"Dünya" haqqında aforizmlər

"Dünya" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Dünya" haqqında aforizmlər

  • • Alovda nur yoxsa, nurda alov var. (Əbu Turxan)
  • • Anbar nə qədər böyük olursa-olsun, nizamsız yerdə heç nə yerləşmir. (Əbu Turxan)
  • • Bəşəriyyət eyni mənşəyə və ümumi məqsədə malikdir. (Yaspers)
  • • Bir cizgi naxışdan çıxarsa kənar,
    Başqa cizgilər də bütün pozular. (Nizami Gəncəvi)
  • • Bir fəsil başqa fəsil üçün bir fasilədir. (Əbu Turxan)
  • • Bir fitil bir atəşdən alışır.
    Amma o fitili alışdırmaqla atəşdən heç nə əskilmir. (Ş.Y. Sührəvərdi)
  • • Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. (Heydər Əliyev)
  • • Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya. (Səməd Vurğun)
  • • Boşluq varsa, o mütləq dolmalıdır. (Əbu Turxan)
  • • Böyük dünya kiçik dünyadan böyük deyil. (Əbu Turxan)
  • • Bu dünya bir qızıl kuzəyə bənzər,
    Suyu gah şirindir, gah da ki, zəhər.
    Çox da öyünmə ki, uzundur ömrün,
    Əcəl köhlənində hazırdır yəhər. (Məhsəti)
  • • Bu dünya gör-götür dünyasıdır. (El hikməti)
  • • Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. (Əbu Turxan)
  • • Bu dünya tələdir, yemi də istəklər. (Cəlaləddin Rumi)
  • • Bulud ağlamasa, çəmən gülməz. (Nizami Gəncəvi)
  • • Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir. (Əbu Turxan)
  • • Bütün gizlinlər gec-tez akarlanır. (Sokrat)
  • • Cahan ağıl, can sənin sərmayəndir,
    Yerlə göylər hamısı bəzəyindir. (Şəbüstəri)
  • • Çətin olan hər iki dünyada bəxtəvər olmaqdır. (Əbu Turxan)
  • • Çiçək gah açıqdır, gah da pünhandır,
    Ağac gah geyimli, gah da üryandır. (Sədi Şirazi)
  • • Cismin nəyə ehtiyacı varsa, onu da götürür; bundan artığı da, əskiyi də ziyandır. (Əbu Turxan)
  • • Dəniz dalğalar içərisində gizlidir. (Əbdürrəhman Cami)
  • • Dərdi dünya olanın, dünya qədər dərdi olar. (Yunus Əmrə)
  • • Dərin dəniz daş atmaqla bulanmaz. (Sədi Şirazi)
  • • Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır. (Əbu Turxan)
  • • Dünya bildiyimizdən artıq bizim ola bilməz. (Xudu Məmmədov)
  • • Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır! (Əbu Turxan)
  • • Dünya bizə məxsusdur. Amma bəzən hansısa dünya malına aludə olanda, bütövlükdə dünyanı qurban verdiyimizin fərqində olmuruq. (Əbu Turxan)
  • • Dünya böyük bir teatr səhnəsidir.
    Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir. (Uilyam Şekspir)
  • • Dünya dağdır, bizim etdiklərimiz səs.
    Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir. (Cəlaləddin Rumi)
  • • Dünya duracaq yer deyil, ey can, səfər eylə!... (Nəsimi)
  • • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur və onların eyni kitab olduğunu çox az adam dərk edir. (Əbu Turxan)
  • • Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. (İmmanuel Kant)
  • • Dünya onu anlayanlarındır. (Əbu Turxan)
  • • Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. (Əbu Turxan)
  • • Dünyada ancaq yaranmalı olanlar yaranır. (Mark Avreli)
  • • Dünyanı dərk edə bilmək üçün insan əvvəlcə dünya ilə bir tam halına gəlməlidir. (Əbu Turxan)
  • • Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır. (Əbu Turxan)
  • • Dünyanı tam halında yaşamaq olmur; o çiçək-çiçək, damla-damla yaşanır. (Əbu Turxan)
  • • Dünyanın ali mənası onun ayrı-ayrı hissələrinin mənasından hasil ola bilməz. (Əbu Turxan)
  • • Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur. (Əbu Turxan)
  • • Dünyanın ölməyən bir qanunu var. (Səməd Vurğun)
  • • Dünyanın vəhdəti təbiətin məntiqi ilə idrakın məntiqi arasındakı eyniyyətdə daha aydın üzə çıxır. (Əbu Turxan)
  • • Dünyaya nizamsız şəkildə nizamlı formalar səpilib. (Pol Valeri)
  • • Əbədiyyətə qovuşmaq – onun dilini öyrənmək və hərdən bir onu dinləməkdir. (Əbu Turxan)
  • • Göl suyu toplayır, bulaq paylayır. (Bleyk)
  • • Gülü bitməz tikənsiz dünyanın... (Nəsimi)
  • • Gündüzün yanında gecə olarmı?
    Onları bir yerdə heç görən varmı? (Nizami Gəncəvi)
  • • Günəş batanda şamlar parıldayar. (Cəlaləddin Rumi)
  • • Günəş qüruba endikcə, kölgə böyüyür. (Əbu Turxan)
  • • Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi. (Əbu Turxan)
  • • Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir. (Əbu Turxan)
  • • Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar. (Əbu Turxan)
  • • Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. (Əbu Turxan)
  • • Hər əqlə sığışan hünər, bilikdən
    Bir məna çıxarır mənanı bilən. (Nizami Gəncəvi)
  • • Hər kiçik zərrənin öz aləmi var,
    Dünya bir ahəngdə tutmuşdur qərar. (Səməd Vurğun)
  • • Hər şey həm yenidir, həm də köhnə. (İohann Volfqanq Göte)
  • • Hər şeyin bir kölgəsi var, heçlikdən başqa. (Əbu Turxan)
  • • Hər şeyin üç varlıq dərəcəsi olur; ən aşağı səviyyədə şey özlüyündə mövcuddur, nisbətən yüksək pillə onun insan şüurunda, ən ali pillə isə Allahın dərgahındakı mövcudluğudur. (Əbu Turxan)
  • • İdrakın zirvəsindən dünya dəlixana kimi görünür. (İohann Volfqanq Göte)
  • • İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər. (Əbu Turxan)
  • • İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda müyəssər olur. (Əbu Turxan)
  • • İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur. (Əbu Turxan)
  • • İnsan dünyanı necə mənalandırırsa, elə də dərk edir. (Əbu Turxan)
  • • İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir. (Əbu Turxan)
  • • İnsan idrakına daimi bir daxili mübarizə xasdır, çünki o iki barışmaz tələbat üzərində qurulmuşdur. Birincisi, görmək ehtiyacı – amma biz ancaq sürəkli olanı görürük, sürəklilik isə sonsuzdur. İkincisi, anlamaq ehtiyacı, – biz ancaq sonlu olanı anlaya bilərik. (Puankare)
  • • İnsan iki dünyanın övladıdır. (İmmanuel Kant)
  • • İnsan ilə onun dünyası eyni tərbibli olur; hər bir məqamda insan özü nədirsə, dünya da onun üçün elə odur. (Əbu Turxan)
  • • İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığıdünya uyğun gəlsin. (Əbu Turxan)
  • • İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər. (İohann Volfqanq Göte)
  • • İnsan üçün gerçəklik nə özlüyündə xarici dünya, nə də özlüyündə daxili dünya olmayıb, bu ikisinin təmasından yaranır. (Əbu Turxan)
  • • İnsan üçün iki dünya var: birinin içində yaşayır, o birini öz içində qurur. Birinci yad, ikinci – doğmadır. (Əbu Turxan)
  • • İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur. (Əbu Turxan)
  • • İnsanla uzlaşmayan dünyalar insan üçün yoxdur və insan özü də həmin dünyalarda yoxdur. (Əbu Turxan)
  • • İnsanlığın çatışmazlığı bizi təbiətdən ayırır. (Levinas)
  • • Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq. (Əbu Turxan)
  • • Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. (Əbu Turxan)
  • • Kölgəni yox edə bilmək üçün Günəş öz zirvəsinə qalxmalıdır. (Əbu Turxan)
  • • Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. (Tur Xander)
  • • Küləş tək alışıb yanmağın adəti yandırmaqdırsa, aqibəti – kül olmaqdır. (Əbu Turxan)
  • • Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır. (Əbu Turxan)
  • • Mən haradayamsa, dünyanın mərkəzi də oradır. (Molla Nəsrəddin)
  • • Mənə dayaq nöqtəsi verin, yeri yerindən oynadım. (Arximed)
  • • Məntiq hamı üçün eyni olmasaydı, vahid bəşəriyyətdən danışmaq mümkün olmazdı. (Əbu Turxan)
  • • Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. (Puankare)
  • • Min bahar gəlsə də daş göyərməz. (Cəlaləddin Rumi)
  • • Mürəkkəb hadisələr dünyası yox, hadisələrin arxasında dayanan riyazi qanunlar daha vacibdir. (Verner Heyzenberq)
  • • Nəyə isə əlavə etmək mümkündürsə, kamil deyil, nədənsə bir şeyi götürmək mümkündürsə, əbədi deyil. (Kiçik Seneka)
  • • Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik. (Əbu Turxan)
  • • Nizamın işıqlı və qaranlıq tərəfləri olduğu kimi, xaosun da qaranlıqları arxasında bir işıq vardır. (Əbu Turxan)
  • • Ocağın nə çəkdiyini ancaq son qığılcımlar söyləyə bilər. (Əbu Turxan)
  • • Özünüdərk dünyanın dərkindən keçir. (Əbu Turxan)
  • • Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi. (Hüseyn Cavid)
  • • Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir. (Əbu Turxan)
  • • Qəlb narahat olanda – kəsrət,
    qəlb rahat olanda – vəhdət yaranır. (Aşvaqoşa)
  • • Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə olduğunu görəcəklər. (Volter)
  • • Ruhani dünyanın ülviyyətinə qovuşanların cismani dünyada bəxti gətirmir. (Əbu Turxan)
  • • Ruhani və cismani dünya həyatın özü yox, qütbləridir. İnsan bu iki qütb arasında yaşayır. (Əbu Turxan)
  • • Sonlunun hüdudundan çıxmadan sonsuzluğu duymaq olmaz. (Əbu Turxan)
  • • Suyun rəngi qabının rəngidir. (Bistami)
  • • Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. (Frensis Bekon)
  • • Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır. (Əbu Turxan)
  • • Təbiət gizlənməyi xoşlayır. (Heraklit)
  • • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. (Əbu Turxan)
  • • Təbiətdə hər şey içəridən bağlıdır bir-birinə... (İohann Volfqanq Göte)
  • • Təbiətdə hər şeyin öz yeri var; nadir hallarda yerlər dəyişik düşəndə buna möcüzə deyirlər. (Əbu Turxan)
  • • Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır. (Qalileo Qaliley)
  • • Təbiətlə həmahəng ol. (Heraklit)
  • • Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də vardır. Bu, ədəbiyyat və incəsənətdir. (Əbu Turxan)
  • • Unutmayın ki, dünyanın sizə heç bir borcu yoxdur, çünki o sizdən əvvəl mövcuddur. (R.Stil)
  • • Varlıq dalğalar şəklində qabaran bir dənizdir. Adi gözlə görünən isə yalnız dalğalardır. (Əbdürrəhman Cami)
  • • Yalnız işıq var, qaranlıq işığın yoxluğudur. (Əbu Turxan)
  • • Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər. (Əbu Turxan)
  • • Yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada xalis heç nə yoxdur; işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır. (Əbu Turxan)
  • • Yeni yalnız heçdən yarana bilər.
    Hər nə ki, nədənsə yaranır, artıq yeni deyil. (Əbu Turxan)
  • • Yer özü də göyün ənginliyindədir; göydən yerə baxa bilsən. (Əbu Turxan)
  • • Zülmət çoxaldıqca ömrü qısalar. (Əbu Turxan)
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024