Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Söz" haqqında aforizmlər
• Ağıl əmr edəni dil bəyan edər. (Xaqani)
• Ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir. (Kristian Bouvi)
• Arif ol, söhbəti müxtəsər eylə, Uzun danışandan qaç, həzər eylə. Yüz əyri ox atsan olmaz dəyəri, Bir ox at hədəfdən getməsin əyri. (Sədi Şirazi)
• Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır. (Napoleon Bonapart)
• Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil. (Cəlaləddin Rumi)
• Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit. (Cübran)
• Bəzən sükut – güclü haraydan daha təsirlidir. (Mark Tulli Siseron)
• Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. (Şarl Lui Monteskyö)
• Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən de susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)
• Biz danışırıq, eyni vaxtda dinləyirik. Biz dinləyirik, amma bu susmaq üçün deyil. (Mahatma Qandi)
• Böyük fəlsəfələr ancaq böyük dillərin çanağında yoğrulub yapıla bilər. (Əbu Turxan)
• Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. (Məmməd Səid Ordubadi)
• Çox danışana ancaq lal həsəd aparır. (Cübran)
• Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana. (Qabriel Qarsia Markes)
• Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. (İohann Volfqanq Göte)
• Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir. (Cəlaləddin Rumi)
• Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)
• Deməyə sözü olmayan hamıdan çox danışar. (Lev Tolstoy)
• Deyilişin bənzərliyi fikrin də bənzərliyinə dəlalət etmir. (Əbu Turxan)
• Dil – insanlar arasında, elm – insanla təbiət arasında ünsiyyət vasitəsidir. (Əbu Turxan)
• Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz. (Əbu Turxan)
• Dil heç nədən utanmayanda, hamı utanmış olur. (Jan Jak Russo)
• İçimizdə söz dalğası qalxanda da, dərinliklərimiz sükut içində olur. (Cübran)
• İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür. (Cəlaləddin Rumi)
• İnci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənası olmaz, Çox sözün kərpic tək qiyməti olmaz. (Nizami Gəncəvi)
• İnsan vardır ki söylədiyi sözlərlə böyüyər, söz vardır ki, söyləyən insan üzündən böyük görünər. (Naməlum)
• İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir. (Lev Tolstoy)
• Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir. (Konfutsi)
• Müəyyən mənanı ifadə etmək üçün dəvət olunan hər bir söz özü ilə neçə-neçə dəvət olunmamış qonaqlar gətirir. (Əbu Turxan)
• Müxtəlif dilləri ortaq məxrəcə gətirən məntiqdir. (Əbu Turxan)
• Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir. (Əbu Turxan)
• Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. (Cəlaləddin Rumi)
• Oxuduğum türkülərin kölgəsidir övladım; Mənə məxsus vərəqlər var hər kitabda, hər dildə. (Mikayıl Müşfiq)
• Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır. (İohann Volfqanq Göte)
• Qəlb nə ilə doluysa, dodaqlardan süzülüb gələn də odur. (İohann Volfqanq Göte)
• Şairin sözü insan qüvvəsinin sərkərdəsidir. (Səməd Vurğun)
• Şöhrətpərəst adamlardan diplomat çıxmaz: onlar susmağı bacarmırlar. (Vovenarq)
• Söz gözəl olursa-olsun nə qədər, Pis əda o sözü tamam məhv edər. (Nizami Gəncəvi)
• Söz gücsüz olduğu yerdə musiqi başlayır. (Vaqner)
• Söz sədəfdir, fikir – mirvari. (Əbu Turxan)
• Sözlər fikirlərimizin qiyafətləridir. (El hikməti)
• Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. (Aleksandr Pop)
• Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. (Frensis Bekon)
• Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar. (Əbu Turxan)
• Sözün də su kimi lətafəti var Hər sözü az desən daha xoş olar Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da. (Nizami Gəncəvi)
• Sözün formasına aludə olanda məna kölgədə qalır. (Əbu Turxan)
• Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə. (Nizami Gəncəvi)
• Sözün şeriyyəti fikrin şeriyyətinə xidmət etməlidir. (Əbu Turxan)
• Sus, ya da susmaqdan da qiymətli söz söylə! (Lev Tolstoy)
• Susmağın ağlından xəbər verməsə də, axmaq olmadığından xəbər verir. (Pyer Büast)
• Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır. (Viktor Hüqo)
• Susmaq dözülməsi çox ağır olan bir cavabdır. (Çesterton)
• Tək özün danışsan həmişə haqlı olacaqsan. (Onore de Balzak)
• Təzə bir söz demək artıq deyilmiş sözləri bir-biri ilə uzlaşdırmaqdan daha asandır. (Vovenarq)
• Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki, sənə qulaq assınlar. (Pol Klodel)
• Ürək hisslərlə dolu olanda söhbət də maraqlı olur. (Vovenarq)
• Uşaqlarına susmağı öyrət, danışmağı onlar özü də öyrənə bilər. (Bencamin Franklin)
• Xəlqə ağzın sirrini hərdəm qılır izhar-i söz Bu nə sirdir ki olur hər ləhzə yoxdan var söz. (Füzuli)
• Yaxşı yorumçu bəzən müəllifin demək istədiklərindən daha dərin mənalar üzə çıxara bilir. (Əbu Turxan)
• Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir. (Sokrat)
• Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır. (Sədi Şirazi)