"Azadlıq" haqqında aforizmlər

"Azadlıq" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Azadlıq" haqqında aforizmlər

  • • Ancaq azadlığın bir qismindən könüllü imtina edənlər azad ola bilərlər. (Əbu Turxan)
  • • Ancaq hansı isə bir ideya işığında nizamlananda, bu həyatdan baş çıxarmaq və azad yaşamaq mümkün olur. Əks təqdirdə insanı qaranlıqda vurnuxmaq aqibəti gözləyir. (Əbu Turxan)
  • • Artıq yükdən azad olmadan yüksəlmək mümkün deyil. (Əbu Turxan)
  • • Arzularına sərhəd qoymayan insan azad ola bilməz. (Epiktet)
  • • Azad olmaq – özün kimi olmaq deməkdir. (Jan Pol Sartr)
  • • Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar. (Əbülfəz Elçibəy)
  • • Azadlığa təzyiq göstərməklə ona meyli daha da gücləndirmiş oluruq. (Lev Tolstoy)
  • • Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
    İstəyirəm SƏMA kimi!
    GÜNƏŞ kimi!
    CAHAN kimi! (Xəlil Rza Ulutürk)
  • • Azadlığın ən böyük düşməni beyindən çıxmayan fikirdir, çünki o, insana daxildən hakim olur. (Əbu Turxan)
  • • Azadlıq dərk olunmuş zərurətdir. (Benedikt Spinoza)
  • • Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (Abbasqulu ağa Bakıxanov)
  • • Azadlıq sevgilimiz kimidir; bir dəfə aldatdınmı, bir də çətin dönər ... (Nazim Hikmət)
  • • Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. (Heydər Əliyev)
  • • Bəzən insan özünün qoyduğu qaydaların da quluna çevrilir. (Əbu Turxan)
  • • Birinin tam azad olması üçün hamının kölə olması lazım gəlir. (Əbu Turxan)
  • • Bu dünyada yalnız dünyanın bir hissəsindən imtina etməklə yaşamaq mümkündür. (Alber Kamyu)
  • • Dünyada insan düşüncəsi qədər azad olan ikinci bir şey yoxdur. (Devid Yum)
  • • Dünyanın içində ola-ola dünyadan azad olmaq ən böyük məharətdir. (Məhəmməd İqbal)
  • • Düzdür, yerindədir əlim-ayağım,
    Vardır bədənimdə canım da hətta,
    Ancaq bir iş var ki, yox azadlığım,
    Ağrıdır yaşamaq əsarət altda. (Cəlil Məmmədquluzadə)
  • • Ən çətin əldə olunan azadlıq insanın öz keçmişindən azad olmasıdır. (Əbu Turxan)
  • • Fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz. (Volter)
  • • Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. (Mirzə Fətəli Axundov)
  • • Hamı azad olanda heç kim azad olmur. (Əbu Turxan)
  • • Həddini özü məhdudlaşdıranın imkanı böyük olar. (Əbu Turxan)
  • • Həqiqi azad adam həmişə ölməyə hazır olan adamdır. (Sinoplu Diogen)
  • • Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. (Əli bəy Hüseynzadə)
  • • İddialı adam azad ola bilməz, çünki o, öz iddialarının əsiridir. (Əbu Turxan)
  • • İddiası böyük olanların nəyə nail olacaqları hələ bəlli deyil, amma bəri başdan azadlıqlarını iddialarına qurban verirlər. (Əbu Turxan)
  • • İki azad adam bir yerdə azad ola bilməz. (Əbu Turxan)
  • • İnsan dünya ilə tərəf-müqabil ola bilmək üçün öncə bu dünyanın təsirlərindən azad olmalıdır. (Əbu Turxan)
  • • İnsan həmişə yeniliyə can atır. Lakin yeniliyə qarşı ənənəçilikdən doğan daxili müqavimət hissi də olur. Müqavimət həddindən artıq olanda – durğunluq, zəif olanda – özbaşınalıq yaranır. (Əbu Turxan)
  • • İnsan öz istəkləri ilə buxovlanır, bilikləri ilə azad olur. (Əbu Turxan)
  • • İnsanın simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir. (Əbu Turxan)
  • • İnsanlıq olan yerdə hürriyyət olur. (Mirzə Ələkbər Sabir)
  • • İstəkləri məhdudlaşdırmağın ən böyük bəhrəsi azadlıqdır. (Epikür)
  • • Məhrumiyyətlərsiz qələbə yoxdur. (Əbu Turxan)
  • • Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. (Heydər Əliyev)
  • • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. (Əbu Turxan)
  • • Özünü tapa bilmək üçün əvvəlcə kənar təsirlərdən azad olmaq lazımdır. (Əbu Turxan)
  • • Ruhu azad olanlar əbədiyyətin bir parçalarıdır. (Əbu Turxan)
  • • Vərdişləriniz nə qədər çox olsa, azadlığınız da bir o qədər az olar. (İmmanuel Kant)
  • • Verilmiş azadlıq dərəcəsindən yetərincə faydalana bilməyəndə məcburiyyət ortaya çıxır. (Əbu Turxan)
  • • Xarakter insanın azadlığı üçün təbii qəfəsdir; hər bir insan ancaq bu qəfəs çərçivəsində yaşaya bilər. (Əbu Turxan)
  • • Zərurət alt qatda incə quruluşla yazılanların üst qatdakı həyata daxildən müdaxiləsidir. (Əbu Turxan)
  • • Zərurət bizi seçim etmək çətinliyindən azad edir. (Vovenarq)
Dostlarınla Paylaş

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024