Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
Bütün Aforizmlər
• Çox danışana ancaq lal həsəd aparır. (Cübran)
• Çox vaxt, sözün həqiqi mənasında ağrıyla başa düşürəm ki, , izah etmək istədiyimin iyirmidə birini belə izah edə bilmədim və hətta heç bir şey izah edə bilmədim. Məni rahatlaşdıran şey, Tanrının bir gün mənə o gücü və ilhamı göndərəcəyinə, mənim də özümü tamamilə izah edə biləcəyəimə, qısacası ürəyimdəki və xəyal dünyamdakı hər şeyi ortaya qoyacağaıma dair olan ümidimdir. (Fyodor Dostoyevski)
• Çox lazımsız şeyləri çox fikirləşirəm. Deyəsən elə buna görə həmişə ağlımdasan. (Pol Oster)
• Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər. (Fransua de Laroşfuko)
• Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin. (Avraam Linkoln)
• Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
• Çiçək, mən səni divarın çatından qoparmışam, sənin kökünü və bütünlüklə səni öz əlimdə tutmuşam. Lakin əgər mən dərk edə bilsəydim ki, sən, sənin kökün və başdan-başa sənin özün nəsən, onda mən anlaya bilərdim ki, insan nədir və Allah nədir. (Alfred Tennison)
• Çox dil bilmək bir qıfıla bir neçə açarla yaxınlaşmaq imkanıdır. (Volter)
• Çalışmaq bizi bu üç şeydən qurtarar: Can çətinliyi, pis vərdişlər, yoxsulluq. (Volter)
• Çox təəssüf ki, hər birliyin bir də ayrılığı olur; çox təəssüf ki, hər başlanğıcın bir sonu olduğu kimi... (Barış Manço)
• Çox az adam, yaxşı talehli bir dostun müvəffəqiyyətlərini qısqanclıq etmədən təbrik edə bilər. (Esxil)
• Çox mal haramsız, çox söz yalansız olmaz. (Yunus Əmrə)
• Çay suyu dənizə qarışdıqdan sonra onu geri çəkmək mümkünmü? (Məhməd Murad İldan)
• Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır. (Mühəmməd peyğəmbər (SƏS))
• Çox gülmək qəlbi öldürər. (Mühəmməd peyğəmbər (SƏS))
• Çalışmaq həyat, düşünmək işıqdır. (Viktor Hüqo)
• Çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər. (Viktor Hüqo)
• Çempionlar salonlardan çıxmaz. Çempionlar içlərində ehtiras, xəyal və məqsəd olan insanlardan çıxar. (Məhəmməd Əli)
• Çaylar,göllər və kiçik çaylar- bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir. (Məhəmməd Əli)
• Çətinliklərin öhdəsindən gəlmək yüngüldən, əzəmətliliyin həyata keçməsi azacıqdan başlayır, ona görə ki, dünyada çətinliklər asanlıqdan, əzəmətlilik isə azacıqdan törənir. (Lao-tszı)
• Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir. (Ernesto Çe Gevara)
• Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)
• Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)
• Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz. (Heraklit)
• Çox şeyi demək istəyən öz fikirlərini qısa ifadə etməlidir. (Norbert Hinske)
• Çox xırdalar bərk ayaqda qeybə çəkilir; Böyük dərdlə vuruşana böyük deyildi. (Məmməd Araz)
• Çoxdan deyilib ki, inqilablı nəzəriyyətsiz inqilab hərəkəti ola bilməz və indiki vaxtlarda bunu sübut etmək lazım deyil. (Vladimir İliç Lenin)
• Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını (Mirzə Ələkbər Sabir)
• Çoxbilmişlik nadanlığın ən pis növüdür. (Qeorq Kristof Lixtenberq)
• Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. (Bertold Averbax)
• Çörəyi bölüşmək onu yeməkdən daha ləzzətlidir. (Naməlum)
• Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o hər an nifrətə çevrilə bilər. (Henri Toro)
• Çox vaxt qorxu, yalan danışmasını öyrədər. (Alfred De Viqni)
• Çox gözəl olsa da eybi gizlətmək Dost dostun eybini örtməsin gərək. (Nizami Gəncəvi)
• Çalışan insanların nankor olduğunu heç görmədim. (İohann Volfqanq Göte)
• Çox soruşursansa, pis xəbər almısan deməkdir. (İohann Volfqanq Göte)
• Çox təəssüf ki, biri təcrübə qazandıqca gəncliyini itirir. (Vinsent van Qoq)
• Çöx böyük çətinliklərlə qarşılaşsan da, pessimizmə qapılma, sonda hər şey yaxşı olacaq. Həm də əvvəldə heç kim tam istədiyini edə bilməz. (Vinsent van Qoq)
• Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. (Frensis Bekon)
• Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. (Rövşən Abdullaoğlu)
• Çətinliyə dözmək üçün min metod axtarmaqdansa, nəyə görə dözəcəyinə bir səbəb tapmaq daha yaxşıdır. (Rövşən Abdullaoğlu)
• Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. (Əbu Turxan)
• Çılpaq fikir darıxdırıcı, çılpaq duyğu utandırıcıdır. (Əbu Turxan)
• Çiy fikir söyləmək çılpaq gəzmək kimi bir şeydir. (Əbu Turxan)
• Çox vaxt məşhur adamların özünə yox, şöhrətinə pərəstiş edirlər. (Əbu Turxan)
• Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)
• Çoxu azın səviyyəsinə yüksəltmək, azı çoxun səviyyəsinə salmaqdan qat-qat çətindir. (Əbu Turxan)
• Çox vaxt qadınlar ağılın yoxluğundan yox, çoxluğundan ağılsızlıq edirlər. (Əbu Turxan)
• Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. (Əbu Turxan)
• Çətin olan hər iki dünyada bəxtəvər olmaqdır. (Əbu Turxan)
• Çayın həyatı onun axmasındadır. Dənizə çatmaq sanki bu həyata son qoyur, amma əslində onun həyatı öz mənasını bu vüsal məqamında tapır. Dua: Qoy sənin vüsalın çayın dənizə qovuşması kimi davamlı olsun! (Əbu Turxan)
• Çirkoy paltarda çirk bilinməz. (Əbu Turxan)
• Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. (Vovenarq)
• Çox su verəndə ölərmiş ya çiçəklər, birini də çox sevəndə buraxıb gedirmiş məgər.. (Camal Sürəya)
• Çıxmağıma kömək edin. Enəndə, necə olsa da, yalnız qalacam. (Edam kürsüsünə çıxarkən cəllada dediyi son sözü) (Tomas Mor)
• Çox bilənin dərdi də çox olar. (Doris Lessinq)
• Çox tənha adam üçün səs-küy də təsəllidir (Fridrix Nitsşe)
• Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma! (Yılmaz Ərdoğan)
• Çıxan can geri dönməz (Dədə Qorqud)
• Çiçəyi elə gözəl, elə incə edən onun torpaqdan çıxanda çəkdiyi əzabdır. (Könül Bünyadzadə)
• Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. (Nikola Şamfor)