"Din" haqqında aforizmlər

"Din" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Din" haqqında aforizmlər

  • • Adam var ki, inanmaq istəyir, amma inana bilmir. Adam da var ki, inanmaq istəməsə də inanır. (Əbu Turxan)
  • • Ağ lövhə təkcə Allah-a məxsusdur;
    biz hamımız yazılmışların üzərində yazırıq. (Əbu Turxan)
  • • Ağlanacaq bir hal idi
    Özümüzdə görürdük,
    Dilimizin, dinimizin
    Getməsinə gülürdük. (Hüseyn Cavid)
  • • Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır. (Əbu Turxan)
  • • Allah sözünü yaratdıqlarının təbii ahəngi və bir də istəkli bəndələrinin dili ilə deyir. (Əbu Turxan)
  • • Allah təkcə nizamlı dünyada deyil, xaosda, qaranlığın dərinliklərində də təzahür edir. (Əbu Turxan)
  • • Allahdan qorxmayan bu dünyanın heybətlərindən qorxmağa məhkumdur. (Əbu Turxan)
  • • Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir. (Əbu Turxan)
  • • Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir. (Frensis Bekon)
  • • Bəşəriyyət – əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. (Cübran)
  • • Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik. (Əbu Turxan)
  • • Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir. (Rabindranat Taqor)
  • • Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır. (Əbu Turxan)
  • • Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür. (Əbu Turxan)
  • • Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. (Əbu Turxan)
  • • Dinə və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. (A.İ.Gertsen)
  • • Dinin fəlsəfədən bir fərqi də odur ki, burada ideya iradə ilə vəhdətdədir. Bu baxımdan din ideologiya iləeyni tərtibli hadisədir. (Əbu Turxan)
  • • Dinsiz elm kor, elmsiz din də topaldır. (Albert Eynşteyn)
  • • Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir. (İmmanuel Kant)
  • • Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. (Əbu Turxan)
  • • Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. (Əbu Turxan)
  • • Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir. (Əbu Turxan)
  • • Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda onun həddi-hüdudu olmaya bilər. (Əbu Turxan)
  • • Eşq və din aşağı səviyyədə əks qütblər olsa da, ən yüksək məqamda hər ikisinin eyni bir mahiyyəti ifadə etdiyi ortaya çıxır. (Əbu Turxan)
  • • Fəlsəfə seçilmişlər, din isə hamı üçündür. (Əbu Turxan)
  • • Fəlsəfənin gücü – fikrin dərinliyində,
    dinin gücü – fikrin sadəliyindədir. (Əbu Turxan)
  • • Fəlsəfi həqiqətlər səmanın ənginliyindədir; ona ancaq fikrin qanadlarında çatmaq olar. Dini həqiqətlər isə qəlbin dərinliyindədir. Onlara çatmaq üçün özünə dalmaq, təlqin tələb olunur. (Əbu Turxan)
  • • Gözəlliyin kamil olması üçün daha ali bir element – ruhani element gərəkdir. (Emerson)
  • • Gözlərə görmə qabiliyyəti
    könüldən, könülə isə ilahidən verilir. (Sanskrit aforizmi)
  • • Günahı ancaq savabla yumaq olar. (Əbu Turxan)
  • • Həqiqi din əslində çox vaxt insani keyfiyyət kimi təzahür edir. (Əbu Turxan)
  • • Hər bir nurun daxilində özündən ali nura eşq var. (Ş.Y. Sührəvərdi)
  • • Hər cür inamın mahiyyəti onun həyata elə məna verə bilməsindədir ki, o ölümdən yüksəyə qalxır. (Lev Tolstoy)
  • • Hər şey ruhani sevinclə doludur və ara-sıra onu şüalandırır. (Uitmen)
  • • Hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir. (Henri Biqer)
  • • İctimai hadisəyə çevrilmiş din artıq din deyil. (Əbu Turxan)
  • • İdrak və inamın hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər. (Əbu Turxan)
  • • İman – ürəklərdəki oazisdir ki, ora təfəkkürün karvanı heç vaxt çata bilməz. (Cübran)
  • • İman qarşısında zəkann bütün nailiyyətləri solur (Avreli Avqustin)
  • • İnam dünyanı müqəddəsləşdirir.
    Sədaqət ona qovuşdurur. (Teyar de Şarden)
  • • İnam yerlə göy arasında körpüdür. (İohann Volfqanq Göte)
  • • İnsan cismani aləmdəki şeyləri, hadisələri mənimsəyərkən onları şərəfləndirmiş olur. (Əbu Turxan)
  • • İnsan ömrü boyu tamamlanmağa, bütövləşməyə, Vahidə can atır. (Əbu Turxan)
  • • İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Allah da ona yardım edir. (İohann Volfqanq Göte)
  • • İnsanın məqsədi Allaha çatmaq yox, O-na səcdə etmək olmalıdır. (Əbu Turxan)
  • • İnsanın qəlbini göstərməz paltar,
    Yazan özü bilər kağızda nə var. (Sədi Şirazi)
  • • Kainat Allahın fikridir. (Fridrix Şiller)
  • • Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir. (Plotin)
  • • Kimin inamı zəifdirsə, o başqalarını da inandıra bilməz. (Lao-tszı)
  • • Mən həmişə Mühəmmədin dinin onun möhtəşəm canlılığı üçün yüksək qiymətləndirmişəm. Bu mənim üçün yeganə dindir ki varlığın dəyişən hər mərhələsinə uyğunlaşma qabiliyyətinə malikdir ... mən onu tədqiq etmişəm - gözəl insan, nəinki Anti-Məsih olmasından uzaq, hətta mənim fikrimcə, o insanlığın xilaskarı adlanırılmalıdır. (Corc Bernard Şou)
  • • Məni bir mən bilərəm, bir də Yaradan.
    Mənə bir mən lazımam, bir də Anlayan... (Cəlaləddin Rumi)
  • • Məni məndə demə, məndə deyiləm,
    Bir mən vardır məndə, məndən içəri. (Yunus Əmrə)
  • • Mənim biliklərim bədbin, inamım – nikbindir. (A.Şveyser)
  • • Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar. (Əbu Turxan)
  • • Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər. (Əbu Turxan)
  • • Nisbi müqəddəslik duyğuları olmadan mütləq müqəddəslik duyula bilməz. (Əbu Turxan)
  • • Ölçülməzi ölçə bilməz ölçülər. (Zəlimxan Yaqub)
  • • Özünə güvənməyən adama güvənmək olmaz. (Əbu Turxan)
  • • Quran heç bir şeyə bənzəməz. Onun içində elə kəlmə və məfhumlar vardır ki, türk dilində qarşılığı yoxdur. Elə ayətlər vardır ki, müxtəlif mənalara gəlir. Bu baxımdan Quranın əslini türk dilinə tərcümə etmək çox çətin bir işdir. (Mehmet Akif Ərsoy)
  • • Ruh dünyasının dərinliklərinə
    ancaq dini hissin köməyi ilə girmək mümkün olur. (Əbu Turxan)
  • • Sevgi hissindən məhrum olan adam dindar ola bilməz. (Əbu Turxan)
  • • Varlıqda varlığı yaradanın varlığı var. (Mənsur Həllac)
  • • Xalis, hüdudsuz zəka elə ilahiyyatın özüdür. (Georq Vilhelm Fridrix Hegel)
  • • Xarici aləm əqllə, daxili aləm imanla işıqlanır. (Əbu Turxan)
  • • Yaradana inanmağın ən mühüm şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan tərəfindən yaradıldığına inanmasıdır. (Əbu Turxan)
  • • Yeri yaradanın öz yeri olmaz. (Nizami Gəncəvi)
  • • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. (Əbu Turxan)
  • • Zirvədə – vəhy məqamında din elmlə birləşir. (Əbu Turxan)
Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023