Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Cəmiyyət" haqqında aforizmlər
• Ağac bar verəndə başını aşağı əyər. Amma hələ bar verənə qədər boy atmasına imkan vermək lazımdır. (Əbu Turxan)
• Allah gözəldir, yaratdıqları gözəldir, nəticədə də həyat gözəldir. Yaxşı, bəs çətinlik hesab etdiyimiz işlər nədir? Bütün çətinliklər həqiqətdə insanın özünə aiddir. (Rövşən Abdullaoğlu)
• Bəşər dünyasının piramidası tərsinə dayanmışdır: azlıq çoxluğun çiynində deyil, çoxluq azlığın çiynində gedir. (Əbu Turxan)
• Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. (Tur Xander)
• Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz. (Əbu Turxan)
• Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur. (Tur Xander)
• Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı. (Tur Xander)
• Eşşək başına yaraşmayır qızıl tac, Eşşək üçün yaranmışdır palan, noxta və ağac. Bir eşşəyin noxtası gər ola mirvarıdan, Baxan deyər nə rəzildir bu heyvan. (Xaqani)
• Fərdi mahiyyət ailə məhəbbətində, ictimai mahiyyət vətən sevgisində üzə çıxır. (Əbu Turxan)
• Hətta sübutsuz dedi-qodu da özündən sonra dərin izlər buraxır. (Aleksandr Puşkin)
• İctimai həyatda üzə çıxan ancaq zahiri mədəniyyətdir. (Əbu Turxan)
• İctimai ovqat yaxşı olmayan yerdə fərdlərin ovqatı ancaq süni vasitələrlə yüksələ bilər. (Əbu Turxan)
• İntiqam hissi ilə yaşayanların yaraları həmişə təzədir. (Bencamin Franklin)