"Ədəbiyyat" haqqında aforizmlər

"Ədəbiyyat" haqqında aforizmlər


Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Ədəbiyyat" haqqında aforizmlər

  • • Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik var. (Maksim Qorki)
  • • Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır. (Əbu Turxan)
  • • Bəzən böyük həyat üçün yaranmış insanların ömrü kiçik və yeknəsəq səhnələrdə keçir. Bu halda onlar öz mənəvi ehtiyaclarını ancaq ədəbi qəhrəmanların həyatında tapa bilirlər. (Əbu Turxan)
  • • Böyük qəhrəmanlıq poeziyasının yaranması üçün bizə qəhrəman oxucular lazımdır – auditoriya qəhrəmanlığa susamış olmalıdır. (Uitmen)
  • • Böyük şair – bizim sükutumuzu ifadə edə bilən şairdir. (Cübran)
  • • Böyük şəxsiyyətlər haqqında yazanda adam özü onların səviyyəsinə qalxmır, əksinə, onları öz səviyyəsinə uyğunlaşdırır. (Əbu Turxan)
  • • Dinsizlik ilə kəsb olunan bir mədəniyyət...
    Vəhşiyyətin ən qorxulu səhrası deyilmi?! (Mirzə Ələkbər Sabir)
  • • Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər. (Əbu Turxan)
  • • Ən kamil əsər ideyaya adekvat olan əsərdir. (Tur Xander)
  • • Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar. (Hüseyn Cavid)
  • • Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. (Tur Xander)
  • • Hər bir əsər müəllif ideyasından daha zəngindir. (Əbu Turxan)
  • • Hər bir mədəniyyətin öz ruhu vardır. (Şpenqler)
  • • Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın. (Pablo Pikasso)
  • • Hər müəllif sanki öz ömrünü uzatmaq, hətta əbədiyyətə qovuşmaq üçün yazır; yaxşı əsər müəllifinə (sağlığında ikən) ölməzlik gətirir, pis əsər ölməzlik ümidini öldürür. (Əbu Turxan)
  • • Həyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəm. (Cübran)
  • • İndiki şairlər öz mürəkkəblərinə həddən çox su qatırlar. (İohann Volfqanq Göte)
  • • Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir. (Əbu Turxan)
  • • Klassiklər keçmişlə bu gün arasında körpüdürlər. (Əbu Turxan)
  • • Klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır. (Əbu Turxan)
  • • Mədəniyyətlər də öz aralarında məsafəyə ehtiyac duyur. (Levi-Stross)
  • • Müəllifi tənqid etmək asan, dəyərləndirmək çətindir. (Vovenarq)
  • • Müğənni ürəkdən oxuyanda, özünü oxuyur. (Mənsum İbrahimov)
  • • Musiqi can verir ruha əzəldən,
    Musiqi qəlb alır min bir gözəldən. (Səməd Vurğun)
  • • Musiqi fikrə qanad verir. (Fridrix Nitsşe)
  • • Musiqi ruhun qidasıdır. (Əbu Turxan)
  • • Musiqi səbəbsiz kədərləndirmək və sevindirmək sənətidir. (Tadeuş Kotarbinski)
  • • Nəsr uzağa, poeziya isə zirvələrə uçur. (Rəsul Həmzətov)
  • • Nəsrdə poeziya xörəyin duzu kimidir. (Rəsul Həmzətov)
  • • Ölü doğan müəllif nə vaxtsa dünyaya diri övlad gətirə bilsə, əvvəl ölənlər də dirilər. (Əbu Turxan)
  • • Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb! (Əbu Turxan)
  • • Ötən əsrlərin yazıçısı ilə söhbət etmək səyahət etmək kimi bir şeydir. (Rene Dekart)
  • • Qanadsız bir quşdur xülyasız şeir. (Mikayıl Müşfiq)
  • • Qılıncla ölkə tutmaq asandır, qələmsiz onu əldə saxlamaq çətindir. (Balasaqunlu Yusif)
  • • Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir. (Uilyam Sommerset Moem)
  • • Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə by ideyanı kətana köçürmək məharətində üzə çıxır. (Əbu Turxan)
  • • Şair həqiqəti sübut etmir, o onu göstərir. (Vissarion Belinski)
  • • Şairə ilhamdan maya gərəkdir. (Mikayıl Müşfiq)
  • • Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. (Alfons de Lamartin)
  • • Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır. (Rəsul Həmzətov)
  • • Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz. (Əbu Turxan)
  • • Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə – öz müəllifi haqqında həqiqəti söyləyir. (Çesterton)
  • • Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir. (Əbu Turxan)
Dostlarınla Paylaş

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023