"Zəka" haqqında aforizmlər

"Zəka" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Zəka" haqqında aforizmlər

  • • Ağıl alovlanmağa başlayanda könül olur. (Məhəmməd İqbal)
  • • Ağıl artdıqca instinkt zəifləyir. (Əbu Turxan)
  • • Ağıl başda olanda bədən də özünü ağıllı aparır. (Əbu Turxan)
  • • Ağıl çatışmayan yerdə heç nə çatışmır. (Corc Sevil Qalifaks)
  • • Ağıl dişi hamıda çıxır, amma ağıl gözü hamıda açılmır. (Əbu Turxan)
  • • Ağıl gücə çevrilər, güc ağıla çevrilə bilməz. (Əbu Turxan)
  • • Ağıl iki cürdür: biri sonradan qazanılan ağıl, biri isə fitrətdən gələn ağıl. (Əbu Turxan)
  • • Ağıl olan yerdə zora ehtiyac yoxdur. (Heydər Əliyev)
  • • Ağıl zorun qarşısını kəsmək üçün yox, onun bilmədiyi yolla getmək üçündür. (Əbu Turxan)
  • • Ağıla nə işlə məşğul olacağını
    könül öyrədir. Könül kamilləşməsə,
    ağıl şər işlərlə məşğul olar. (Oqtay Sinanoğlu)
  • • Ağıllı adam öz ağlından, daha ağıllı adam isə başqalarının ağlından yararlanırlar. (Corc Bernard Şou)
  • • Ağlı olanın yolu güclü olanın yolu ilə kəsişmir, çünki o həmişə fərqli yollar seçə bilir. (Əbu Turxan)
  • • Bəd fikir hələ hissə çevrilməmiş və bədənə hakim kəsilməmiş, hələ fikir halında qarşısı alınmalıdır. (Əbu Turxan)
  • • Çılpaq fikir darıxdırıcı, çılpaq duyğu utandırıcıdır. (Əbu Turxan)
  • • Cismani həyatın dalğalarında feyz alan fikir dəryasına baş vurunca qərq olar. (Əbu Turxan)
  • • Çiy fikir söyləmək çılpaq gəzmək kimi bir şeydir. (Əbu Turxan)
  • • Düşüncə təzadları ilə bütündür. (Cəmil Meriç)
  • • Düşüncəni parlaq və cazibədar formaya salmaq onu kiçildir. (Cəmil Meriç)
  • • Duyğu əqlin, əql ruhun əsiridir. Ruh əqlin əlini açınca, əvvəl sənə hakim olan duyğu sənin tabeçiliyinə keçər. (Cəlaləddin Rumi)
  • • Ehtirasın hakimiyyəti zəiflədikcə, əqlin meydanı genişlənir. (Əbu Turxan)
  • • Əqli dərk hissi dərkdən daha güclüdür, çünki hisslər şeylərin ancaq xarici ölçülərini, əql isə həm xarici, həm də daxili ölçülərini əks etdirir. (Ş.Y. Sührəvərdi)
  • • Fikir nə qədər sadə olsa, o qədər yaxşıdır, artıq bəzək-düzək onu ağırlaşdırır. (Əbu Turxan)
  • • Fikir üçün libas auditoriyaya uyğun seçilməlidir. (Tur Xander)
  • • Fikir ümmün kimidir; bir fikrin sahilinə çatmamış, başqa bir fikrin dalğasında yeni səyahət başlanır. (Əbu Turxan)
  • • Fikirlər də bəzən meyvə kimi ağacdan yetişməmiş tökülür. (Vitqenşteyn)
  • • Fikirlərə hakim olan mala-mülkə də hakimdir, çünki hamını o idarə edir. (Əbu Turxan)
  • • Gün işığı yarasanın gözünü qamaşdırdığı kimi, açıq-aşkar həqiqətlər də ağılı pərdələyir. (Aristotel)
  • • Hiss – aşkarlanmamış fikirdir.
    Fikir sıxlaşaraq forma almış hissdir. (Əbu Turxan)
  • • Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir. (Cübran)
  • • İnsanın başı qatışıq bir aləmdir. Hansı hissənin işıqlanması işığın hansı tərəfdən düşməsindən asılıdır. (Əbu Turxan)
  • • Nə haqda fikirləşməkdə diqqətli olun; bu günün düşüncələri şüuraltına keçir və sabahkı həyata yön verir. (Əbu Turxan)
  • • Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?! (Mühəmməd peyğəmbər (SƏS))
  • • Qəlblərə hakim olanın mala-mülkə zatən ehtiyacı yoxdur. (Əbu Turxan)
  • • Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək. (Əmin ər-Reyhani)
  • • Uşaqlarınıza ən dəyərli töhfəniz ağıldır, qalanını özləri də əldə eləyə bilərlər. (İmmanuel Kant)
  • • Vaxtından əvvəl ağacdan qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. (Cəlaləddin Rumi)
  • • Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir. (Rene Dekart)
  • • Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. (Frensis Bekon)
Dostlarınla Paylaş

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024