"Valideyn-övlad" haqqında aforizmlər

"Valideyn-övlad" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Valideyn-övlad" haqqında aforizmlər

  • • Ana, ata yaxşı tərbiyə almışlarsa, uşaqlar da tərbiyəli olar. (İohann Volfqanq Göte)
  • • Ata olmaq asandır, atalıq etmək çətin. (V. Bush)
  • • Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. (Demokrit)
  • • Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur. (P. Burje.)
  • • Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin. (İbn Sina)
  • • Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. (Lüdviq van Bethoven)
  • • Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər. (Növzər)
  • • Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. (Mirzə Ələkbər Sabir)
  • • Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin. (İohann Volfqanq Göte)
  • • Kim ana qəlbinin telini qırar
    Tanrının qəzəbi belini qırar.
    Sənin arsızlığın-xəyanət ona,
    Vüqarın, təmkinin dəyanət ona. (M. Bahar)
  • • Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. (Demokrit)
  • • Təbiətin ən böyük möcüzəsi anadır. (İohann Volfqanq Göte)
  • • Yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. (İohann Volfqanq Göte)
Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023