"Vətən" haqqında aforizmlər

"Vətən" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Vətən" haqqında aforizmlər

  • • Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
    Düşün altında minlərcə kəfənsiz yatanı.
    Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
    Vermə, dünyaları alsan da, bu cənnət vətəni. (Mehmet Akif Ərsoy)
  • • Bir yoxsul qürbətdə şah olsa əgər
    Hər axşam o vətən deyib ah çəkər. (Əssar Təbrizi)
  • • Döyüş meydanında can versə insan
    Xoşdur, namərdliklə qoyub qaçmaqdan. (Sədi Şirazi)
  • • Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir. (Əbülhəsən Bəhmənyar)
  • • Əsrlər itirdik illər içində,
    Qanqallar bitirdik güllər içində,
    Çaqqallar dolaşır ellər içində,
    Aslanlar, pələnglər daş qəfəsdədir,
    Bakının dərdi var, Bakı xəstədir. (Baba Pünhan)
  • • Göz dikərək yad ellərin şəfa verməz ocağına;
    Böylə qərib bir parçacıq, kəfənsizmi öləcəyəm? (Almas İldırım)
  • • Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır. (Sədi Şirazi)
  • • Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
    Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
    Canı, cananı, bütün varımı alsın bu xuda,
    Etməsin tək vətənimdən məni dünyada cüda. (Mehmet Akif Ərsoy)
  • • Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım.
    Hansı çılğın mənə zəncir vuracaqmış, şaşarım!
    Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşarım.
    Yırtaram dağları, ənginlərə sığmam, daşarım. (Mehmet Akif Ərsoy)
  • • Milli qüsurlara görə millətə nifrət edən alçaqdır. (Yusif Vəzir Çəmənzəminli)
  • • Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. (Şah İsmayıl Xətai)
  • • Ne qədər ki, xalq şairi xalqa yaddır,
    Ne qədər ki, rütbəlilər mütləq dahi iste'daddır,
    Ne qədər ki, yallananlar harda aşdır, orda başdır.
    Ne qədər ki, ərkən duran, axşamacan getmən vuran
    Anaların döşü südsüz, gözü yaşdır,
    Davam edir otuz yeddi... (Xəlil Rza Ulutürk)
  • • O yerdə ki quşlar oxur, söylənilən türkülər; Andırır ki, o torpağın zəngin təbiəti var. (Naməlum)
  • • Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
    Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
    O mənim millətimin ulduzudur, parlayacaq;
    O mənimdir, o mənim millətimindir ancaq. (Mehmet Akif Ərsoy)
  • • Ruhumun səndən, ilahi, budur ancaq diləyi:
    Dəyməsin məbədimin köksünə naməhrəm əli.
    Bu azanlar ki, şəhadətləri dinin təməli,
    Əbədi yurdumun üstündə mənim inləməli. (Mehmet Akif Ərsoy)
  • • Şair anam Azərbaycan, sən vüqarımsan;
    Nəğməmsən, şerimsən, şeriyyətimsən;
    Sən mənim dünənki yaralarımsan;
    Sən mənim bugünkü səadətimsən! (Əliağa Kürçaylı)
  • • Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. (Səməd Vurğun)
  • • Vətən mənə oğul desə nə dərdim,
    Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
  • • Vətəndaş olmasa boş şeydir Vətən!
    Beş günlük, on günlük güney qarıdır.
    Vətən məfhumunun özəyindəki
    Vətənin vüqarlı oğullarıdır! (Xəlil Rza Ulutürk)
  • • Vətənim verdi mənə nanü-nəmək
    Vətəni məncə unutmaq nə demək. (Abbas Səhhət)
  • • Vətənin sevməyən insan olmaz, olsa, o şəxsdə vicdan olmaz. (Abbas Səhhət)
  • • Vətənin sevməyən insan olmaz
    Olsa, o şəxsdə vicdan olmaz. (Abbas Səhhət)
  • • Vətənpərvərlik haqqında danışırlar, hər halda nə isə oğurlayıblar (Mixail Sаltıkоv-Şеdrin)
Dostlarınla Paylaş

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024