlin gücü ilə sonsuzluğu ehtiva etmək cəhdidir. (Əbu Turxan)
  • • Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər. (Növzər)
  • • Fikir vermə! Eşqmi qaldı artıq.. Hər kəs gördüyünü sevər olub. Nə olduğuna deyil, nə verdiyinə baxar olub. (Yılmaz Ərdoğan)
  • • Fikrin forması insana məxsusdur, fikrin yüksəlişi isə zamana. (Viktor Şklovski)
  • • Fürsət adamın qapısını iki dəfə döyməz. (Nikola Şamfor)
Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023