"Dövlət" haqqında aforizmlər

"Dövlət" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Dövlət" haqqında aforizmlər

  • • Adətlərə arxalanmayan qanunlar zəif olur. (Mark Tulli Siseron)
  • • Bəşəri məhəbbətdən kənarda vətən sevgisi yoxdur. (Anatol Frans)
  • • Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər. (Cəmil Meriç)
  • • Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. (Aliya İzzetbeqoviç)
  • • Böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar. (Əbu Turxan)
  • • Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz. (Heydər Əliyev)
  • • Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə bilər. (Əbu Turxan)
  • • Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. (Hüseyn Cavid)
  • • Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünüqoruma instinkti var. (Tur Xander)
  • • Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. (Heydər Əliyev)
  • • Deyirlər siyasət ikinci qədim peşədir.
    Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən
    o, çox şeylər əxz eləyib. (Reyqan)
  • • Dövlət adamının ürəyi başında olmalıdır. (Napoleon Bonapart)
  • • Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. (Heydər Əliyev)
  • • Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. (Tur Xander)
  • • Dövlət Vətəni təcəssüm etdirəndə vətəndaşla Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır. (Əbu Turxan)
  • • Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. (Heydər Əliyev)
  • • Dövlətlər ancaq yaxşı ilə yamanı bir-birindən seçə bilməyəndə məhv olur. (Antisfen)
  • • Dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar. (Platon)
  • • Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. (Jan Jak Russo)
  • • Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. (Heydər Əliyev)
  • • Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır. (Mustafa Kamal Atatürk)
  • • Hər xalq öz aqibətinə layiqdir. (Şarl Lui Monteskyö)
  • • Hər xalq öz hökmdarına layiqdir. (Georq Vilhelm Fridrix Hegel)
  • • Hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan. (Sədi Şirazi)
  • • İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır. (Tur Xander)
  • • İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. (Tur Xander)
  • • İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. (Əbu Turxan)
  • • Kim müsibət günü istər ona bir yar olsun
    De ki, xoş gündə özü xalqa havadar olsun. (Sədi Şirazi)
  • • Millət yalnız ruhun emosional halından fəlsəfi özünüdərk məqamına yüksəlirkən əsl böyük millət olur. (Əbu Turxan)
  • • Milləti sevmək odur ki, onun hər üzvünün uğuruna öz uğurun kimi sevinəsən və günahı üçün öz günahın kimi xəcalət çəkəsən. (Əbu Turxan)
  • • Müharibədən fayda görənlər olmasaydı, müharibələr olmazdı. (Əbu Turxan)
  • • Müharibənin yaxşısı, sülhün də pisi yoxdur. (Bencamin Franklin)
  • • Nə qədər ki, siyasət mədəniyyətə müxalifdir, yazıçı da siyasətə müxalif olacaq. (M.A.Bulqakov)
  • • Qocalar müharibəni elan edir, ölməyə isə cavanlar gedir. (Gerbert Quver)
  • • Qövmlər layiq olduqlarışəkildə idarə olunurlar. (Mühəmməd peyğəmbər (SƏS))
  • • Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun. (Heydər Əliyev)
  • • Rüşvət bizi içimizdən yeyir. (Heydər Əliyev)
  • • Sayıqlığı itirmək silahı itirməkdən betərdir. (Əbu Turxan)
  • • Səndə vuruşmaq əzmi hələ qalırsa, deməli, düşmən vaxtından əvvəl sevinir. (Əbu Turxan)
  • • Silah cingildəyəndə qanunlar susur. (Mark Tulli Siseron)
  • • Siyasət heç vaxt poeziyanın işi ola bilməz. (İohann Volfqanq Göte)
  • • Siyasət rol oynarkən, ədəbiyyat susur. (Hüseyn Cavid)
  • • Siyasətdə meyar əxlaq və qanun deyil, qələbədir. (Sveyq)
  • • Siyasətin ancaq başı var, ondan ürək istəməyin. (Napoleon Bonapart)
  • • Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. (Heydər Əliyev)
  • • Talan və acgözlük ancaq camaata riyakarlıq ənənəsi aşılamaq sayəsində ayaq tutub yeriyə bilir. (Dürinq)
  • • Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz. (Dədə Qorqud)
  • • Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – Vətən sözündə birləşmişdir. (Mark Tulli Siseron)
  • • Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi ortaya çıxır. (Əbu Turxan)
  • • Vətən sevgisi iki səviyyədə üzə çıxır: biri kortəbii surətdə – doğmalıq hissi kimi, o biri – dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibət kimi. (Əbu Turxan)
  • • Vətən sevgisi üçün hansı ölkədə doğulmaq yox, hansı ölkənin doğma olması əsasdır. (Əbu Turxan)
  • • Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. (Tur Xander)
  • • Vətəndən məhrum olmaq yetimliyin başqa bir formasıdır. (Əbu Turxan)
  • • Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. (Heydər Əliyev)
  • • Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. (Heydər Əliyev)
  • • Xalqın içində olmaq hələ xalqla olmaq deyil. (Əbu Turxan)
  • • Xüsusi ümumidən hasil olduğu kimi, Vətənə məhəbbət də bəşəriyyətə məhəbbətdən hasil olmalıdır. (Vissarion Belinski)
  • • Ya bəşəriyyət müharibələrə, ya da müharibələr bəşəriyyətə son qoyacaqdır. (Con Kennedi)
  • • Yaxşı planlaşdırılmış sui-qəsdlər həmişə təsadüfən baş verir. (Əbu Turxan)
  • • Zəfər zəfər deyildir, yenilən düşmən yenildiyini qəbul etməsə. (M.Klaudius)
Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024