"Dil" haqqında aforizmlər

"Dil" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Dil" haqqında aforizmlər

  • • Birinə elə bir söz söylə ki, ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma. (Şəms Təbrizi)
  • • Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz dövrünün dilində. (Əbu Turxan)
  • • Danış ki, səni görüm. (Sokrat)
  • • Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. (Əbu Turxan)
  • • Dil insanı dəyərləndirmək üçün vasitədir. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. (Əbu Turxan)
  • • Dil mədəniyyətlə birgə boy atır. (А.N.Tolstoy)
  • • Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. (Əbu Turxan)
  • • Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. (Əbu Turxan)
  • • Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. (Humboldt)
  • • Hansı dildə deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. (Əbu Turxan)
  • • Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. (Heydər Əliyev)
  • • Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. (Heydər Əliyev)
  • • İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. (Əbu Turxan)
  • • Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. (İohann Volfqanq Göte)
  • • Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir. (Əbu Turxan)
  • • Öz ana dilini bilməyənlər şikəst adamlardır! (Heydər Əliyev)
  • • Poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir. (Əbu Turxan)
  • • Şifahi nitq dönməzdir, – bu onun qismətidir. (Rolan Bart)
  • • Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar. (Volter)
Dostlarınla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023