"Şəxsiyyət" haqqında aforizmlər

"Şəxsiyyət" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Şəxsiyyət" haqqında aforizmlər

  • • Adamın iç üzü adam içinə çıxanda məlum olur. (Əbu Turxan)
  • • Adamları öyrətmək onları öyrənməkdən asandır. (Fransua de Laroşfuko)
  • • Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. (Anatol Frans)
  • • Başqaları üçün qaydalar, özümüz üçün istisnalar yaradırıq. (Şarl Lemel)
  • • Başqalarını tanıdıqca insan özünü də tanıyır. (Əbu Turxan)
  • • Başqasının çaldığına oynamaq özü çalıb özü oynamaqdan daha asandır. (Əbu Turxan)
  • • Başqasının xarakterini təsvir edərkən insanın xarakteri daha yaxşı üzə çıxır. (Jan Pol)
  • • Buyurmaqdan öncə itaət etməyi öyrən. (Solon)
  • • Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. (Frensis Bekon)
  • • Çoxu azın səviyyəsinə yüksəltmək, azı çoxun səviyyəsinə salmaqdan qat-qat çətindir. (Əbu Turxan)
  • • Ən çətini özünü dərk etmək, ən asanı isə – başqalarına məsləhət verməkdir. (Fales)
  • • Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir. (Konfutsi)
  • • Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. (Lev Tolstoy)
  • • Həqiqi tərbiyə qaydalardan daha çox məşqlərdən ibarətdir. (Jan Jak Russo)
  • • İnsan öz yaxın ətrafından, digər insanlardan hətta zəhləsi də getsə, onlarsız yaşaya bilməz. (İmmanuel Kant)
  • • İnsanlar öyrədərək öyrənirlər. (Kiçik Seneka)
  • • İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol. (Konfutsi)
  • • Kənardan qəbul etdirilən bir əhval uzunömürlü ola bilməz. Əsas olan real həyatın insana təlqin etdiyi əhvaldır. (Əbu Turxan)
  • • Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
  • • Məsləhətin nəticəsi üçün məsuliyyət nəzərdə tutulsa idi, məsləhətçi tapmaq çətin olardı. (Əbu Turxan)
  • • Öz təcrübəmizdən dərs götürmürüksə, yaxşı məsləhətlərdən nə fayda? (Vovenarq)
  • • Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. (Bencamin Franklin)
  • • Özümüz haqqında ideallarımıza görə, başqaları haqqında - əməllərinə görə fikir yürüdürük. (Qarold Nikolson)
  • • Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. (Fransua de Laroşfuko)
  • • Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. (Y.Komenski)
  • • Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir. (Kiçik Seneka)
  • • Qardaşın qanını alma qardaşdan
    Tamam ayrışeydir çünki südlə qan. (Nizami Gəncəvi)
  • • Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir. (Kiçik Seneka)
  • • Qocaların məsləhətləri qış günəşi kimidir: işıqlandırır, amma isitmir. (Vovenarq)
  • • Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edər. (Horatsi)
  • • Səhvi düzəltməmək ən böyük səhvdir. (Konfutsi)
  • • Tərbiyəçi qarşısındakını öyrətməzdən əvvəl onu öyrənməlidir. (Əbu Turxan)
  • • Tərbiyəçinin özü də tərbiyəli olmalıdır. (Karl Marks)
  • • Uşağın sevmədiyi adamın uşağı cəzalandırmağa haqqı yoxdur. (Con Lokk)
  • • Uşaqlara öyüd-nəsihət yox, nümunələr lazımdır. (Jozef Juber)
  • • Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. (Əbu Turxan)
Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023