Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
Bütün Aforizmlər
• Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı edəndir. (Mustafa Kamal Atatürk)
• Vəhşiliklə birlikdə yaradıldım. (Benito Mussolini)
• Vacib olan dərdlərdən uzaq qalmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir. (Pol Oster)
• Və o zaman qırdığın bu ürək, indi qırır başqa ürəkləri! Eşqdə qazanmaq dedikləri itirməkdir bir çox şeyi... (Murathan Mungan)
• Vicdan əzabı cinayətkarda sonradan qalan yeganə hissdir. (Volter)
• Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir. (Volter)
• Var-dövlət insanlara bəzən onu itirmək qorxusundan başqa heç nə vermir. (Rivarol)
• Vətəndaş olmasa boş şeydir Vətən! Beş günlük, on günlük güney qarıdır. Vətən məfhumunun özəyindəki Vətənin vüqarlı oğullarıdır! (Xəlil Rza Ulutürk)
• Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar. (İmmanuel Kant)
• Vaxtı öldürmək özünü öldürməkdir. (D.Pekk)
• Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Bu, daha dərin bir hadisədir... Bu, özünün vətəndən ayrılmaz olduğunu dərk etmək və xoşbəxt və bədbəxt günlərini onunla birgə yaşamaqdır. (Lev Tolstoy)
• Vicdan-insanların həyatının doğru yol göstəricisidir. (Lev Tolstoy)
• Varliqda ki anlaşılmazlıq davamlı bir ahəngdir. (Platon)
• Vaxt və pul bir-birinə bağlıdır. (Uinston Çörçill)
• Vidalar ağrıtsa da, bəzən getmək lazımdır.. (Can Yücəl)
• Vətənində ölməyən insan iki dəfə ölər. (İsmayıl Həbib Sevük)
• Vaxtından əvvəl ağacdan qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. (Cəlaləddin Rumi)
• Vətəni sevdirməzdən öncə, onu tanıtmaq lazımdır. (Xudu Məmmədov)
• Varlığımdan kənar varlığımsan mənim. (Xudu Məmmədov)
• Vəzifə verirlər, sonra iş axtarırlar... (Xudu Məmmədov)
• Vəzifə maqinit, dost-tanış, qohum-qəblə isə dəmir qırıntılarıdır. (Elman Həbib)
• Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir. (Mühəmməd peyğəmbər (SƏS))
• Vətənə vurulan yaranı hər birimiz ürəyimizin dərinliklərində hiss edirik. (Viktor Hüqo)
• Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir. (Viktor Hüqo)
• Varsa qarşılığı, sonuna qədər gedəcəksən! Amma yoxdursa qarşılığı; İlk döngədən dönəcəksən. (İlhan Bərk)
• Vəfasızın məclisində bade içilməz. (Ziya paşa)
• Vaxt insanın bu dünya və əbədi həyatıdır. Bu həyatın əbədi xoşbəxtlik və ya əbədi əzab içində keçməsi, o vaxtı necə keçirməkdən asılıdır. (Ibnul Qayyim al-Cəvziyyə)
• Varlığında, varlığın var olmasının söz mövzusu olduğu bir varlıq olaraq var olan bir varlığam. (Jan Pol Sartr)
• Var olmaq susamadan içmək kimi bir şeydir. (Jan Pol Sartr)
• Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
• Vicdan bahalı bir xüsusiyyətdir.Ucuz insanlarda olmur. (Onore de Balzak)
• Viruslardan daha qorxulusu immunitetin yoxluğudur. (Tur Xander)
• Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. (Tur Xander)
• Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. (İmam Şafii)
• Və ümid edirəm ki, mən Xristiyanlığı sona çatdırmış adam olaraq yaddaşlarda qalacağam. (Spin jurnalı, Avqust 1996) (Marilyn Manson)
• Vergilərin aşağı salınmasına inanmağımın səbəbi hər şeydən əvvəl ona inanmağımdır. (Corc Uoker Buş)
• Vaxtımı siyasətə və tənliklərə sərf edirəm.Zənnimcə tənliklər daha vacibdir,çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda , tənliklər əbədidir. (Pifaqor)
• Vəzifə duyğusu, ən böyük tərbiyəçi gücdür. (Albert Şveytser)
• Vəzifə həmişə bizimlədir; dahası bizə hər dəfə boş bir fərd olmağı qadağan etmişdir. (Albert Payk)
• Varlıq dalğalar şəklində qabaran bir dənizdir. Adi gözlə görünən isə yalnız dalğalardır. (Əbdürrəhman Cami)
• Vicdan - yaxşı yolu işıqlandıran mənəvi çıraqdır amma nə vaxt ki, pislik edirlər, onu məhv edirlər. (Georq Vilhelm Fridrix Hegel)
• Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur. (Artur Şopenhauer)
• Var-dövlət və şöhrət dəniz suyu kimidir: içdikcə, yanğı daha da artır. (Artur Şopenhauer)
• Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. (Heydər Əliyev)
• Vaxtilə Fransız hökumətindən biri Napolyon Bonapartı bir müharibə əsnasında tənqid edib barmağını xəritə üzərində gəzdirərək: Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək kənarını zəbt etməli idiniz, kimi fikirlər icra edincə Napolyon :"Bəli, onlar barmaqla alına bilsəydi dediyin kimi edərdim". (Napoleon Bonapart)
• Valideynlərə itaət etmək daha vacibdir, nəinki onların dediklərini etmək. (Müəmmər əl-Qəzzafi)
• Və ya xarici bazalar torpağlarımızdan yoxa çıxacaqlar, belə vəziyyətdə inqilab davam olacaq, və ya bazalar qalacaqlar və inqilab öləcək. (Müəmmər əl-Qəzzafi)
• Varlıq eşq üzərində qərar tutur. (Nizami Gəncəvi)
• Vətənpərvər o insandır ki, həmişə mən vətənpərvərəm deyə qışqırır, lakin bu qışqırıq nə üçündür?-onu anlamır. (Mark Tven)
• Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – Vətən sözündə birləşmişdir. (Mark Tulli Siseron)
• Vətən yolunda ölməklə xeyir gətirəcəyini bilən hər hansı bir vicdanlı insan onun yolunda ölməyə tərəddüd edərmi? (Mark Tulli Siseron)
• Vicdan Allahın daxilimizdəki səsidir. (Alfons de Lamartin)
• Valideynləri əsəbiləşdirmək olmaz, çünki bu halda biz həzz aldığımız hər şeydən imtina etmiş oluruq. (Paulo Koelyo)
• Vicdan insanın kompasıdır. (Vinsent van Qoq)
• Vətənin sevməyən insan olmaz, olsa, o şəxsdə vicdan olmaz. (Abbas Səhhət)
• Vətənim verdi mənə nanü-nəmək Vətəni məncə unutmaq nə demək. (Abbas Səhhət)
• Vətənin sevməyən insan olmaz Olsa, o şəxsdə vicdan olmaz. (Abbas Səhhət)
• Varlığın o biri sahilinə çatdığında əvvəl, sonra və ortada olandan imtina et. (Qautama Budda)
• Varlıqda varlığı yaradanın varlığı var. (Mənsur Həllac)
• Var-dövlət – Haqq yolunda xərclənəndə fəzilətə, əks halda rəzalətə vəsilə olur. (Əbu Turxan)
• Var-dövlət çox olduqca, onun fövqünə qalxmaq üçün daha böyük ruhani enerji tələb olunur. Günlərin bir günü ruh daha varlığın ağırlığını, cazibə gücünü dəf edə bilmir və insan öz var-dövlətinin içində itib batır. (Əbu Turxan)
• Verilmiş azadlıq dərəcəsindən yetərincə faydalana bilməyəndə məcburiyyət ortaya çıxır. (Əbu Turxan)
• Vəcd şimşək kimidir. Ani olaraq bütün qaranlıqları yox edir. (Əbu Turxan)
• Vətəndən məhrum olmaq yetimliyin başqa bir formasıdır. (Əbu Turxan)
• Vəzifə kiçikləri böyüdür, böyükləri kiçildir. (Əbu Turxan)
• Vaxtsız çiçək açan arzular bar verməz. (Əbu Turxan)
• Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. (Əbu Turxan)
• Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. (Əbu Turxan)
• Vətən sevgisi iki səviyyədə üzə çıxır: biri kortəbii surətdə – doğmalıq hissi kimi, o biri – dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibət kimi. (Əbu Turxan)
• Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. Və nə vaxtsa daha buna da dözə bilmir. (Əbu Turxan)
• Vətəndaşlıq milli ruhla vətənin izdivacından doğulur. (Əbu Turxan)
• Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. (Əbu Turxan)
• Vaxt lazımdır sadəcə, unudacaqsan! Necə unutdunsa uşaqlığını, qırılan oyuncaqlarını. Qırılan ürəyini də elə unudacaqsan. (Camal Sürəya)
• Vüqar sanki insanın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. (Nikola Şamfor)
• Vətənpərvərlik haqqında danışırlar, hər halda nə isə oğurlayıblar (Mixail Sаltıkоv-Şеdrin)